Deutschland

Almaniya
Zacke82 - CC BY-SA 3.0 F.A. Mac Donald, Inverness, Nova Scotia, Canada - Public domain M.Dirgėla - CC BY-SA 3.0 Heribert Pohl --- Thanks for half a million clicks! from Germering bei München, Bayern - CC BY-SA 2.0 ryan harvey from Portland, OR - CC BY-SA 2.0 Xocolatl - CC BY-SA 4.0 Roman Eisele - CC BY-SA 4.0 Ansgar Koreng - CC BY-SA 3.0 de Magnus Manske - CC BY-SA 3.0 Bodow - CC BY-SA 4.0 Je-str - CC BY-SA 3.0 Je-str - CC BY-SA 3.0 Aleksandr Zykov from Russia - CC BY-SA 2.0 Konrad Lackerbeck - CC BY-SA 2.5 Allan Green - Public domain Magnus Manske - CC BY-SA 3.0 threedots (Daniel Ullrich) - CC BY-SA 2.0 Gryffindor - Public domain No machine-readable author provided. RalfZi assumed (based on copyright claims). - CC BY-SA 3.0 Jacek Rużyczka - CC BY-SA 4.0 A.Landgraf - CC BY-SA 4.0 threedots (Daniel Ullrich) - CC BY-SA 2.0 Aw58 - CC BY-SA 4.0 Hinnerk Haardt - CC BY-SA 2.0 D'oh Boy - CC BY 2.0 Ernst Schopphoven - CC BY-SA 3.0 de Christian Wolf (www.c-w-design.de) - CC BY-SA 3.0 de Axel Mauruszat - CC BY 3.0 de A.Landgraf - CC BY-SA 4.0 D'oh Boy - CC BY 2.0 The original uploader was AlterVista at German Wikipedia. - CC BY-SA 3.0 Tina Chatzidis - CC BY-SA 4.0 Sowiso - CC BY-SA 3.0 Eric Pancer (Flickr user: vxla) - CC BY 3.0 Neil Mercer - CC BY-SA 4.0 Rainer Lippert - CC BY-SA 3.0 Hinnerk Haardt - CC BY-SA 2.0 Stephencdickson - CC BY-SA 4.0 Heribert Pohl --- Thanks for half a million clicks! from Germering bei München, Bayern - CC BY-SA 2.0 Christian Horvat - Public domain Genadij Etus - CC BY-SA 4.0 Sarahmirk - CC BY-SA 4.0 Bgabel - CC BY-SA 3.0 BeneFoto - CC BY-SA 4.0 Myrto Ischyropoulou - CC BY-SA 4.0 Ansgar Koreng - CC BY 3.0 de Denkhenk - CC BY-SA 3.0 Lauren Manning from New York, USA - CC BY 2.0 Rainer Lippert - CC BY-SA 3.0 WorldKnowledge0815 - CC BY-SA 3.0 Jerzy Strzelecki - CC BY-SA 3.0 Magnus Manske - CC BY-SA 3.0 Aleksandr Zykov from Russia - CC BY-SA 2.0 Jack and Jason's Pancakes - CC BY-SA 4.0 Jerzy Strzelecki - CC BY-SA 3.0 Magnus Manske - CC BY-SA 3.0 No images

Context of Almaniya

Almaniya (alm. Deutschland[ˈdɔʏtʃlant]) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland‎) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikası. Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, Belçika və Niderlandla həmsərhəddir. Əhalisi təxminən 83 milyondur ki, bu da Avropanın ən böyük (Rusiyadan sonra) əhalisidir. Almaniya həm də ABŞ-dan sonra dünyada ikinci ən çox mühacirət edilən ölkədir.

Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ik...Read more

Almaniya (alm. Deutschland[ˈdɔʏtʃlant]) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland‎) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikası. Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, Belçika və Niderlandla həmsərhəddir. Əhalisi təxminən 83 milyondur ki, bu da Avropanın ən böyük (Rusiyadan sonra) əhalisidir. Almaniya həm də ABŞ-dan sonra dünyada ikinci ən çox mühacirət edilən ölkədir.

Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ikinci, Avropa İttifaqına üzv ölkələr arasında isə ilk yerdədir. Almaniya yüksək səviyyədə desentralizasiyalaşmış ölkədir. Paytaxtı və ən böyük metropolisi Berlin olsa da, ölkənin əsas maliyyə mərkəzi və ən məşğul hava limanı Frankfurtdur. Almaniyanın digər böyük şəhərlərinə Hamburq, Münxen, Köln, Ştuttqart, Düsseldorf, Leypsiq, Drezden, Bremen, Hannover və Nürnberq aiddir.

Müasir Almaniyanın şimal hissələri antik dövrlərdən etibarən qədim germanlar tərəfindən məskunlaşmışdır. Miladi tarixlə 100-cü ildən əvvəl həmin region orada məskunlaşan tayfaların adı ilə Germaniya olaraq adlanmışdır. Xalqların böyük köçü dövründə german tayfaları cənub istiqamətində də yayılmışdılar. 10-cu əsrin başlanğıcından etibarən alman əraziləri Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olmuşdur. 16-cı əsr ərzində Şimali Almaniya regionları protestant reformasiyasının mərkəzi rolunu oynamışdır. Müqəddəs Roma İmperiyasının dağılmasından sonra, 1815-ci ildə Almaniya ittifaqı formalaşmışdır. Almaniyada 1848-1849-cu illər inqilabı Frankfurt Parlamentində mühüm demokratik hüquqların təsis edilməsi ilə nəticələnmişdir.

1871-ci ildə bir çox alman dövlətinin (İsveçrə və Avstriya istisna olmaqla) birləşməsi ilə Prussiya rəhbərliyində Almaniya İmperiyası yaradılmışdır. Birinci dünya müharibəsindən sonra, 1918–1919-cu illərdə baş vermiş inqilab nəticəsində imperiya parlamentli Veymar Respublikası ilə əvəzlənmişdir. 1933-cü ildə nasistlərin hakimiyyəti ələ keçirməsi ilə ölkədə diktatorluq rejimi qurulmasının ardınca, Avstriya anneksiya olundu və İkinci dünya müharibəsi başladı. Avropada İkinci dünya müharibəsinin başa çatması və Almaniyanın müttəfiq qoşunların işğalı altına düşməsindən sonra, Avstriya yenidən müstəqillik əldə etdi və iki yeni alman dövləti yaradıldı: Amerikan, ingilis və fransız işğal zonasında Qərbi Almaniya, Sovet işğal zonasında isə Şərqi Almaniya. 1989-cu il inqilabının ardınca, Mərkəzi və Şərqi Avropada kommunist idarəçiliyinə son qoyulmuş və 3 oktyabr 1990-cı ildə Almaniya yenidən vahid dövlət halında birləşmişdir.

Bugün suveren dövlət olan Almaniya kansler tərəfindən rəhbərlik olunan federal, parlamentli respublikadır. Güclü iqtisadiyyata sahib olan Almaniya dünya ölkələri arasında nominal ÜDM göstəricilərinə görə dördüncü, alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə isə beşinci yerdədir. Bəzi sənaye və texnoloji sektorlarda qlobal lider olan Almaniya dünya üzrə malların həm ixracına, həm də idxalına görə üçüncüdür. İnkişaf etmiş ölkə kimi yüksək həyat standartlarına, sosial təhlükəsizlik və universal səhiyyə sisteminə, təbiətin mühafizəsi və pulsuz ali təhsil sisteminə sahibdir.

Almaniya Federativ Respublikası 1957-ci ildə yaradılmış Avropa İqtisadi Birliyi və 1993-cü ildə əsası qoyulmuş Avropa İttifaqı kimi təşkilatların qurucu üzvlərindən biridir. Şengen zonasına daxil olan bu ölkə 1999-cu ildə yaradılmış Avrozonanın həmtəsisçisidir. Bundan başqa, Almaniya BMT, NATO, G7, G20, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi təşkilatların da üzvüdür. Zəngin mədəni tarixi ilə məşhur olan bu ölkə təsirli və uğurlu rəssamların, filosofların, musiqiçilərin, idmançıların, sahibkarların, alimlərin, mühəndislərin və ixtiraçıların ev sahibi olmağa indi də davam edir. Ümumdünya irsi siyahısına daxil olan mədəni abidələri ilə zəngin olan Almaniya dünyanın əsas turizm məkanlarından biri hesab olunur.

More about Almaniya

Basic information
  • Currency Avro
  • Native name Deutschland
  • Calling code +49
  • Internet domain .de
  • Speed limit 0
  • Mains voltage 230V/50Hz
  • Democracy index 8.68
Population, Area & Driving side
  • Population 83149300
  • Area 357587
  • Driving side right

Phrasebook

Salam
Hallo
Dünya
Welt
Salam dünya
Hallo Welt
Çox sağ ol
Vielen Dank
sağol
Auf Wiedersehen
Bəli
Ja
Yox
Nein
Necəsən?
Wie geht es dir?
Yaxşı, təşəkkür edirəm
Gut, Danke
Neçəyədir?
Wie viel kostet das?
Sıfır
Null
bir
Einer

Where can you sleep near Almaniya ?

Booking.com
487.354 visits in total, 9.187 Points of interest, 404 Destinations, 39 visits today.