Context of Çin


Çin Xalq Respublikası (ÇXR) yaxud Çin, köhnə mənbələrdə Xita (Köhnə Azərbaycanca: خطا) — Şərqi Asiyada yerləşən tək partiyalı unitar dövlətdir. Çin Kommunist Partiyası tərəfindən idarə olunan ölkə 22 əyalət, beş muxtar bölgə, dörd birbaşa idarə olunan bələdiyyə (Pekin, Tyantszin, Şanxay və Çuntsin) həmçinin Honkonq və Makao xüsusi inzibati bölgələrindən ibarətdir.

Çin Xalq Respublikası sahəsinin böyüklüyünə görə dünyanın 3-cü ölkəsidir. Əlverişli və geosiyasi mövqeyə malik olmaqla Mərkəzi və Şərqi Asiyada yerləşir. Çin Xalq Respublikası şimal-şərqdən və şimal-qərbdən 3645 km məsafədə RF ilə, şimal-şərqdən 1416 km məsafədə Şimali Koreya ilə şimal-qərbdən-1533 km məsafədə Qazaxıstanla, qərbdən-523 km məsafədə Pakistanla, 414 km-Tacikstanla, 76 km-Əfqanıstanla, cənub-qərbdən 3380 km məsaəfədə Hindistanla, 2185 km məsafədə Myanma ilə, 1281 km məsaəfədə Vyetnamla, 1236 km məsafədə Nepalla, 470 km məəsafədə Butanla, 423 km məsafədə Laosla, şimaldan 4...Read more


Çin Xalq Respublikası (ÇXR) yaxud Çin, köhnə mənbələrdə Xita (Köhnə Azərbaycanca: خطا) — Şərqi Asiyada yerləşən tək partiyalı unitar dövlətdir. Çin Kommunist Partiyası tərəfindən idarə olunan ölkə 22 əyalət, beş muxtar bölgə, dörd birbaşa idarə olunan bələdiyyə (Pekin, Tyantszin, Şanxay və Çuntsin) həmçinin Honkonq və Makao xüsusi inzibati bölgələrindən ibarətdir.

Çin Xalq Respublikası sahəsinin böyüklüyünə görə dünyanın 3-cü ölkəsidir. Əlverişli və geosiyasi mövqeyə malik olmaqla Mərkəzi və Şərqi Asiyada yerləşir. Çin Xalq Respublikası şimal-şərqdən və şimal-qərbdən 3645 km məsafədə RF ilə, şimal-şərqdən 1416 km məsafədə Şimali Koreya ilə şimal-qərbdən-1533 km məsafədə Qazaxıstanla, qərbdən-523 km məsafədə Pakistanla, 414 km-Tacikstanla, 76 km-Əfqanıstanla, cənub-qərbdən 3380 km məsaəfədə Hindistanla, 2185 km məsafədə Myanma ilə, 1281 km məsaəfədə Vyetnamla, 1236 km məsafədə Nepalla, 470 km məəsafədə Butanla, 423 km məsafədə Laosla, şimaldan 4673 km Monqolustanla, cənub -şərqdən Aominla (Makao) 34 km məsafədə sərhədə malikdir.

Şimali Çin ovalığı ərazisindən keçən Sarı çay hövzəsi insanlar tərəfindən ilk dəfə məskunlaşmış yerlərdən biri hesab olunur. Eramızdan əvvəl 21-ci əsrdən etibarən minilliklər boyunca Çin yarım əfsanəvi Sya sülaləsi və digər irsi monarxiyalar və xanədanlıqlar tərəfindən idarə olunmuşdur. Eramızdan əvvəl 3-cü əsrdə Tsin sülaləsi digər xanədanlıqlara qalib gələrək vahid Çin imperiyasının əsasını qoymuşdur. Onların ardınca hakimiyyətə gələn və eramızdan əvvəl 206-cı ildən eramızın 220-ci ilinə qədər ölkəni idarə edən Han sülaləsinin zamanında kağız və kompas kəşf olunmuş, kənd təsərrüfatı və tibb sahələrində irəliləyiş qeydə alınmışdır. Tan sülaləsinin hakimiyyəti dövründə (618–907) isə barıt və çap etmənin kəşf olunması nəticəsində Dörd böyük ixtira tamamlandı. Tan mədəniyyəti Böyük İpək yolu sayəsində Mesopotamiya və Afrika buynuzuna qədər geniş ərazilərə yayılmışdır. 1912-ci ildə baş vermiş Tsinxai inqilabı nəticəsində xanədanlıq hakimiyyətinə son qoyuldu və Tzin sülaləsi hakimiyyətdən düşdü. Çin vətəndaş müharibəsi 1949-cu ildə ölkənin parçalanması ilə nəticələndi. Ölkənin qitə hissəsində Çin Kommunist Partiyasının rəhbərliyi ilə Çin Xalq Respublikasının qurulduğu bir vaxtda Tayvan adasında Homindan partiyasının rəhbərliyi altında Çin Respublikasının yaradıldığı elan olundu. Hal-hazırda da Çin Xalq Respublikası və beynəlxalq ictimaiyyət tərəfindən məhdud səviyyədə tanınmış Çin Respublikası arasındakı münaqişə davam edir.

1978-ci ildə Çində qəbul edilmiş iqtisadi islahatlar nəticəsində Çin iqtisadiyyatı hər il orta hesabla 6 faizlik artımla dünyanın ən tez böyüyən iqtisadiyyatıdır. 2016-cı ilə olan məlumata əsasən ÜDM-nin həcminə görə dünyada ikinci, alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə isə ilk yeri tutmuşdur. Çin, həmçinin dünyada ən böyük ixracatçı və ikinci ən böyük idxalatçı hesab olunur. Ölkə hazırda nüvə dövləti olaraq tanınır və dünyanın ən böyük ordusuna sahibdir. Çin Xalq Respublikası BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Çin Şanxay Əməkdaşlıq Təşkilatı, Dünya Ticarət Təşkilatı, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, BRICS və G20 də daxil olmaqla bir çox təşkilatın aparıcı üzvüdür. Ölkə dünya miqyasında potensial super güc hesab olunur.

Phrasebook

iki
üç
dörd
Beş
altı
Yeddi
Səkkiz
Doqquz
On
İnternet
互联网
Sənin adın nədir?
你叫什么名字?
Giriş
入口

Where can you sleep near Çin ?

Booking.com
489.960 visits in total, 9.198 Points of interest, 404 Destinations, 9 visits today.