Context of Azərbaycan

Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmış...Read more

Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir. Azərbaycanın Xəzər dənizi sektorunda həmçinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya ilə sərhədə malikdir .

Yer kürəsində məlum olan 2000-dən çox palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanın ən böyük beş adası — Kür Dili, Pirallahı, Çilov, Xərə Zirə və Böyük Zirə adalarıdır. Azərbaycan əhalisi 9,6 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 92-ci yerdədir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 66 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (7 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.

Aparılmış arxeoloji qazıntı işləri Azərbaycanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu — III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Eramızdan əvvəl I minillikdə — bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur. III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. VII əsrdə İslam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. IX əsrin ortalarında Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. XIX əsrdə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. 1992-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri prezident və seçkilərlə seçilmiş qanunverici orqan — Azərbaycan parlamenti tərəfindən idarə olunan prezidentli respublikadır.

Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür. 2017-ci ildə ABŞ-nin "Global Firepower" araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur. 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 64-cü sırada dayanır. Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir. Azərbaycan 2,55 trilyon m³ həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.

More about Azərbaycan

Basic information
  • Native name Azərbaycan
  • Calling code +994
  • Internet domain .az
  • Mains voltage 220V/50Hz
  • Democracy index 2.68
Population, Area & Driving side
  • Population 10180770
  • Area 86600
  • Driving side right
History
  •   Əsas məqalə: Azərbaycan tarixi
    Qədim dövr  Qobustan petroqlifləri

    Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7–1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.[1] Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur....Read more

      Əsas məqalə: Azərbaycan tarixi
    Qədim dövr  Qobustan petroqlifləri

    Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7–1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.[1] Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır.[2] Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Hazırda Azərbaycan, Yaxın Şərq və Qafqaz ərazisində mustye mədəniyyətinə aid ən zəngin arxeoloji abidə Tağlar mağarası hesab olunur.[3] Mağara Qarabağın Tuğ çökəkliyində, Quruçayın sol sahilində yerləşir.

    Mezolit dövrü başlıca olaraq Qobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. 2007-ci ildə Qobustan UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir.[4] Qobustanda Böyükdaş dağının yuxarı terrasında yerləşən petroqliflərdə öküz (tur) təsvirlərin tarixi 15 000 il əvvələ aid edilir.[5] Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları da öz əksini tapmışdır. Neolit Azərbaycanda er.əv. 7-ci minilliyə təsadüf edərək Qobustanın və Həsənlitəpə (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında tədqiq edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli təsərrüfat formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması başlanır. Er.əv. 6–4-cü minilliklərdə Azərbaycan ərazisində eneolit mövcud idi. Bu zaman oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və s.) məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət nümunələrinin (gildən hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək əşyaları vəs.) düzəldilməsi təsadüf edir.

    Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir.[6] Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu — III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı.[6] Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Assuriya dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.[6]

    Eramızdan əvvəl I minillikdə — bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur.[6] Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.[6]

    Feodal dövrü
      Əsas məqalə: Qafqaz Albaniyası
     2000-ci ildə İçəri şəhər, Şirvanşahlar saray kompleksi və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.[7]

    III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi.[6] İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.[6] Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar.[6] Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.[6] Həmin dövrdən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi.[6] Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı.[6] Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş — monoteist din yox idi.[6] Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş — tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi.[6] Zərdüştlük, atəşpərəstlik, günəşə, aya, göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi.[6] Ölkənin şimalında — Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi.[6] Lakin müstəqil Alban Həvari kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.[6]

     Şəki rayonununda yerləşən Kiş kilsəsinin interyeri

    VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.[6] İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi.[6] Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu.[6] İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans İmperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.[6]

    IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi.[6] Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.[6] Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı.[6] Ərəb xilafətinin tənəzzülündən sonra — IX əsrin ortalarından başlayaraq Azərbaycanda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı.[6] XV–XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi.[6] Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlular, Ağqoyunlular, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.[6]

    Azərbaycanın dövlət xadimi Uzun Həsənin (1468–1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi.[6] Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi.[6] O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı. Hökmdar Quranı azərbaycan dilinə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.[6] XV əsrin sonu — XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi olan dövlət xadimi Şah İsmayıl Xətai (1501–1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.[6] Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti — Səfəvi dövləti meydana gəldi.[6] Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi.[6] Azərbaycan dili dövlət dilinə çevrildi.[6]

    Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736–1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi.[6] Azərbaycanın əfşar-türk elindən çıxmış hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi.[6] Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.[6] Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı.[6] Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı.[6] Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə — xanlıqlara və sultanlıqlara parçalandı.[6]

    Yeni dövr
      Əsas məqalə: Mart soyqırımı
       
    Gəncə xanlığı ordusunun dəbilqə və qalxanı, Azərbaycan Milli İncəsənət Muzeyi

    XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796–1925) İranda hakimiyyətə gəldilər.[8] Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şah Əfşarın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Çar Rusiyası arasında uzun sürən müharibələr dövrü başlandı.[6]

    Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.[6] Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.[6] Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: "Şimali Azərbaycan" (və ya "Rusiya Azərbaycanı") və "Cənubi Azərbaycan" (və ya "İran Azərbaycanı").[6]

    Rusiya Cənubi Qafqazda möhkəmlənmək üçün qonşu ölkələrdən çoxlu sayda ermənini işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən də Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə köçürdü.[9] "Erməni vilayəti" Qərbi Azərbaycanın Türkiyə ilə həmsərhəd torpaqlarında — keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində süni və xüsusi təyinatlı şəkildə yaradılmışdır.[9] Beləliklə, Azərbaycan torpaqlarında gələcək Ermənistan dövlətinin əsası qoyuldu.[9] Bundan əlavə, 1836-cı ildə Rusiya müstəqil Alban Kilsəsini ləğv edərək onu Erməni Apostol Kilsəsinə verdi.[9] Eyni zamanda Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşması və erməniləşdirilməsi üçün daha münbit şərait yaradıldı.[9] Rusiya imperiyası bu keçid dövründə bölgədə[10] vəziyyəti sabitləşdirmək üçün əyalətlərin komendant idarə üsulunu tətbiq etdi. Hər bir əyalətin başında Qafqazdakı Baş Komandan tərəfindən rus zabitləri arasından təyin olunan komendant dayanırdı. Əyalətlərin komendantları bu ərazidə[11] bütün sosial-iqtisadi məsələləri həll etmək hüququna malik idilər. Əyalətlərin azərbaycanlı əhalisinin üsyanları Rusiya imperiyasını rejimi yumşaltmağa, komendant idarəetmə sistemini ləğv etməyə və dövlətçilik siyasətini həyata keçirməyə vadar etdi. 1840-cı illərdə Qafqaz bölgəsinin rayonlarının sonrakı inzibati bölgüsünə səbəb olan islahatların sayı.[12]

    Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirən Stepan Şaumyanın daşnak-bolşevik hökuməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşı Mart soyqırımını həyata keçirdi.[6] 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakı döyüşündə qələbə çaldı.[13] 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.[6]

    Azərbaycan Xalq Cümhuriyyəti
      Əsas məqalələr: Azərbaycan Xalq Cümhuriyyəti və Bakı döyüşü
     Bakını azad etmiş Qafqaz İslam Ordusunun şəhərdə fəxri keçidi

    Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.[6] Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tarixi iki dövrə ayrılır: Birinci dövr — 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlament 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olun-masını öz üzərinə götürmüş və tarixi Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etmişdir.[6]

    Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək — cəmi 17 ay davam etmişdir. Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.[6] Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il — 27 aprel 1920-ci il) olmuşdur.[6] Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.[6]

    Sovet İttifaqının tərkibində
      Əsas məqalə: Azərbaycan Sovet Sosialist Respublikası

    1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da ölkə öz müstəqilliyini saxlaya bilmişdir. Aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdır. 1921-ci ildə tərkibinə Gürcüstan, Ermənistan və Azərbaycan respublikaları daxil olmuş Zaqafqaziya Demokratik Federativ Respublikası təşkil edildi.[14] 1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırımına başlanmışdı.[6] 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu.[6] Azərbaycanda müstəqil hakimiyyət məhrum edildikdən sonra ölkənin sərvətlərinin talan olunmasına başlandı.[6] Torpaq üzərində xüsusi mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi, daha doğrusu, dövlət mülkiyyəti hesab olundu.[6] Neft sənayesini idarə etmək üçün xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlik Vladimir Lenin tərəfindən Bakıya göndərilmiş A. P. Serebrovskiyə tapşırıldı.[6] Beləliklə, hələ 1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda "Bakını almaq bizə olduqca və olduqca zəruridir" deyə Şimali Azərbaycanın işğalına göstəriş vermiş Lenin öz arzusuna çatdı.[6] Bakı nefti Sovet Rusiyasının əlinə keçdi.[6]

    1920-ci il aprelin 28-dən başlayaraq Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində 100 minə yaxın günahsız azərbaycanlı öz siyasi əqidəsinə, fəaliyyətinə, başqa cür düşündüyünə və ayrı səbəblərə görə repressiyalara məruz qalmışdır.[15] Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı.[6] Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli və başqaları kimi onlarla mütəfəkkirlərini və nadir ziyalılarını itirdi.[6][16]

     1964-cü ildə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

    Azərbaycan İkinci dünya müharibəsində böyük dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Üçüncü Reyx Bakı neftini ələ keçirməklə Şərqə — İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Adolf Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi də hazırlanmışdı.[17][18] Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85–90 faizi Azərbaycanın payına düşürdü.[19] İkinci Dünya müharibəsində Azərbaycandan 700 min nəfərdən çox insan səfərbər edilərək ordu sıralarına yola düşmüş, onların 300 mindən çoxu döyüşlərdə həlak olmuşdur.[19] Müharibənin hələ ilk günlərində respublikada 4 mindən çox oğlan və qız könüllü surətdə cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət etmişdi.[20] 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı.[20] Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.[20] Müharibədə hətta azərbaycanlılardan ibarət diviziyalar təşkil olunmuşdu.[20] 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və digər milli diviziyalar Simferopolda, Odessada və digər şəhərlərdə vuruşmuşlar.[20] 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad edilməsində igidlik göstərmişdi.[20] 416-cı diviziya Qafqazdan Berlinədək qəhrəmanlıq yolu keçmişdi.[20] İkinci Dünya müharibəsi zamanı göstərdikləri igidliyə görə Azərbaycandan 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib.[19]

     1979-cu ildə Bakıda Qarabağ mehmanxanası.

    1948–1953-cü illərdə azərbaycanlıları Ermənistan SSR-dən kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı.[6] Deportasiyalardan sonra, ermənilərin bu ərazidə sayca üstünlüyü təmin olundu.[6] Bir sıra obyektiv və subyektiv səbəblər üzündən 1960-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində — həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı.[6] Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlandı.[6] Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.[6] 1970–1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı.[6] 213 iri sənaye müəssisəsi işə salındı.[6] Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.[6]

    1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağ erməniləri ilə Azərbaycan Respublikası arasında Qarabağ müharibəsi baş verdi. Tərəflər arasında döyüşlər Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentinin 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdikdən sonra başlamışdır. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur.[21] Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra ermənilər Azərbaycandan çəkilmək qərarına gəlmiş və tanınmayan Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər.

    Üçüncü Respublika dövrü
      Əsas məqalələr: Qara Yanvar, Qarabağ müharibəsi, Xocalı soyqırımı, və İkinci Qarabağ müharibəsi
     Qarabağ müharibəsi zamanı Azərbaycan əsgərləri, 1992-ci il.

    19–20 yanvar 1990-cı il gecə saat 23:30-da millətlərarası qarşıdurmanın kəskinləşməsi fonunda keçmiş Sovet İttifaqının qoşunları şəhərdə fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanı[22] rəhbər tutaraq Azərbaycan Xalq Cəbhəsi (AXC) döyüşçülərini nizama məcbur etmək məqsədi ilə Bakıya daxil oldular. AXC-nin fəaliyyəti son illərdə dəfələrlə tənqid olunub: məsələn, hesab edilir ki, Azərbaycanın Kəlbəcər rayonunun işğalı o vaxt hakimiyyətdə olan AXC-nin bilavasitə məsuliyyət daşıdığı güman edilir.[23] Bir sıra tədqiqatçılar əməliyyatın kütləvi şəkildə itkilərlə müşayiət olunduğunu təxmin edirlər.[24] Azərbaycanda "Qara Yanvar" kimi tanınan hadisələrin əks-sədası bütün ölkəyə yayılaraq Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi,[25] 1991-ci il dekabrın 30-da isə Konstitusiya Aktı ümumxalq səsverməsi və referendum yolu ilə təsdiq edildi. Bu akt Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin edilməsi üçün hüquqi əsas yaratdı və ölkə öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etdi.

    1991-ci il sentyabrın 8-də Ayaz Mütəllibov müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə keçirilən prezident seçkilərində 98,52 faiz səs toplayaraq Azərbaycanın Prezidenti seçildi.[26] 1992-ci il martın 6-da Qarabağda vəziyyətin gərginləşməsi fonunda və Azərbaycan Xalq Cəbhəsinin təzyiqi ilə Ayaz Mütəllibov istefa verdi,[27] hakimiyyəti bərpa etmək üçün uğursuz cəhddən sonra isə ölkəni tərk etdi.[28][29] Azərbaycanla Ermənistan arasında genişmiqyaslı hərbi əməliyyatlar 1992-ci ilin qışında başlayıb. Etnik azərbaycanlılara qarşı Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərini işğal etdiyi zaman baş verib. Bir versiyaya[30] görə Rusiyanın 366-cı motoatıcı alayı da şəhərə hücum zamanı iştirak etmişdi. 1993-cü ilin yazında anklavın tərkibinə daxil olmayan torpaqların Ermənistan qoşunları tərəfindən işğalı regionun digər ölkələrinin də müharibəyə girməsi təhlükəsi yaratdı. 1994-cü ildə müharibənin sonunda ermənilər demək olar ki, Qarabağın böyük hissəsinə tam nəzarət edirdilər və Azərbaycan torpaqlarının 20%-nə nəzarət edirdilər. 1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə edildi. 5 may 1994-cü ildə MDB Parlamentlərarası Assambleyası, Qırğızıstan parlamenti, Federal Məclis və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə bir görüş keçirildi, nəticədə Bişkek protokolu 1994-cü il may ayının 8-dən 9-a keçən gecə atəşi dayandırmağa çağırdı.[31] Rusiyanın iştirakı ilə hazırlanan "müddətsiz atəşkəs sazişi" 1994-cü il 12 may gecə yarısı qüvvəyə mindi.[32] Daha sonra münaqişənin sülh danışıqları yolu ilə həlli üçün ATƏT-in prinsipləri əsasında ATƏT-in Minsk qrupu yaradıldı.[33]

    1992-ci il iyunun 7-də keçirilən prezident seçkilərində Əbülfəz Elçibəy 60,9% səs toplayaraq Azərbaycanın prezidenti seçildi.[34] Lakin daxili proseslər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə mane oldu. Hakimiyyət uğrunda mübarizə və hakimiyyətin zorakılıqla dəyişdirilməsi halları Azərbaycanda daxili vəziyyəti xeyli gərginləşdirdi. Belə ki, 1992-ci il oktyabrın 24-də Azərbaycan Xalq Cəbhəsinin tərəfdarları Naxçıvan Muxtar Respublikasında silahlı çevriliş etməyə cəhd etdilər.[35] 1993-cü ilin iyununda xüsusilə ağır vəziyyət yarandı: respublikada vətəndaş müharibəsi gedirdi, Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Bunun qarşısı alındı, lakin sonrakı dövrdə Azərbaycanın müstəqilliyini pozmaq cəhdləri davam etdi və respublikada iki dəfə dövlət çevrilişinə cəhd oldu. 1993-cü il iyunun 21-də talış əsilli Azərbaycan ordusunun polkovniki Ələkrəm Hümmətov 704-cü briqadanın zabitləri ilə birlikdə Azərbaycanın 7 rayonunun ərazisində Talış-Muğan Muxtar Respublikası elan etsə də, Hümmətovun çıxışı hökumətdən və Talış əhalisindən ciddi dəstək almadı və süqut etdi.[36] 1993-cü il avqustun 29-da Əbülfəz Elçibəyə[37] etimad haqqında referendum keçirildi və nəticədə ölkə vətəndaşlarının 97,5%-i onun istefasına səs verdi.[38] 1993-cü il oktyabrın 3-də Azərbaycanda növbəti prezident seçkiləri keçirildi və bu seçkilərdə Heydər Əliyev 98,8 faiz səslə qalib gəldi.[39] 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq münasibətlərdə, elmi əsaslara uyğun müstəqil dövlət quruculuğu prosesində dönüş yarandı.1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə ölkənin yeni konstitusiyası qəbul edildi.[40]

    Heydər Əliyev Qərb şirkətləri ilə Azərbaycanın neft yataqlarının işlənilməsi haqqında danışıqlara başladı. 1994-cü il sentyabrın 20-də Bakıda — Gülüstan sarayında Qərb neft şirkətləri ilə bağlanmış neft müqaviləsi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynamışdır. "Əsrin müqaviləsi"[41] kimi tanınan bu saziş Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının dərin yatağının birgə işlənməsinə və hasil olunan neftin səhmlər şəklində SOCAR, Lukoyl və s. kimi dünyanın ən böyük neft şirkətləri arasında paylanmasına gətirib çıxardı.

    Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda vəziyyəti kökündən dəyişməyə imkan verdi. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi.[42]

    1998-ci il oktyabrın 11-də keçirilən prezident seçkilərində Heydər Əliyev 77,6 faiz səslə yenidən prezident seçildi.[43]

    2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində İlham Əliyev 76,86 faiz səslə qalib gəlib.[44] Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin müxtəlif bölgələrində "ASAN xidmət" kimi genişmiqyaslı proqram və layihələr həyata keçirilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə İlham Əliyev 88,73 faiz səs qazanaraq ikinci dəfə prezident seçilib.[45]

    2011-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.[46] Azərbaycan BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinin, islam və bloklara qoşulmayan dövlətlərin daimi nümayəndələrinin daxil edilməsinin tərəfdarıdır.[47]

    2011-ci ildə Azərbaycanda kütləvi həbslərlə müşayiət olunan bir sıra etiraz aksiyaları keçirildi.[48] 2012-ci ildən bəri ölkədə mətbuat azadlığı və insan haqları ilə bağlı vəziyyət xeyli pisləşib ki, bu da Human Rights Watch hüquq müdafiə təşkilatının hesabatlarında dəfələrlə qeyd olunub.[49]

    2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində İlham Əliyev 84,54 faiz səs toplayaraq növbəti dəfə prezident seçildi.[50] 2017-ci ilin sentyabrında İlham Əliyevin iştirakı ilə "Əsrin yeni müqaviləsi" imzalanıb, ona əsasən Azərbaycan və beynəlxalq neft şirkətləri konsorsiumu "Əsrin müqaviləsi" nin müddətinin 2050-ci ilə qədər uzadılması barədə razılığa gəliblər.[51]

    2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev 86,02 faiz səs toplayıb və yenidən dövlət başçısı seçilib.[52]

    2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri 5 şəhər, 4 yaşayış məntəqəsi, 286 kənd və Azərbaycan-İran sərhədini işğaldan azad edib. 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Moskva saatı ilə 00:00-dan etibarən bütün hərbi əməliyyatların tam dayandırılması ilə bağlı birgə bəyanatı dərc edilmişdir.[53] Bəyanatın şərtlərinə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti Qarabağda qoşunların təmas xətti boyunca və Laçın dəhlizi boyunca 1960 nəfərlik atıcı silah, 90 zirehli transportyor, 380 maşın və xüsusi texnika ilə yerləşdirilib. Müqavilənin müddəti 5 ildir, əgər tərəflərdən heç biri müddətin bitməsinə 6 ay qalmış bu müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməsə müddət avtomatik olaraq 5 il də uzadılır.[54] Bundan başqa, Ermənistan Ağdam[55], Kəlbəcər və Laçın rayonlarını[56] Azərbaycana qaytarmağı öhdəsinə götürüb.

    2020-ci il fevralın 9-da Azərbaycan tarixində ilk növbədənkənar parlament seçkiləri keçirilib və nəticədə hakim "Yeni Azərbaycan" Partiyası 125 mandatdan 70-ni[57] qazanıb. Partiya 1995-ci ildən bəri ardıcıl olaraq parlament seçkilərində çoxluğu qazanır.[58]

    2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müttəfiqlik əlaqələri haqqında birgə bəyannamə imzalayıblar.[59] Bəyannamədə vurğulanır ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyub.[60]

    2022-ci il fevralın 22-də Moskvada İlham Əliyev və Vladimir Putin "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə" ni imzaladılar.[61] Bəyannamədə vurğulanır ki, Rusiya və Azərbaycan, Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli[53], 11 yanvar 2021-ci il tarixli[62] və 26 noyabr 2021-ci il tarixli[63] bəyanatlarının müddəalarının həyata keçirilməsi üçün səylərə hərtərəfli kömək etməyi öhdələrinə götürürlər ki, bu da sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas olmuşdur.[64]

    2022-ci il avqustun əvvəlində Azərbaycan-Ermənistanmünaqişəsi sərhədyanı rayonlarda kəskinləşib. Avqustun 3-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hücumu nəticəsində Azərbaycan əsgərinin həlak olmasına cavab olaraq "Qisas əməliyyatı" nın keçirildiyini açıqlayıb.[65]

    "AZƏRBAYCANIN İLK SAKİNLƏRİ". www.azerbaijan.az. www.azerbaijan.az. 2017-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2017. Mustafayev, Arif. "Jawbones and Dragon Legends". www.azer.com. www.azer.com. 2017-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2017. "AZƏRBAYCAN PALEOLİT DÜŞƏRGƏLƏRİ". www.azerbaijan.az. www.azerbaijan.az. 2017-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2017. "Qobustan". www.unesco.az. www.unesco.az. 2018-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2017. "Qayaüstü incəsənət". www.gobustan-rockart.az. www.gobustan-rockart.az. 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2017. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 "AZƏRBAYCAN TARİXİ HAQQINDA ÜMUMİ MƏLUMAT". www.azerbaijan.az. www.azerbaijan.az. 2017-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2017. "Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower". whc.unesco.org. UNESCO. 2012-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2017. "Наша история в лицах: незаслуженно забытый патриот Азербайджана - Аббас Мирза Каджар". www.1news.az. www.1news.az. 2017-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2017. ↑ 1 2 3 4 5 Sitat səhvi: Yanlış <ref> teqi; shumer2 adlı istinad üçün mətn göstərilməyib "Azərbaycan XIX əsrin birinci yarısında: rus işğal rejimi" (az.). sesqazeti.az. 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26. "Tariximiz şərəfimiz, həm də qürurumuzdur" (az.). www.adalet.az. 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26. "AZƏRBAYCAN TARİXİ" (PDF) (az.). anl.az. 2023-03-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-26. Comtois, Pierre. "World War I: Battle for Baku". www.historynet.com. www.historynet.com. 2017-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2017. "Crumbs of Transcaucasia". www.julienpebrel.com. www.julienpebrel.com. 2016-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2017. "Victims of Soviet repression to be honored in Baku". www.azernews.az. www.azernews.az. 2017-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2017. Shukurov, Karim. "CAUSE AND EFFECT". www.visions.az. www.visions.az. 2017-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2017. Sultanov, Chapay. "BAKU OIL IN DECISIVE BATTLES OF WORLD WAR II". www.visions.az. www.visions.az. 2017-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2017. ""Coveted by Hitler, Cherished by Stalin": Azerbaijan's Baku Oil Steeped in History". oilpro.com. oilpro.com. 2017-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2017. ↑ 1 2 3 "İlham Əliyev 9 May – Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib". www.president.az. www.president.az. 2017-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2017. ↑ 1 2 3 4 5 6 7 "Azərbaycan həm ön, həm də arxa cəbhədə döyüşürdü". anl.az. anl.az. 2018-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018. Croissant, Michael P. The Armenia-Azerbaijan Conflict: Causes and Implications. London: Praeger. 1998. ISBN 0-275-96241-5. "Указы//Управление делами Президента Азербайджанской Республики ПРЕЗИДЕНТСКАЯ БИБЛИОТЕКА – С.21 –2" (PDF) (rus). files.preslib.az. 2023-02-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-05. "İlham Əliyev: "Kəlbəcərin işğalı o vaxt hakimiyyətdə olmuş Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir"" (az.). report.az. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05. "Azərbaycanda 20 Yanvar faciəsində həlak olanlar yad edilir" (az.). www.bbc.com. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05. "Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az. 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05. "Кусок Азербайджана остался без президента. И без горючего" (rus). www.kommersant.ru. 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "AZERBAIJAN'S PRESIDENT RESIGNS OVER REPORTS OF WAR MASSACRE" (ingilis). www.washingtonpost.com. İstifadə tarixi: 2022-02-05. "AZERBAIJANI LEADER, RESTORED TO POWER, IMPOSES EMERGENCY RULE" (ingilis). www.washingtonpost.com. İstifadə tarixi: 2022-02-05. "Azerbaijani Ex-President Returns From Exile" (ingilis). www.rferl.org. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "ОБ УЧАСТИИ 366 ПОЛКА В ШТУРМЕ ХОДЖАЛУ" (rus). www.k2x2.info. 2016-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Bishkek Protocol" (ingilis). peacemaker.un.org. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "The Nagorno-Karabakh Cease-Fire at 25" (ingilis). nationalinterest.org. 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Who we are" (ingilis). www.osce.org. 2023-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Bu gün Əbülfəz Elçibəyin prezident seçildiyi gündür" (az.). www.teleqraf.az. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Major historical events of Nakhchivan region" (ingilis). nakhchivan.preslib.az. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "АЗЕРБАЙДЖАН В ИЮНЕ 1993 ГОДА" (rus). www.igpi.ru. 2017-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "U.S. Department of State Country Report on Human Rights Practices 1993 – Azerbaijan" (ingilis). www.refworld.org. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Elchibey gets vote of no-confidence in Azeri referendum" (ingilis). www.upi.com. İstifadə tarixi: 2022-02-05. "Heydər Əliyev: Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram!" (az.). ikisahil.az. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Azərbaycan Respublikasının Konstitusiyası" (az.). president.az. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Contract of the Century" (ingilis). minenergy.gov.az. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Azərbaycanda ölüm cəzasının ləğvindən 12 il ötür" (az.). az.trend.az. 2019-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "1998-ci ildə keçirilmiş prezident seçkilərində 77,6 faiz səslə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir" (az.). www.yap.org.az. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Election for Presidency of Azerbaijan" (ingilis). www.electionguide.org. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Namizədlər haqqında məlumatlar" (az.). www.infocenter.gov.az. 2022-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "The United Nations in Azerbaijan" (ingilis). azerbaijan.un.org. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "İlham Əliyev: "BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir və bir daimi yer mütləq İƏT üzvünə verilməlidir"" (az.). report.az. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "AZERBAIJAN: More than 200 anti-government protesters arrested" (ingilis). www.latimes.com. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "World Report 2012: Azerbaijan" (ingilis). www.hrw.org. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Mərkəzi Seçki Komissiyası" (az.). www.infocenter.gov.az. 2016-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. ""Əsrin müqaviləsi"ndən 25 il ötür" (az.). aztoday.az. İstifadə tarixi: 2022-02-05. "Protokollar" (az.). www.infocenter.gov.az. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. ↑ 1 2 "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı" (az.). president.az. 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı – П.4" (az.). president.az. 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı – П.2" (az.). president.az. 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı – П.6" (az.). president.az. 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "UPDATE 1-Azeri ruling party wins majority in parliamentary election" (ingilis). www.reuters.com. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Yeni Azərbaycan Partiyası" (az.). meclis.info. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb" (az.). president.az. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin" (az.). konkret.az. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" (az.). president.az. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı" (az.). president.az. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı" (az.). president.az. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı – П.9" (az.). president.az. 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05. "Azərbaycan Ordusu "Qisas" əməliyyatı keçirib – VİDEO" (az.). mod.gov.az. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05.
    Read less

Phrasebook

Salam
Salam
Dünya
Dünya
Salam dünya
Salam dünya
Çox sağ ol
Çox sağ ol
sağol
sağol
Bəli
Bəli
Yox
Yox
Necəsən?
Necəsən?
Yaxşı, təşəkkür edirəm
Yaxşı, təşəkkür edirəm
Neçəyədir?
Neçəyədir?
Sıfır
Sıfır
bir
bir

Where can you sleep near Azərbaycan ?

Booking.com
487.421 visits in total, 9.187 Points of interest, 404 Destinations, 47 visits today.