Argentina

Beatrice Murch - CC BY 2.0 Horacio Cambeiro - CC BY 3.0 Ben Stubbs - CC BY 2.0 Enaldo Valadares - CC BY-SA 3.0 Fabio (-Fabio-) from Mendoza, Argentina - CC BY 2.0 Diego Alarcon - CC BY-SA 3.0 Ben Stubbs - CC BY 2.0 Dario Alpern - CC BY-SA 3.0 MARINACHE2020 - CC BY-SA 4.0 Rodolfo Pace - CC BY 2.0 Matias Garabedian - CC BY-SA 2.0 Cecilia Alejandra Davidek - CC BY-SA 4.0 Mauricio.aello - CC BY-SA 4.0 CrookedTreeCreative - CC BY-SA 4.0 Christof Berger - CC BY-SA 3.0 Gino Lucas T. - CC BY-SA 2.5 Butterfly voyages - CC BY-SA 3.0 Gorkaazk - Public domain Pablo Bruno D'Amico from Buenos Aires, Argentina - CC BY-SA 2.0 Pablo Bruno D'Amico from Buenos Aires, Argentina - CC BY-SA 2.0 Gavieiro Juan M - CC BY-SA 3.0 Dario Alpern - CC BY-SA 3.0 Edobarreto - CC BY-SA 4.0 danielpgauer - CC BY 2.0 Chrislorenz9 - CC BY-SA 4.0 CrookedTreeCreative - CC BY-SA 4.0 Gabito Giménez - CC BY 2.0 CherratiAicha - CC BY-SA 4.0 Chrislorenz9 - CC BY-SA 4.0 Mountain Wave Project - CC BY-SA 3.0 David Stanley from Nanaimo, Canada - CC BY 2.0 Calyponte - CC BY-SA 4.0 Miguel Vieira derivative work: MrPanyGoff - CC BY 2.0 Crack77 - CC BY-SA 4.0 MARINACHE2020 - CC BY-SA 4.0 Augusto Sarita - CC BY-SA 3.0 Alicia Nijdam - CC BY 2.0 Gavieiro Juan M - CC BY-SA 3.0 https://www.flickr.com/photos/galio/ - CC BY-SA 2.0 Deensel - CC BY 2.0 Joe Merlo - CC BY-SA 4.0 Adam Jones Adam63 - CC BY-SA 3.0 David - CC BY 2.0 Allan Aguilar (Green Mostaza) - CC BY 3.0 grooverpedro - CC BY 2.0 Butterfly voyages - CC BY-SA 3.0 Miguel Vieira derivative work: MrPanyGoff - CC BY 2.0 Wikisanchez - Public domain Victoria Rachitzky from Sao Paulo agora, Brasil - CC BY 2.0 No machine-readable author provided. Heretiq assumed (based on copyright claims). - CC BY-SA 2.5 Gervacio Rosales - CC BY 3.0 W. Bulach - CC BY-SA 4.0 Butterfly voyages - CC BY-SA 3.0 Joe Merlo - CC BY-SA 4.0 Jaan-Cornelius K. - CC BY-SA 2.0 Alejandra Cartamil - CC BY-SA 4.0 Alejandra Cartamil - CC BY-SA 4.0 Stevage - CC BY-SA 4.0 No images

Context of Argentina


Argentina (isp. Argentina) rəsmi adı: Argentina Respublikası (isp. República Argentina) 34' 36 Cənub paralelləri və 58' 27 Qərb meridianları arasında, Cənub Amerika qitəsində yerləşən ölkə.

Argentinanın ümumi sahəsi 2,791,810 km²-dir , əhalisi isə 2012-ci ildə aparılmış rəsmi siyahıyaalmanın nəticələrinə əsasən 41 281 631 nəfərdir.

Argentina Cənubi Amerika qitəsinin cənub seqmentində, And dağları və Atlantik okeanı arasında yerləşəir; sahil xəttinin uzunluğu 4989 kilometrdir. Ərazisinin böyüklüyünə görə Argentina Cənubi Amerika materikinin ikinci, dünyanın səkkizinci dövlətidir. Çili (5308 km), Boliviya (832 km), Paraqvay (1880 km), Braziliya (1261 km) və Uruqvay (580 km) ilə sərhəddi vardır.

Ölkə əhalisinin böyük əksəriyyəti ispan və italyan mühacirlərinin törəmələridir.

More about Argentina

Basic information
  • Native name Argentina
  • Calling code +54
  • Internet domain .ar
  • Mains voltage 220V/50Hz
  • Democracy index 6.95
Population, Area & Driving side
  • Population 47327407
  • Area 2780400
  • Driving side right
History
  • Argentinada yaşayan hindilərin mədəniyyətində ispan istilasına qədər bir neçə yerli təsərrüfat tipi ("mədəni vilayətlər") mövcud idi: And dağlarının ətəklərində və öndağlıqda məskunlaşmış və keçuaların təsiri ilə Diagita arxeoloji mədəniyyətini (suvarma əkinçilik, lama yetişdirilməsi, toxuculuq, qalaların inşası və s.) yaratmış ən çoxsaylı xalqlar; ovçuluq və yığıcılıqla məşğul olmuş Çako hindiləri (aravaklar, matakolar, tobalar, tupilər); Çayarası xalqları quaranilər, çarrualar, kerandilər (qırılıb-yandırılan əkinçilik); Pampa və Pataqoniya hindiləri teuelçelər, 18 əsrdən araukanlar (dəvəquşu və quanako ovu); Odlu Torpaq adasında yaşayan və odlutorpaqlılar qrupuna aid edilən onalar və yaqanlar.

    Amerika qitəsi kəşf edildikdən sonra Avropa dövlətləri sürətlə bu qitədə müstəmləkələr yaratmağa başladılar. 1536-cı ildə Argentinaya gələn ispanlar bugün Buenos Aires olaraq bilinən yerdə ilk müstəmləkələrini yaratdılar, lakin onların bu şəhərdə məskunlaşması yalnız XVIII əsrdə oldu. Argentina 1776-cı ilə qədər İspaniyanın Peruda yerləşən ümumi qubernatorluğu tərəfindən idarə edilirdi. Bir ildən sonra La Plata ümumi qubernatorluğu təşkil olundu və Buenos Aires ümumi qubernatorluğun paytaxtı oldu.

    İspan istilası gedişində, əsasən, şəhərlərdə yaşayan və sənətkarlardan xırda ticarətçilərdən və qulluqçulardan ibarət ispan-hindi metisləri təbəqəsi yarandı. 17–18 əsrlərdə Afrikadan qulların gətirilməsi nəticəsində Argentinada zəncilər və mulatlar meydana gəldi. 18 əsrin sonlarında Argentinanın mədəniyyətinin formalaşmasında maldar qauçoların böyük rolu oldu. Argentina cəmiyyətinin imtiyazlı ali təbəqəsini əslən metropoliyadan olanlar təşkil edirdi. Bu, yerli sakinlərin həm sayca, həm də iqtisadi cəhətdən güclənən qrupunun – ispan istilaçılarının ağdərili nəsilləri olan və əsasən, sahilyanı vilayətdə yaşayan kreolların narazılığına səbəb olurdu.

    ...Read more

    Argentinada yaşayan hindilərin mədəniyyətində ispan istilasına qədər bir neçə yerli təsərrüfat tipi ("mədəni vilayətlər") mövcud idi: And dağlarının ətəklərində və öndağlıqda məskunlaşmış və keçuaların təsiri ilə Diagita arxeoloji mədəniyyətini (suvarma əkinçilik, lama yetişdirilməsi, toxuculuq, qalaların inşası və s.) yaratmış ən çoxsaylı xalqlar; ovçuluq və yığıcılıqla məşğul olmuş Çako hindiləri (aravaklar, matakolar, tobalar, tupilər); Çayarası xalqları quaranilər, çarrualar, kerandilər (qırılıb-yandırılan əkinçilik); Pampa və Pataqoniya hindiləri teuelçelər, 18 əsrdən araukanlar (dəvəquşu və quanako ovu); Odlu Torpaq adasında yaşayan və odlutorpaqlılar qrupuna aid edilən onalar və yaqanlar.

    Amerika qitəsi kəşf edildikdən sonra Avropa dövlətləri sürətlə bu qitədə müstəmləkələr yaratmağa başladılar. 1536-cı ildə Argentinaya gələn ispanlar bugün Buenos Aires olaraq bilinən yerdə ilk müstəmləkələrini yaratdılar, lakin onların bu şəhərdə məskunlaşması yalnız XVIII əsrdə oldu. Argentina 1776-cı ilə qədər İspaniyanın Peruda yerləşən ümumi qubernatorluğu tərəfindən idarə edilirdi. Bir ildən sonra La Plata ümumi qubernatorluğu təşkil olundu və Buenos Aires ümumi qubernatorluğun paytaxtı oldu.

    İspan istilası gedişində, əsasən, şəhərlərdə yaşayan və sənətkarlardan xırda ticarətçilərdən və qulluqçulardan ibarət ispan-hindi metisləri təbəqəsi yarandı. 17–18 əsrlərdə Afrikadan qulların gətirilməsi nəticəsində Argentinada zəncilər və mulatlar meydana gəldi. 18 əsrin sonlarında Argentinanın mədəniyyətinin formalaşmasında maldar qauçoların böyük rolu oldu. Argentina cəmiyyətinin imtiyazlı ali təbəqəsini əslən metropoliyadan olanlar təşkil edirdi. Bu, yerli sakinlərin həm sayca, həm də iqtisadi cəhətdən güclənən qrupunun – ispan istilaçılarının ağdərili nəsilləri olan və əsasən, sahilyanı vilayətdə yaşayan kreolların narazılığına səbəb olurdu.

    1806-cı ildə Buenos-Ayresin ingilislər tərəfindən qısa bir müddət işğal edilməsi, Argentinanın istiqlal mübarizəsi üçün bir başlanğıc olmuşdur. 1808-ci ildə Napoleonun İspaniyaya girməsi müstəqillik mübarizəsini sürətləndirdi. Ölkə 1812-ci ildə istiqlaliliyyətini qazansa da, 1816-cı ilə qədər müstəqil bir dövlət olduğu rəsmən elan edilmədi. 19-cu əsrin əvvəllərində Argentinanın istiqlaliyyət uğrunda mübarizəsinə kreollar başçılıq etdilər. 19-cu əsrin son rübü – 20-ci əsrin əvvəllərində Avropadan (əsasən, İspaniya və İtaliyadan) kütləvi surətdə mühacirət edənlər Argentinanın tərkibinə qatıldı. Avropalıların köməyilə pampanı məskunlaşdırmaq istəyən hökumətin siyasəti də bu prosesə rəvac verirdi. 1870–80-ci illərdə bir sıra hərbi ekspedisiyalar nəticəsində pampanın hindi əhalisi məhv edildi, ya da dağlara sıxışdırıldı. Qauçolar, Argentinanın şəhər və kənd əhalisinə qarışaraq mədəni münfəridliklərini itirdilər. 1914-cü ildə mənşəcə Avropadan olanlar Argentinanın 30%-ni təşkil edirdi. İkinci dünya müharibəsi illərində və sonrakı illərdə sənayenin inkişafı ilə əlaqədar kənd yerlərindən şəhərlərə (əsasən, Buenos-Ayresə) əhalinin kütləvi axını baş verdi.

    İkinci Dünya müharibəsi ərəfəsində Argentina hökumətlərinin gizli və satın alınmış nasist tərəfdarları Amerika Birləşmiş Ştatları və cənub yarımkürəsinin digər ölkələri ilə münasibətlərinin gərginləşməsinə və Argentinanın Pan-Amerikan təşkilatından çıxarılmasına səbəb oldu. II dünya müharibəsi zamanı bitərəf olan Argentina, 1945-ci ilin yazında müttəfiqlər tərəfındən müharibəyə girdi. ABŞ-nin köməyi ilə Argentina həmin ilin sonuna doğru Birləşmiş Millətlər daxil oldu və təşkilatın məsələlərində önəmli bir rol oynadı.

    Müharibədən sonra general olan Juan Domingo Peron özünə qüvvətli bir mövqe hazırlamağı bacarmış və 1946-cı ilin fevralında Argentinada prezident seçilmişdir. Yoldaşı Eva Peronun yardımıyla dinamik və sərt bir idarə qurmağı başararaq, zamanında, siyasi dəstəyini silahlı qüvvətlərdən almağa çalışan siniflərə sözünü keçirməsini bilmişdir. Mətbuatı bir dövlət orqanı halına gətirmiş və totalitar bir rejimin başçısı olaraq özünə daha böyük səlahiyyət verməsi üçün konstitusiyanı dəyişdirmişdir.

    Peron, işçi siniflərı arasında çox sevilmiş və hətta qəhrəman olaraq tanınmışdır, lakin o, 1955-ci ildə hərbi çevriliş nəticəsində devrilmiş, uzun illər sürgündə yaşamış və sonra dönərək 1973-cü ildə dövlət başçısı olmuşdur. Bir ill sonra ölməsi üzerinə İsabel Peron olaraq tanınan üçüncü həyat yoldaşı dövlət başçısı oldu. Ölkənin birlik və bərabərliyini saxlayamayınca 1976-cı ildə ordu tərəfindən devrildi. Argentinanın köhnə dövlət başçılarından General Galtier İngiltərəyə aid, fəqət özlərinə çox yaxın olan Folkland adalarını 1982-ci ildə işğal etdi. İngiltərə ilə olan savaşda Argentina məğlub oldu və adalar təkrar İngiltərənin tabeliyində qaldı.

    Read less

Phrasebook

Salam
Hola
Dünya
Mundo
Salam dünya
Hola Mundo
Çox sağ ol
Gracias
sağol
Adiós
Bəli
Yox
No
Necəsən?
¿Cómo estás?
Yaxşı, təşəkkür edirəm
Bien, gracias
Neçəyədir?
¿Cuánto cuesta?
Sıfır
Cero
bir
Una

Where can you sleep near Argentina ?

Booking.com
489.311 visits in total, 9.196 Points of interest, 404 Destinations, 138 visits today.