Australia

Avstraliya
Nachoman-au - CC BY-SA 3.0 Nigel Malone - CC BY-SA 1.0 ogwen - CC BY-SA 3.0 W. Bulach - CC BY-SA 4.0 User: (WT-shared) Inas at wts wikivoyage - Public domain Robyn Bradbrook - CC BY-SA 4.0 Schutz - CC BY-SA 3.0 Bob Tarr - CC BY-SA 4.0 Nachoman-au - CC BY-SA 3.0 Ciambue - CC BY 2.0 Nachoman-au - CC BY-SA 3.0 Paul Holloway from Birmingham, United Kingdom - CC BY-SA 2.0 Bäras - CC BY-SA 3.0 Twistie.man - CC BY-SA 3.0 Ishara Udawela - CC BY-SA 4.0 Nachoman-au - CC BY-SA 3.0 Graeme Bartlett - CC BY-SA 3.0 Chris Fithall - CC BY 2.0 Mark - GFDL Bob Tarr - CC BY-SA 4.0 Nachoman-au - CC BY-SA 3.0 Mark - GFDL Rhain - CC BY-SA 4.0 W. Bulach - CC BY-SA 4.0 Reefpix - CC BY-SA 4.0 Nachoman-au - CC BY-SA 3.0 W. Bulach - CC BY-SA 4.0 Graeme Bartlett - CC BY-SA 3.0 Nigel Malone - CC BY-SA 1.0 Balmy Palmy - CC BY-SA 4.0 Graeme Bartlett - CC BY-SA 3.0 Peter Campbell - CC BY-SA 3.0 Christian Mehlführer, User:Chmehl - CC BY 2.5 Petra - CC BY 2.0 Graeme Bartlett - CC BY-SA 3.0 jeffowenphotos - CC BY 2.0 Bäras - CC BY-SA 3.0 Nachoman-au - CC BY-SA 3.0 Ishara Udawela - CC BY-SA 4.0 Rob Young from United Kingdom - CC BY 2.0 - Public domain Nachoman-au - CC BY-SA 3.0 Nicolas Lannuzel from Singapore, Singapore - CC BY-SA 2.0 Bluedawe - CC BY-SA 3.0 Andy McLemore from ...in a little town where everybody wishes they were somewhere else, United State - CC BY-SA 2.0 Ciambue - CC BY 2.0 Bluedawe - CC BY-SA 3.0 Ian Cochrane from Melbourne, Australia - CC BY 2.0 No machine-readable author provided. Enochlau assumed (based on copyright claims). - CC BY-SA 3.0 Noveoko2 - CC BY 3.0 Ciambue - CC BY 2.0 Paul Holloway from Birmingham, United Kingdom - CC BY-SA 2.0 Mark - GFDL Nachoman-au - CC BY-SA 3.0 EmpireFootage - CC BY-SA 4.0 Bidgee - CC BY 3.0 Graeme Bartlett - CC BY-SA 3.0 Corey Leopold - CC BY 2.0 Nachoman-au - CC BY-SA 3.0 - Public domain No images

Context of Avstraliya

Avstraliya və ya rəsmi adı ilə Avstraliya İttifaqı (ing. Commonwealth of Australia), oxunuş [əˈstreɪljə], (ing. Australia, lat. austrālis "Cənub") — Cənub yarımkürəsidə yerləşib Avstraliya materikini, Tasmaniya adasını, Hind və Sakit okeanlarında yerləşən bir neçə adanı əhatə edən, Millətlər Birliyinin üzvü olan dövlət. Sahəsinə görə Okeaniyada birinci, dünyada altıncı yerdədir. Avstraliya İttifaqından şimalda Şərqi Timor, İndoneziya, Papua-Yeni Qvineya, şimal-şərqdə Vanuatu, Yeni Kaledoniya, Solomon adaları, cənub-şərqdə Yeni Zelandiya yerləşir. Əhalisinin sayı 25 milyona çatır ki, onun da əksər hissəsi ölkənin yüksək urbanizasiya səviyyəsi ilə seçilən şərq sahillərində yerləşir. Paytaxtı Kanberra, ən böyük şəhəri isə Sidneydir. Ölkənin digər mühüm metropolis ərazilərinə Melburn, Brisben, Pert və Adelayda daxildir ki, bu şəhərlərin də hər birinin əhali...Read more

Avstraliya və ya rəsmi adı ilə Avstraliya İttifaqı (ing. Commonwealth of Australia), oxunuş [əˈstreɪljə], (ing. Australia, lat. austrālis "Cənub") — Cənub yarımkürəsidə yerləşib Avstraliya materikini, Tasmaniya adasını, Hind və Sakit okeanlarında yerləşən bir neçə adanı əhatə edən, Millətlər Birliyinin üzvü olan dövlət. Sahəsinə görə Okeaniyada birinci, dünyada altıncı yerdədir. Avstraliya İttifaqından şimalda Şərqi Timor, İndoneziya, Papua-Yeni Qvineya, şimal-şərqdə Vanuatu, Yeni Kaledoniya, Solomon adaları, cənub-şərqdə Yeni Zelandiya yerləşir. Əhalisinin sayı 25 milyona çatır ki, onun da əksər hissəsi ölkənin yüksək urbanizasiya səviyyəsi ilə seçilən şərq sahillərində yerləşir. Paytaxtı Kanberra, ən böyük şəhəri isə Sidneydir. Ölkənin digər mühüm metropolis ərazilərinə Melburn, Brisben, Pert və Adelayda daxildir ki, bu şəhərlərin də hər birinin əhalisinin sayı 1 milyon nəfərdən çoxdur. Avstraliya təbii sərvətləri ilə məşhurdur. Beləki dünyanın bir çox ölkələri Avstraliyadan dəmir filizləri, eləcədə Uran filizi alırlar. Avstraliyada böyük qızıl mədənləri var. Buradan hər gün küllü miqdarda qızıl alınır.

Avstraliya ərazisi təqribən 60 min il əvvəldən etibarən Avstraliya aborigenləri tərəfindən məskunlaşmış ərazi olmuş, 18-ci əsrin sonlarından etibarən isə bu əraziyə ingilis müstəmləkəçiləri gəlməyə başlamışdır. Avstraliya aborigenlərinin danışdığı dillər öz sinfinə görə 250 qrupa bölünür. 1606-cı ildə qitənin hollandlar tərəfindən kəşf edilməsindən sonra bu ərazi Yeni Hollandiya adlandırılmışdır. 1770-ci ildə Böyük Britaniya Avstraliyanın şərq sahillərini kəşf etmiş və bura ərazi iddiası irəli sürmüşdür. 26 yanvar 1788-ci il tarixindən etibarən britaniyalılar öz ölkəsində qaydalara tabe olmayan şəxsləri Yeni Cənubi Uels əyalətindəki koloniyalara sürgün etməyə başlamışdır. Həmin tarix hal-hazırda Avstraliyanın milli bayramı olaraq hər il müntəzəm şəkildə qeyd olunur. İllər keçdikcə bu əraziyə köç edənlərin sayı da stabil şəkildə artmağa başlamış və artıq 1850-ci ilə qədər qitənin böyük hissəsi kəşf olunmuş, həmçinin özünü idarəetmə hüququna sahib olan beş kral koloniyası qurulmuşdur. 1 yanvar 1901-ci ildə altı koloniya federasiyalaşmaq barədə qərar qəbul etmiş və Avstraliya İttifaqı formalaşmışdır. Altı ştat və on federal ərazidən ibarət olan Avstraliya hazırda stabil liberal demokratik siyasi sistemi ilə idarə olunur.

İnsanlar tərəfindən məskunlaşmış ən düzənlik və ən quru qitə olan Avstraliyanın sahəsi 7,617,930 kvadrat kilometrdir. Ərazinin olduqca böyük olması səbəbilə ölkədə müxtəlif relyef formalarına rast gəlmək mümkündür. Belə ki, Avstraliyanın mərkəzi hissəsi səhralarla, şimal-şərq hissəsi tropik meşələrlə, cənub-şərq hissəsi isə dağlarla əhatə olunmuşdur. Buna baxmayaraq, əhali sıxlığı hər kvadrat kilometrə 2.8 nəfər düşür ki, bu da dünyada ən aşağı göstəricilərdən biri hesab olunur. Avstraliya dağ-mədən sənayesi, telekommunikasiya, bankçılıq və emaledici sənaye sahələrindən yüksək gəlir əldə edir. Avstraliya aborigenlərinin qaya üzərində çəkdiyi rəsmlər isə dünyanın ən qədim və ən zəngin incəsənət nümunələrindən hesab edilir.

Dünyada nominal ÜDM-nin həcminə görə 13-cü, alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə 19-cu yerdə qərarlaşan Avstraliya yüksək inkişaf etmiş ölkədir. Adambaşına düşən gəlirin səviyyəsinə görə dünya ölkələri arasında 10-cu yeri tutan bu ölkənin çox böyük gəliri var.Regional güc hesab olunan Avstraliya hərbi xərclərin həcminə görə 13-cü yerdədir. Ölkə əhalisinin 26%-ni immiqrantlar təşkil edir ki, bu da dünya ölkələri arasında 9-cu ən yüksək göstəricidir. Həyat keyfiyyəti, tibb, təhsil, iqtisadi və mülki azadlıqlar, həmçinin siyasi hüquqların yüksək səviyyədə təmin olunması nəticəsində Avstraliya hazırda qlobal insan inkişafı indeksinə görə ikinci yerdədir. Avstraliya hal-hazırda BMT, G20, Millətlər Birliyi, ANZYUS, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Ticarət Təşkilatı, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, Sakit Okean adaları forumu və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası kimi təşkilatların üzvüdür.

More about Avstraliya

Basic information
  • Currency Avstraliya dolları
  • Native name Australia
  • Calling code +61
  • Internet domain .au
  • Speed limit 50
  • Mains voltage 240V/50Hz
  • Democracy index 8.96
Population, Area & Driving side
  • Population 26473055
  • Area 7692024
  • Driving side left
History
  •  Aborigenlərin 3.000 il yaşı olan qayaüstü rəsmləri. Kakadu milli parkı.

    Avstraliyadakı ilk insan məskunlaşmalarının 42.000 ilə 48.000 il əvvəl ortaya çıxdığı təxmin edilməkdədir. İlk Avstraliyalılar günümüzdəki Avstraliya yerli xalqı olan Aborigenlərin atalarıdır. Quru əlaqələri və ya qısa məsafəli suları keçərək Cənub-şərqi Asiyadan, əraziyə yerləşmişlər. Bu insanların çoxu təbiət insanı idi.

    Adada yaşayan digər bir yerli xalq olan Torres Streyt Yerliləri etnik olaraq Malayziya mənşəlidir. Bu insanlar Torres Streit Adaları və Kvinsləndin şimal ucqarlarındakı müxtəlif bölgələrdə yaşayırdılar. Mədəni vərdişləri Aborigenlərdən diqqətə çarpacaq qədər fərqlidir.

    Avstraliya qitəsini rəsmi qeydlərə görə kəşf edən ilk Avropalı, Hollandiyalı səyyah Villem Canszundur. Canszun Keyp York yarımadasını 1606-cı ildə tədqiq edib. 17-ci əsr boyunca, Hollandiyalılar bütün qərb və şimal sahil xəttinin xəritəsini çıxarmış və buraları Nyu Holland olaraq adlandırmışdılar. Ancaq hər hansı bir yaşayış yeri qurma səyi göstərməmişdilər. 1770-ci ildə Ceyms Kuk, Avstraliyanın şərq sahillərinə səfər etmiş, bölgənin xəritəsini çıxarmış, Yeni Cənubi Uels olaraq adlandırdığı bölgəni Britanya torpaqlarına qatdığını elan etmişdir. Səfərlər nəticəsi edilən kəşflər, qitənin istismarı üçün, sürətlə məhkumların və məhbusların işçi olaraq işlədildiyi koloniyaların qurulmasını təmin etmişdir.

    ...Read more
     Aborigenlərin 3.000 il yaşı olan qayaüstü rəsmləri. Kakadu milli parkı.

    Avstraliyadakı ilk insan məskunlaşmalarının 42.000 ilə 48.000 il əvvəl ortaya çıxdığı təxmin edilməkdədir. İlk Avstraliyalılar günümüzdəki Avstraliya yerli xalqı olan Aborigenlərin atalarıdır. Quru əlaqələri və ya qısa məsafəli suları keçərək Cənub-şərqi Asiyadan, əraziyə yerləşmişlər. Bu insanların çoxu təbiət insanı idi.

    Adada yaşayan digər bir yerli xalq olan Torres Streyt Yerliləri etnik olaraq Malayziya mənşəlidir. Bu insanlar Torres Streit Adaları və Kvinsləndin şimal ucqarlarındakı müxtəlif bölgələrdə yaşayırdılar. Mədəni vərdişləri Aborigenlərdən diqqətə çarpacaq qədər fərqlidir.

    Avstraliya qitəsini rəsmi qeydlərə görə kəşf edən ilk Avropalı, Hollandiyalı səyyah Villem Canszundur. Canszun Keyp York yarımadasını 1606-cı ildə tədqiq edib. 17-ci əsr boyunca, Hollandiyalılar bütün qərb və şimal sahil xəttinin xəritəsini çıxarmış və buraları Nyu Holland olaraq adlandırmışdılar. Ancaq hər hansı bir yaşayış yeri qurma səyi göstərməmişdilər. 1770-ci ildə Ceyms Kuk, Avstraliyanın şərq sahillərinə səfər etmiş, bölgənin xəritəsini çıxarmış, Yeni Cənubi Uels olaraq adlandırdığı bölgəni Britanya torpaqlarına qatdığını elan etmişdir. Səfərlər nəticəsi edilən kəşflər, qitənin istismarı üçün, sürətlə məhkumların və məhbusların işçi olaraq işlədildiyi koloniyaların qurulmasını təmin etmişdir.

    Britanya Dənizaşırı Koloniyaları qitədə ilk dəfə Yeni Cənubi Uels koloniyası ilə, 26 yanvar 1788-ci ildə Kapitan Artur Fillip tərəfindən Port Ceksonda bir yaşayış yeri yaradılması ilə başlamışdır. Bu tarix daha sonra Avstraliyanın milli günü elan edilmişdir (Australia Day). İndiki vaxtda Tasmaniya olaraq bilinən, Van Diemen's Landa məskunlaşma 1803-cü ildə başlamışdır. Birləşmiş Krallıq, 1829-cu ildə Avstraliyanın qərb hissəsini idarə altında saxlamaqda idi. Yeni Cənubi Uelsin müxtəlif hissələrində yeni və ayrı koloniyalar yaradıldı; Cənubi Avstraliya (1836), Viktoriya (1851) və Kvinslənd (1859). Şimal Əraziləri, Cənubi Avstraliya əyalətinin bir parçası olaraq 1863də quruldu. Cənubi Avstraliya, bir sərbəst əyalət olaraq qurulmuş və heç bir zaman digər koloniyalarda olduğu kimi məhkum və məhbusların işlədildiyi bir cəzası koloniya olmamışdır. Günahkarların gətirilməsi 1840 və 1864 illəri arasında fasilələrlə davam etdirilmişdir.

    Avstraliyanın kəşfi  Avstraliyanın avropalı səyyahlar tərəfindən tədqiqi

    Bir çox müəlliflər Avropalıların Avstraliyaya hələ 16-cı əsrdə ziyarət etdiyini sübut etməyə çalışmışlar. Məsələn, Makintayr Kennat və başqaları Portuqallar gizli şəkildə XVI əsrin 20-ci illərində Avstraliyanı kəşf etmişdilər[1].Onların tərəfindən sübut kimi Depin xəritələrində "Jav-Lya-Qrand" yazısının olması verilir.Buna baxmayaraq Depin xəritələri o dövrdə məlum olan coğrafi biliklərin tamamlanmamış vəziyyətini əks etdirir[2].Baxmayaraq ki avropalıların Avstraliyanı hələ 17-ci əsrdən əvvəl ziyarət etməsi haqqında fərziyyələr böyük maraq cəlb edir, bu fərziyyələr bir qayda olaraq mübahisəli hesab edilir.

    Avstraliyanın kəşfi 1606-cı ildə baş verib. İlk dəfə olaraq Villem Yanson Duyfken gəmisində Avstraliya sahillərinə yan aldı[3].O, bu ərazini Yeni Hollandiya adlandırdı və ərazinin Hollandiyanın malikənəsi olduğunu bəyan etdi. Həmin il başda Pedro fernandos Kiros olmaqla ispan ekspedisiya heyəti Yeni Hibrid adalarına ayaq basdılar və buranın cənub qitəsi olduğunu nəzərə alaraq ərazinin adını Müqəddəs ruhun cənub torpağı olaraq adlandırdılar.

    1642-ci ildə hollandiyalı Abel Tasman əraziyə ekspedisiya etmişdir. Bu ekspedisiya gedişatında gələcəkdə Tasmaniya adlandırılacaq torpağı və Yeni Zelandiyanı kəşf etdi. Bu hadisə Avstraliyanın tədqiqində böyük təkan oldu. O, 1644-cü ildə ikinci ekspedisiya zamanı Avstraliyanın şərq sahilindən keçərək Yeni Qvineyanın cənub sahilinə çatmışdır. O, Yeni Qvineya və Avstraliya arasında yerləşən Torres keçidindən keçərək qərb istiqamətində gəmi ilə irəliləməyə davam edirdi. Son nəticədə onun əməyi nəticəsində xəritələrdə Avstraliyanın qərb sahili təsvir olundu. Avstraliyanın öyrənilməsində Ceyms Kukun xidmətləri də böyük olmuşdur.

    McIntyre, K. G. (1977) The Secret Discovery of Australia, Portuguese ventures 200 years before Cook, Souvenir Press, Menindie ISBN 028562303 6 Robert J. King, "The Jagiellonian Globe, a Key to the Puzzle of Jave la Grande", The Globe: Journal of the Australian Map Circle, no.62, 2009, pp.1–50. J.P.Sigmond and L.H.Zuiderbaan(1979)Dutch Discoveries of Australia.Rigby Ltd, Australia. p.19–30 ISBN 0-7270-0800-5
    Read less

Phrasebook

Salam
Hello
Dünya
World
Salam dünya
Hello world
Çox sağ ol
Thank you
sağol
Goodbye
Bəli
Yes
Yox
No
Necəsən?
How are you?
Yaxşı, təşəkkür edirəm
Fine, thank you
Neçəyədir?
How much is it?
Sıfır
Zero
bir
One

Where can you sleep near Avstraliya ?

Booking.com
490.022 visits in total, 9.198 Points of interest, 404 Destinations, 71 visits today.