Context of Andorra

Andorra (kat. Andorra) və ya rəsmi adı ilə Andorra Knyazlığı (kat. Principat d'Andorra) — Cənubi Avropada mikrodövlət. Andorra dənizə çıxışı olmayan ölkələrdən biridir və Pireney yarımadasının şərqində yerləşir. Şimalda Fransa, cənubda isə İspaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Andorra la Vella, ümumi sahəsi 467,63 kvadrat kilometr, əhalisinin sayı 79000 (2021) nəfərdir. İdarəetmə forması konstitusiyalı monarxiya olan ölkə Fransa Respublikasının prezidenti və Urjel yepiskopu tərəfindən birgə idarə olunur.

Andorranın sahəsi 465 kv. km-dir. Ölkə Şərqi Pireneyin cənub yamacında, Ebro hövzəsinə aid Cerpe çayının qolu Valiranın orta və yuxarı axını boyu dağ dərəsində yerləşir. Onu qərbdən, şərqdən və eləcə də Fransa tərəfdən hündürlüyü 2500 m-ə qədər olan sıldırım dağ yamacları əhatə edir. Ölkənin yerləşdiyi dərə İspaniya tərəfə açıqdır.

Sahəsinə görə Avropanın mikro dövlətləri içərisində ən böyüyü olsa da, dünya ölkələri iş...Read more

Andorra (kat. Andorra) və ya rəsmi adı ilə Andorra Knyazlığı (kat. Principat d'Andorra) — Cənubi Avropada mikrodövlət. Andorra dənizə çıxışı olmayan ölkələrdən biridir və Pireney yarımadasının şərqində yerləşir. Şimalda Fransa, cənubda isə İspaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Andorra la Vella, ümumi sahəsi 467,63 kvadrat kilometr, əhalisinin sayı 79000 (2021) nəfərdir. İdarəetmə forması konstitusiyalı monarxiya olan ölkə Fransa Respublikasının prezidenti və Urjel yepiskopu tərəfindən birgə idarə olunur.

Andorranın sahəsi 465 kv. km-dir. Ölkə Şərqi Pireneyin cənub yamacında, Ebro hövzəsinə aid Cerpe çayının qolu Valiranın orta və yuxarı axını boyu dağ dərəsində yerləşir. Onu qərbdən, şərqdən və eləcə də Fransa tərəfdən hündürlüyü 2500 m-ə qədər olan sıldırım dağ yamacları əhatə edir. Ölkənin yerləşdiyi dərə İspaniya tərəfə açıqdır.

Sahəsinə görə Avropanın mikro dövlətləri içərisində ən böyüyü olsa da, dünya ölkələri işərisində 176-cı, Qərbi Avropada isə 20-ci yeri tutur. Koma Pedros adlanan zirvənin dəniz səviyyəsindən hündürlüyü 2949, Kapa zirvəsinin hündürlüyü isə 2629 metrdir.

More about Andorra

Basic information
  • Currency Avro
  • Native name Andorra
  • Calling code +376
  • Internet domain .ad
  • Mains voltage 220V/50Hz
Population, Area & Driving side
  • Population 85101
  • Area 468
  • Driving side right
History
  • Bir dövlət kimi Andorranın yaranması tarixi çox maraqlıdır. Bu haqda ilk məlumatlar 805-ci ilə istinad edir. Orta əsrlərdə əvvəl mavrlardan, sonra isə İspan və Fransız feodallarından öz müstəqilliyini qoruyan çoban qəbilələri burada yaşamışlar. Bu ərazidə ağalar üstündə İspan və Fransız feodallarının rəqabəti yüz illərlə davam etmişdir. 1278-ci ildən başıayaraq Andorra bəzi fasilələrlə İspaniya və Fransanın ikili protektoratı altında olur. 1278–1288-ci illərdə Upxel yeniskopu ilə (İspaniya) qraf de Fya (Frasa) bu ölkəni bölüşdürmək aktını imzalayırlar. Bu iki asılılıq indi simvolik xarakter daşıyır. Hər il ölkə Fransaya 960 frank, Ypxel yeniskopuna (Ceo-de Upxel şəhərinin yeniskopunu) isə 460 peset simvolik vergi verir. 1866-cı ildə Andorra konstitusiya qəbul edir.

Phrasebook

Salam
Hola
Dünya
Món
Salam dünya
Hola món
Çox sağ ol
Gràcies
sağol
Adéu
Bəli
Yox
No
Necəsən?
Com estàs?
Yaxşı, təşəkkür edirəm
Bé gràcies
Neçəyədir?
Quant costa?
Sıfır
Zero
bir
Un

Where can you sleep near Andorra ?

Booking.com
489.961 visits in total, 9.198 Points of interest, 404 Destinations, 10 visits today.