Context of Ermənistan


Ermənistan (erm. Հայաստան Hayastan) və ya rəsmi adı ilə Ermənistan Respublikası (erm. Հայաստանի Հանրապետություն) — Cənubi Qafqazda, dənizə çıxışı olmayan bir ölkədir. Qərbi Asiyadakı Erməni yaylalarında yerləşən ölkə, qərbində Türkiyə, şimalında Gürcüstan, şərqində Azərbaycan və cənubunda isə İran və Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir. İrəvan paytaxt, ən böyük şəhər və maliyyə mərkəzidir.

Ermənistan unitar, çoxpartiyalı, demokratik milli dövlətdir. Urartu eramızdan əvvəl 860-cı ildə qurulmuş və eramızdan əvvəl 6-cı əsrdə Ermənistan satrapı ilə əvəz edilmişdir. Ermənistan krallığı eramızdan əvvəl 50-ci əsrdə Böyük Tiqranın hakimiyyəti dövründə özünün yüksək zirvəsinə çatmışdır. Daha sonra xristianlığı rəsmi din kimi qəbul edən dünyada ilk dövlət oldu. Xristianlığın dövlətin rəsmi dini kimi qəbul edildiyi tarix 301-dir. Qədim erməni ç...Read more


Ermənistan (erm. Հայաստան Hayastan) və ya rəsmi adı ilə Ermənistan Respublikası (erm. Հայաստանի Հանրապետություն) — Cənubi Qafqazda, dənizə çıxışı olmayan bir ölkədir. Qərbi Asiyadakı Erməni yaylalarında yerləşən ölkə, qərbində Türkiyə, şimalında Gürcüstan, şərqində Azərbaycan və cənubunda isə İran və Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir. İrəvan paytaxt, ən böyük şəhər və maliyyə mərkəzidir.

Ermənistan unitar, çoxpartiyalı, demokratik milli dövlətdir. Urartu eramızdan əvvəl 860-cı ildə qurulmuş və eramızdan əvvəl 6-cı əsrdə Ermənistan satrapı ilə əvəz edilmişdir. Ermənistan krallığı eramızdan əvvəl 50-ci əsrdə Böyük Tiqranın hakimiyyəti dövründə özünün yüksək zirvəsinə çatmışdır. Daha sonra xristianlığı rəsmi din kimi qəbul edən dünyada ilk dövlət oldu. Xristianlığın dövlətin rəsmi dini kimi qəbul edildiyi tarix 301-dir. Qədim erməni çarlığı 5-ci əsrin əvvəllərində Bizans və Sasani imperiyaları arasında bölündü. 9-cu əsrdə Pakraduni sülaləsi dövründə Erməni Baqratuni krallığı bərpa edildi. Bizanslılara qarşı müharibələr nəticəsində tənəzzülə uğrayan səltənət 1045-ci ildə süqut etdi və Ermənistan tezliklə Səlcuq imperiyasının tərkibinə daxil oldu. 11–14-cü əsrlər arasında Aralıq dənizi sahilində bir knyazlıq, daha sonra isə krallıq olan Kilikiya Erməni krallığı quruldu.

16–19-cu əsrlərdə indiki Ermənistan ərazisi dəfələrlə Osmanlı və əsasən indiki İran ərazisində mövcud olmuş türkman (Səfəvi, Əfşar və Qacar) imperiyalarının hökmranlığı altında olmuşdur. 19-cu əsrdə Ermənistan Rusiya imperiyası tərəfindən işğal edilmiş, qalan bölgələr isə Osmanlı hakimiyyəti altında qalmışdır. Osmanlı hökuməti tərəfindən 1 iyun 1915-ci ildə Takvîm-i Vekâyidə dərc edilən Təhcir Qanunu ilə təxminən 422.758 erməni məcburi köçə məruz qaldı. 1918-ci ildə Rusiya inqilabından sonra bütün qeyri-rus ölkələri öz müstəqilliklərini elan etdilər və nəticədə Ermənistan Demokratik Respublikası yaradıldı. 1920-ci ildə dövlət Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibinə daxil edildi və 1922-ci ildə Sovet İttifaqının qurucu üzvü oldu. 1936-cı ildə Zaqafqaziya dövləti ləğv edildi və bu yaranmaqda olan dövlətlər, o cümlədən Ermənistan Sovet Sosialist Respublikası Sovet İttifaqının respublikalarına çevrildi. Müasir Ermənistan Respublikası Sovet İttifaqının dağılmasından sonra 1991-ci ildə müstəqil oldu.

Ermənistan inkişaf etməkdə olan ölkədir və 2021-ci il İnsan İnkişafı İndeksində 85-ci yerdədir. Paytaxtı və ən böyük şəhəri İrəvan olan ölkədə Gümrü, Böyük Qarakilsə, Üçkilsə və Razdan ölkənin digər mühüm şəhərləridir. İqtisadiyyatı əsasən sənaye və mədənçiliyə əsaslanır. Ermənistan coğrafi cəhətdən Cənubi Qafqazda yerləşdiyi halda, geosiyasi baxımdan ümumiyyətlə Avropa dövləti hesab olunur. Ermənistan geosiyasi baxımdan bir çox cəhətdən Avropa ilə uzlaşdığından, Avropa Şurası, Şərq Tərəfdaşlığı, Eurocontrol və Avropa Yenidənqurma və İnkişaf Bankı da daxil olmaqla bir çox Avropa qurumları; Avrasiyadakı müəyyən regional qrupların, o cümlədən Asiya İnkişaf Bankının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İttifaqının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin və Avrasiya İnkişaf Bankının üzvüdür. Ermənistan həmçinin dünyanın ən qədim milli kilsəsi olan Erməni Apostol Kilsəsini ölkənin əsas dini qurumu kimi tanıyır. Rəsmi dili erməni dili olan dövlətin istifadə etdiyi əlifba eramızın 405-ci ildə Mesrop Maştots tərəfindən yaradılmışdır. Ölkə 1991-ci ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini faktiki olaraq işğal edib və özü də daxil olmaqla Birləşmiş Millətlər Təşkilatına üzv heç bir dövlətin tanımadığı Dağlıq Qarabağ Respublikasının mövcudluğunu dəstəkləyir.

More about Ermənistan

Basic information
  • Currency Ermənistan dramı
  • Native name Հայաստան
  • Calling code +374
  • Internet domain .am
  • Mains voltage 220V/50Hz
  • Democracy index 5.35
Population, Area & Driving side
  • Population 2930450
  • Area 29743
  • Driving side right
History
  • Rusiya Elmlər Akademiyasının müxbir üzvü Anatoli Petroviç Novoseltsev[1] və Z. İ. Yampolski[2] hesab edir ki, erkən orta əsrlərdə indiki Ermənistanın böyük hissəsi Qafqaz Albaniyasına aid olmuşdur.

    Bəzi tədqiqatçılar Uti və Artsak vilayətlərini II Tiqranın işğal sahələri sayırlar. Yunan və Roma mənbələri isə sübut edir ki, II Tiqran alban torpaqlarını işğal etməmişdir[3]. II Tiqran Ermənistanın Şərq və Qərb hissələrini birləşdirib, vaxtilə Ermənistanın olan 70 vahəni parfiyalılardan almışdır. C. Markvarta görə isə həmin vahələr I Artaşesin işğal etdiyi Atropatenanın Şimal – Qərb torpaqları idi.[4] II Tiqran Lukull və Pompey tərəfindən məğlub ediləndən sonra onun dövləti dağıldı. E.ə. 66-cı ildə bağlanmış müqaviləyə görə, II Tiqran vaxtilə ələ keçirdiyi torpaqlardan imtina elədi. Yalnız Şimali Mesopotomiya və Korduena Ermənistanın hakimiyyəti altında qaldı. Əgər Artsak və Utinin vaxtilə II Tiqran tərəfindən işğal olunduğunu fərz edilsə belə, məğlubiyyətdən sonra başqa torpaqlar kimi, həmin yerlər də Ermənistandan ayrılmışdır. Bununla da Arsaq və Utinin II Tiqran tərəfindən zəbt olunması mülahizəsinin əsassızlığı üzə çıxır.[5][6]

    İrəvan xanlığı – 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra əsası qoyulmuş müstəqil xanlıq. Ərazisi müasir Ermənistanı habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını və indiki Türkiyənin İğdır ilini əhatə etmişdir. 1828-ci ildə Rusiya imperiyası ilə Qacar Şahənşahlığı arasında imzalanmış Türkmənçay müqaviləsinə əsəsən Rusiyanın tərkibinə daxil edilmışdir.

    ...Read more

    Rusiya Elmlər Akademiyasının müxbir üzvü Anatoli Petroviç Novoseltsev[1] və Z. İ. Yampolski[2] hesab edir ki, erkən orta əsrlərdə indiki Ermənistanın böyük hissəsi Qafqaz Albaniyasına aid olmuşdur.

    Bəzi tədqiqatçılar Uti və Artsak vilayətlərini II Tiqranın işğal sahələri sayırlar. Yunan və Roma mənbələri isə sübut edir ki, II Tiqran alban torpaqlarını işğal etməmişdir[3]. II Tiqran Ermənistanın Şərq və Qərb hissələrini birləşdirib, vaxtilə Ermənistanın olan 70 vahəni parfiyalılardan almışdır. C. Markvarta görə isə həmin vahələr I Artaşesin işğal etdiyi Atropatenanın Şimal – Qərb torpaqları idi.[4] II Tiqran Lukull və Pompey tərəfindən məğlub ediləndən sonra onun dövləti dağıldı. E.ə. 66-cı ildə bağlanmış müqaviləyə görə, II Tiqran vaxtilə ələ keçirdiyi torpaqlardan imtina elədi. Yalnız Şimali Mesopotomiya və Korduena Ermənistanın hakimiyyəti altında qaldı. Əgər Artsak və Utinin vaxtilə II Tiqran tərəfindən işğal olunduğunu fərz edilsə belə, məğlubiyyətdən sonra başqa torpaqlar kimi, həmin yerlər də Ermənistandan ayrılmışdır. Bununla da Arsaq və Utinin II Tiqran tərəfindən zəbt olunması mülahizəsinin əsassızlığı üzə çıxır.[5][6]

    İrəvan xanlığı – 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra əsası qoyulmuş müstəqil xanlıq. Ərazisi müasir Ermənistanı habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını və indiki Türkiyənin İğdır ilini əhatə etmişdir. 1828-ci ildə Rusiya imperiyası ilə Qacar Şahənşahlığı arasında imzalanmış Türkmənçay müqaviləsinə əsəsən Rusiyanın tərkibinə daxil edilmışdir.

    İndiki Ermənistan xəritəsilərdə
     
    Ermənistan dövlətinin sərhəddləri V-VII əsrlər. Kembric Universitetinin nəşri olan "Qədim Tarix" kitabında verilmiş xəritəsidə [7]
     
    İndiki Ermənistan əraziləri XI-XII əsrlərdə Naxçıvanşahlıq dövlətinin tərkibində
     
    İndiki Ermənistan əraziləri Eldəgəzlər dövlətinin tərkibində XIII əsr
     
    İndiki Ermənistan əraziləri İrəvan xanlığının tərkibində. 1800-cü il xəritəsi
     
    İndiki Ermənistan əraziləri Azərbaycan Demokratik Respublikası tərkibində. (1918–1920)

    1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın Naxçıvan xanlığı və İrəvan xanlığı ərazisində Erməni vilayəti təşkil edilmişdir. Cəmisi 25 min erməninin yaşadığı həmin ərazilərə Qacar İran və Osmanlı İmperiyasından kütləvi surətdə ermənilər köçürülmüşdür ki, vilayətin etnik tərkibi rusların daha loyal qəbul etdiyi xristianların say üstünlüyü ilə nəticələnsin və bununla da erməni vilayətinin inzibati-ərazi bölgüsü möhkəmləndirilsin.

    Qəzalar[8] ermənilər azərbaycanlılar kürdlər ruslar assuriyalılar Aleksandropol qəzası 85,5 % 4,7 % 3,0 % 3,4 % … Naxçıvan qəzası 34,4 % 63,7 % … … … Yeni Bəyazid qəzası 66,3 % 28,3 % 2,4 % 2,2 % … Sürməli qəzası 30,4 % 46,5 % 21,4 % … … Şərur-Dərələyəz qəzası 27,1 % 67,4 % 4,9 % … … İrəvan qəzası 38,5 % 51,4 % 5,4 % 2,0 % 1,5 % Eçmiədzin qəzası 62,4 % 29,0 % 7,8 % … … Cəmi quberniya üzrə 53,2 % 37,8 % 6,0 % 1,6 % …

    Ermənilərin İran və Türkiyədən indiki Ermənistan ərazisinə kütləvi surətdə köçürülməsi ilə paralel olaraq Erməni vilayətinə daxil edilən İrəvan əyalətinin Qırxbulaq, Zəngibasar, Körpübasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçanis, Səədli, Talın, Seyidli-Ağsaqqallı, Sərdarabad, Gərnibasar, Abaran, Dərəçiçək, Göyçə (bir hissəsi) mahallarının, Naxçıvan əyalətinin Əlincəçay, Məvazixatun, Xok, Naxçıvan, Dərələyəz mahallarının, Ordubad dairəsinin Ordubad, Əylis, Dəstə, Biləv və Çənnəp mahalları türklərinin əksəriyyəti əsasən Türkiyə və İrana köçməyə məcbur olmuşlar. Azərbaycan türklərinin deportasiyası[9]

    1-ci mərhələ: 1905–1906-cı illər:

    1903-cü ildə kilsə torpaqlarının Rusiya Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinə zərbə vurduğu üçün erməni terrorizminin genişlənməsinə, antitürk, antimüsəlman əfval-ruhiyyəsinin qızışmasına səbəb olmuşdu. Erməni kilsəsi İrəvan və Eçmiədzində bu qanun əleyhinə qiyamlar təşkil etmişdi. Həmin il avqustun 29-da Gəncədə, sentyabrın 2-də Qarsda və Bakıda, sentyabrın 12-də Şuşada, oktyabrın 14-də Tiflisdə ermənilər iğtişaşlar və terror törətmişdilər. 1905-ci ildə Rusiyanın özündə baş verən iğtişaşlar, çarizmə qarşı narazılıq dalğasının güclənməsi Zaqavqaziyada güclü əks-səda doğururdu. Bu qarışıqlıqdan ermənilər məharətlə istifadə edirlər. Rusiyanın hakim şovinist dairələri də zərbəni özlərindən yayındırmaq üçün ermənilərin antitürk, antimüsəlman kampaniyasını qızışdırırdılar. Qafqaz canişinliyinin yüksək rütbəli erməni və ermənipərəst məmurları vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci ildə Bakıda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabaqda, Gəncədə, Tiflisdə və başqa yerlərdə yaşayan azərbaycanlılara qarşı silahlı hücumlar edib, həmin ərazilərdən onları təmizləməklə ermənilərin say üstünlüyünə nail olmaq istəyirdilər. Çünki həmin dövrdə Qafqazdakı 54 qəzadan yalnız beşində ermənilər çoxluq təşkil edirdilər.1905-ci il fevralın 6-da Bakıda bir nəfər azərbaycanlının ermənilər komitəçiləri tərəfindən öldürülməsi ilə başlanan erməni-müsəlman qırğınları bir çox müəlliflərin iddia etdikləri kimi bir təsadüf nəticəsində deyil, məhz bütün Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə planlı şəkildə baş vermişdi. Ermənilər Bakıda erməni milyonerlərinin köməyi ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini əllərinə keçirəcəklərinə və bundan sonra bütün Zaqafqaziyadan müsəlmanları silah gücünə qovub Ermənistan dövləti yaradacaqlarına əmin idilər. Fevralın 6-dan 10-a qədər Bakıda şiddətlə davam edən qırğınlar zamanı hər iki tərəfdən tələfat min nəfərə çatsa da, ermənilərin niyyətləri baş tutmamış və məğlub olmuşdular.[10] Ermənilər fevralın 21–23-də İrəvanda da qırğınlar törətmişdilər. M. S. Ordubadi "Qanlı illər" kitabında verdiyi məlumata görə, ermənilərin növbəti fitnəkarlığı 1905-ci il mayın 5-də Naxçıvan qəzasının Cəhri kəndində üç nəfər müsəlmanın ağır yaralanması və mayın 7-də bir nəfər müsəlmanın Tunbul kəndində öldürülməsi ilə yenidən qızışır. Mayın 8-də İrəvan vitsequbernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamolovla birlikdə Naxçıvan şəhər qlavası Cəfərqulu xan Naxçıvanski Naxçıvana gəlirlər. Qırğınlar ara vermədiyi üçün Tiflisdən general Əlixanov Avarski də Naxçıvana göndərilir. Ermənilər Naxçıvanda da məğlub olduqlarından növbəti iğtşaşları İrəvanda törədirlər. Ermənilərin məqsədi ilk növbədə İrəvan və onun ətraf kəndlərini müsəlmanlardan təmizləmək, sonra isə M. S. Ordubadinin təbirincə, "İrəvandan Naxçıvana qədər yol üstə yerləşən islam kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır əskəri qüvvələrlə birləşdirmək, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvəni bitişdirmək kimi alçaq xəyallar"dan ibarət idi. Mayın 23-də ermənilərin Qarsaçay bağçasında müsəlman gənclərinə hücumu ilə İrəvanda qırğınlar başlanır. Mayın 31-də İrəvanda qırğınlar dayandırılsa da, ermənilər ətraf müsəlman kəndlərinə hücum etməyi qərara alırlar. Elə həmin axşam ermənilər Qırxbulaq mahalının Gözəcik kəndinə hücum edirlər. İyunun 2-də 10 min nəfərlik erməni alayı Məngüs kəndinə hücum edir. Dağılmış 12 müsəlman kəndinin əhalisi Təzəkəndə qaçır. Ermənilər iyunun 3-də Güllücə kəndinə hücum edirlər. Silahsız əhali Tutiyə, Damagirməz, Kamal kəndlərinə qaçır. Qırğınlar 18 gün davam edir. İyunun 3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropol erməniləri Eçmiədzin (Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir, iyunun 8-də müsəlmanlar kəndi tərk edirlər. İyunun 9-da ermənilər Pərsi, Nəzrəvan, Kiçikkənd, Kötüklü, Qoşabulaq, İrku, Ənkirsək, Təkiyə kəndlərini dağıdırlar. İyunun 10-da ermənilər Eçmiədzində 10 kəndi dağıdırlar. M. S. Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdikləri soyqırımını belə səciyyələndirmişdi: "İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi". 1897-ci ildə İrəvan quberniyasında azərbaycanlı əhali 313,176 nəfər olduğu halda, 10 ildən sonra – yəni 1907-ci ildə 302,965 nəfər qalmışdı. Deməli, 1905-ci və 1906-cı illərdə İrəvan quberniyasında əhalinin 10 illik təbii artımından 10 min nəfər artıq azərbaycanlı qətlə yetirilmişdi. İrəvan quberniyasında öz məqsədlərinə nail olan erməni silahlı dəstələri Qarabağda qırğınlar törətməyə başlamışdılar. İyunun 1-dən başlayan erməni hücumları nəticəsində Cəbrayıl-Qaryakin bölgəsində Veysəlli, Qacar, Çəmənli, Arış, Qışlaq, Məzrə kəndləri darmadağın edilir. Avqustun 16-da Şuşada qırğınlar törədilir. 1905-ci ilin noyabrında Gəncə şəhərində, Cavanşir və Qazax qəzalarında, Tiflis şəhərində ermənilər iqtişaşlar törədərək minlərlə günahsız azərbaycanlını qətlə yetirirlər. Erməni müəllifi S. Zavaryanın verdiyi məlumata görə həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılmışdır.[11] 1906-cı ildə Tiflisdə Qafqazın canişini Vorontsov-Daşkovun təşəbbüsü ilə ermənimüsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı (məclisi) keçirilir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və başqaları "Daşnaksutyun" partiyasının niyyətlərini ifşa edir, onun Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduqunu göstərir, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirilər, lakin bu konfransın keçirilməsindən bir qədər sonra erməni silahlı dəstələri yenidən qırğınlara başlamışdılar. Bakıda və Şuşadakı ikinci məqlubiyyətlərindən sonra "Böyük Rusiya inqilabı söndü, biz işləri sona çatdıra bilmədik" deyə 1906-cı ilin yayında Qarabağdan Zəngəzura yol açmaqdan ötrü İrəvan, Abaran, Aleksandropol, Şörəyel ermənilərinə teleqramlar göndərərək əsgər toplamışdılar. İrəvandan Zəngəzura, Zəngəzurdan Qarabağa qədər yol boyunca erməni əhalisinin sayı olduqca az idi. Ona görə də erməni komandalarına yol üstündə yerləşən müsəlman kəndlərinə hücum etmək əmri verilmişdi. Ermənilər təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında Xələc, Karxana, Qatar, İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, Zurul, Cuman, İyilli-Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə yeksan etmiş, azərbaycanlı əhalisinə qarşı soyqırım törətmişdilər. Ümumiyyətlə, 1905–1906-cı illərdə İrəvan və Gəncə quberniyalarında 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhali soyqırıma məruz qalmışdır.

    2-ci mərhələ: 1918–1920-ci illər 3-cü mərhələ: 1948–1953-cü illər 4-cü mərhələ: 1988–1991-ci illərErmənistan Demokratik Respublikası

    1918-ci ildə mayın 26-da Zaqafqaziya Seymi buraxıldıqdan sonra əvvəlcə Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistan öz müstəqilliyini elan edir. İyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda sülh müqaviləsi imzalanır. Bu müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 9 min km², əhalisi isə 321 min nəfər (o cümlədən 200 min erməni, 100 min azərbaycanlı, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə Yeni-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. (Kazım Karabekirin Kaleminden, Doğunun Kurtuluşu, Ərzurum, 1990, səh. 371.)

    Alman diplomatı Bernsdorf bu mənzərəni belə təsvir etmişdi: "Türkiyə ermənilərə ancaq Sevan gölünü saxlayıb, hansı ki, çimə bilərlər, ancaq çıxmağa və özlərini qurutmağa yer qalmayıb. Batum müqaviləsinə əsasən Ermənistan Respublikasının ərazisi Birinci Dünya müharibəsinə qədər ermənilərin İrəvan quberniyasında kompakt yaşadıqları ərazilərə məhdudlaşırdı. 1918-ci ildə Şərqi Anadoluda qırğınlar törətdikdən sonra türk qoşunlarının önündən qaçan erməni silahlı qüvvələri general Andranikin komandanlığı altında Gümrüdən Qarakilsəyə, oradan Dilican dərəsinə və Göyçəyə, sonra Naxçıvana, oradan da Zəngəzura adlayaraq, həmin ərazilərdəki müsəlman kəndlərini viran qoymuşdu. Erməni silahlı qüvvələrinin Zəngəzurdan Qarabağı təhdid etməsi Azərbaycan hökumətini ciddi narahat edirdi.

    1918-ci ilin yayında erməni silahlı qüvvələri Göyçəni darmadağın etdikdən sonra Naxçıvanı işğal etmiş oradan da Zəngəzur qəzasına daxil olmuş, Gorus nahiyəsini və Şuşa yolunu ələ keçirmişdilər. Bununla əlaqədar Azərbaycan hökuməti avqustun 15-də Ermənistan hökumətinə etiraz notası göndərmiş, erməni silahlı qüvvələrinin bu addımını təcavüz kimi qiymətləndirərək, əgər erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına qarşı tədbir görülməzsə, hadisələrin sonrakı inkişafı üçün məsuliyyətin Ermənistan hökumətinin üzrinə düşəcəyini kəskinliklə bildirmişdi, lakin Ermənistan hökuməti hiylə işlədib Andranikin silahlı qüvvələrinin Ermənistan hökumətinə tabe olmadığını bəhanə edərək, avqustun 1-də bildirmişdi ki, general Andranik və onun dəstəsi bütünlüklə Ermənistan ordusunun tərkibindən silinmişdir. Buna səbəb isə Andranik və onun dəstəsinin Ermənistan daşnak hökumətini tanımadıqlarını bəyan etmələri olmuşudu. Elə buna görə də Ermənistan hökuməti Andranikin və onun dəstəsinin əməllərinə cavabdeh olmadığını bildirmişdi[12].

    N. N. Şavrov Rusiyanın Zaqafqaziyadakı müstəmləkəçilik siyasəti haqqında yazır: "Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq… 1826–28-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə erməniləri köçürmüş və onları Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi. Onları həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axılkələk qəzalarında yerləşdirdik, onların yerləşdirilməsi üçün 200 min desyatindən artıq dövlət torpağı ayrılmış, 2 milyon rubldan artıq məbləğdə müsəlmanlardan xüsusi mülkiyyət torpaqları satın alınmışdı. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ, Xanlar və Şəmkir rayonları nəzərdə tutulur – müəllif.) və Göyçə gölünün sahili həmin ermənilərlə məskunlaşdırılmışdı. Nəzərə almaq lazımdır ki, 124 min rəsmi köçürülən ermənilərlə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox olmuşdur və ümumiyyətlə, köçənlərin sayı 200 min nəfərdən xeyli artıqdır.

    Ermənilərin indiki Ermənistan ərazisinə axını 1877–1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra bir daha güclənmişdi. 90-cı illərdə Türkiyədə baş verən erməni üsyanları nəticəsində 400 minə yaxın erməni yenə də Qafqaza köçüb gəlmişdi. N. Şavrov qeyd edir ki, 20-ci əsrin əvvəlində Zaqafqaziyada yaşayan 1300000 ermənidən bir milyonu yerli əhali deyil, rusların vasitəsilə məskunlaşdırılmışdı[13].

    Daha sonralar, Sovet hakimiyyəti illərində xarici ölkələrdə yaşayan 100 mindən artıq erməni Ermənistana köçüb gəlmişdi.

    Ermənistan SSR

    Armenia adm location map.svg 

    Amasiya
    Loru
    Tavuş
    Agin
    Armavir
    İrəvan
    Ararat
    Kotayk
    Geğarkunik
    Dərələyəz
    Sünik

    1921-ci ildə sovet əsgərləri Ermənistana daxil olub, müstəqilliyi ləğv edib SSRİnin tərkibində Ermənistan Sovet Sosialist Respublikasını yaratdılar. 1922–1936-cı illərdə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasına daxil idi. 1988-ci ildə Azərbaycanla Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu üstündə münaqişəyə cəlb olunmuşdu. Bu səbəbə görə 1988–1991-ci illərdə 200 min Azərbaycan türkü, 18 minə yaxın kürd və 4 min nəfər Rus ölkədən çıxarılmışdır.[14] Münaqişə indiyədək davam edir, ən son döyüşlər 2020-ci ildə baş verib.

    Ermənistan Respublikası

    1991-ci ildən Ermənistan Respublikası müstəqil dövlətdir.

    Новосельцев А.П. К вопросу о политической границе Армении и Кавказской Албании в античный период. Кавказ и Византия, I. Ереван, 1979. Ямпольский З.И. К изучению древнего пути из Каспийского моря по реке Куре через Грузию к Черному морю.//Тр. Ин-та истории АН ГССР, т. 2, 1956 F. Məmmədova, 2006, səh 116  (az.) J. Marquart. Eransahr…, стр. 78 Юшков С.В. К вопросу о границах древней Албании.//ИАН СССР, 1937, т. I. F. M.mmədova, 2006, səh 68  (az.) The Cambridge Ancient History, volume XIV, chapter 22b, page 662 "Демоскоп Weekly — Приложение. Справочник статистических показателей". 2012-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-25. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2012-07-25 at the Wayback Machine, BAKI – "Elm" — 2002, 346 səh. Ordubadi M. S. Qanlı illər Arxivləşdirilib 2023-03-31 at the Wayback Machine. Əsəri ərəb əlifbasından çevirən, sadələşdirən və çapa hazırlayan: Ə. D. Bağırov. Naxçıvan: "Əcəmi" NPB, 2001, s. 7–11. Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, S. Peterburq, 1907, səh.61. Azərbaycan Respublikası Dövlət Arxivi, f.970, siy. 1, iş 11, v. 193 Шавров Н.Н., Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам, СПб, 1911, səh. 63,64  (rus.) Organiztion of Liberation of Garabagh : Statistics of Losses in Armenian-Azerbaijan Wor Arxivləşdirilib 2011-10-01 at the Wayback Machine In Azerbaijan in 1988 before Garabagh conflict 390 thousand Armenians lived (approximately 6% of Republic's population). Of these 180 thousand lived in Baku and 145 thousand lived in Dag-lyg Garabagh Autonomic Region (DGAR). According to population census in 1989 in Armenia 85 thousand Azerbaijani lived (about 3 % of population). In fact, the figure was higher because in January of 1990 in Azerbaijan 208 thousand former Armenian citizens fled to Azerbaijan were recorded: 186 thousand of Azerbaijani, 18 thousand of Kurds and about 4 thousand Russians.
    Read less

Phrasebook

Salam
Բարեւ Ձեզ
Dünya
Աշխարհ
Salam dünya
Բարեւ աշխարհ
Çox sağ ol
Շնորհակալություն
sağol
Ցտեսություն
Bəli
Այո՛
Yox
Ոչ
Necəsən?
Ինչպես ես?
Yaxşı, təşəkkür edirəm
Լավ Շնորհակալություն
Neçəyədir?
Ինչ արժե?
Sıfır
Զրո
bir
Մեկը

Where can you sleep near Ermənistan ?

Booking.com
487.349 visits in total, 9.186 Points of interest, 404 Destinations, 34 visits today.