Context of İstanbul

İstanbul, köhnə Azərbaycandilli mənbələrdə İstambul — Türkiyənin ən böyük şəhəri və ölkənin 81 ilindən biri. Ölkənin iqtisadi, tarixi və sosial-mədəni əhəmiyyətli şəhərlərindən biridir. İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, Dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır.

İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə dənizi və Bosfor sahili boyunca salınmış şəhərdir. Qitələrarası şəhər olan İstanbulun Avropa hissəsinə Avrupa yakası, Asiyadakı hissəsinə isə Anadolu Yakası deyilir. Üç tərəfi su sahəsi — Mərmərə dənizi, Bosfor və Haliç ilə əhatə olunmuş yarımada üzərində qurulan İstanbulun qərb sərhədi Konstantinopol qala divarlarını meydana gətirir. Şəhərin böyümə və inkişafı prosesində qala divarlarının sərhədləri 4 dəfə qərbə daşınmışdır. Şəhər 39 ilçədən ibarətdir. Böyükşəhər bələdiyyəsi ilə birlikdə 40 bələdiyyəyə malikdir.

Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul, 330–395-ci illər aras...Read more

Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul, 330–395-ci illər arasında Roma İmperiyası, 395–1204 və 1261–1453 illəri arasında Bizans İmperiyası, 1204–1261 arasında Latın İmperiyası və son olaraq da 1453–1922 illəri arasında Osmanlı İmperiyasına paytaxtlıq etmişdir.

Son illərdə ard-arda meydana çıxan arxeoloji tapıntılar bəşəriyyət tarixində mühüm rol oynayır. Yarımburqaz mağarasında tapılan daş alətlərlə, ibtidai insan izlərinin 400.000 il əvvələ söykəndiyi ortaya çıxmışdır. Bu arxeoloji tapıntılar təkcə İstanbul deyil, bütün Mərmərə regionunun ən qədim insan izləridir. Şəhərin Asiya hissəsində ilk məskunlaşma mərkəzləri Kalkedon, Avropa hissəsində isə Bizantion olmuşdur. Müstəqillik dövründən öncə də əsarəti altında olduğu bütün dövlətlərin paytaxt rolunu oynayan bu şəhər, 13 oktyabr 1923-cü ildə paytaxtın Ankaraya köçürülməsi ilə bu statusunu itirmişdir. Buna baxmayaraq, İstanbul hal-hazırda da ölkənin ticarət, sənaye, nəqliyyat, turizm, təhsil, mədəniyyət və incəsənət mərkəzi olaraq qalmağa davam edir.

Qara dəniz ilə Mərmərə dənizi birləşdirən, Asiya ilə Avropanı ayıran Bosfora ev sahibliyi edən İstanbul şəhərinin geosiyasi əhəmiyyəti olduqca yüksəkdir. Hal-hazırda şəhərin bütün limanları akiv olaraq istifadə edilir. Bu xüsusiyyətinə görə, uzun müddətli dominantlıq mübahisələri məhz bu bölgənin ərazisində baş vermişdir. Əsas çayları Riva, Kağıthanə və Əlibəydir. Şəhər torpaqları hamardır, ən yüksək nöqtəsi isə Kartal ilçəsindəki Aydos təpəsidir. Şəhərdəki başlıca təbii göllər Böyükçəkməcə, Kiçikçəkməcə və Durusudur. Hava temperaturu və yağıntı miqdarı qeyri-sabitdir.

Phrasebook

Salam
Merhaba
Dünya
Dünya
Salam dünya
Selam Dünya
Çox sağ ol
Teşekkürler
sağol
Güle güle
Bəli
Evet
Yox
Numara
Necəsən?
Nasılsınız?
Yaxşı, təşəkkür edirəm
İyiyim teşekkürler
Neçəyədir?
Ne kadar?
Sıfır
Sıfır
bir
Bir

Where can you sleep near İstanbul ?

Booking.com
489.783 visits in total, 9.196 Points of interest, 404 Destinations, 34 visits today.