Yüksəliş kafedralı (Almatı)

Yüksəliş kafedralı (rus. Вознесенский собор, qaz. Вознесенск кафедралы шіркеуі) və ya Zenkov kafedralı ― Qazaxıstanın Almatı şəhərindəki Panfilov parkında yerləşən bir Rus Pravoslav kafedralı. 1907-ci ildə tamamlanan kafedral mismardan istifadə edilmədən taxtadan düzəldilmişdir. Hündürlüyü 56 metrdir və dünyanın ən yüksək ikinci taxta tikilisi olduğu iddia edilir. Tikili Qazaxıstanın Respublika Əhəmiyyətli Tarix və Mədəniyyət abidələri siyahısına daxildir.

Yüksəliş kafedralı (rus. Вознесенский собор, qaz. Вознесенск кафедралы шіркеуі) və ya Zenkov kafedralı ― Qazaxıstanın Almatı şəhərindəki Panfilov parkında yerləşən bir Rus Pravoslav kafedralı. 1907-ci ildə tamamlanan kafedral mismardan istifadə edilmədən taxtadan düzəldilmişdir. Hündürlüyü 56 metrdir və dünyanın ən yüksək ikinci taxta tikilisi olduğu iddia edilir. Tikili Qazaxıstanın Respublika Əhəmiyyətli Tarix və Mədəniyyət abidələri siyahısına daxildir.

 
1907-ci il kafedralının açılış mərasimi

19-cu əsrin sonlarında Türkistan yeparxiyasının ilk yepiskopları Almatıda Rus Pravoslav kilsəsinə ehtiyac olduğunu müzakirə etdilər. 26 sentyabr 1903-cü ildə Türkistan və Daşkənd yepiskopu Paisii (Vinoqradov) kilsənin təməlini təqdis etdi.

1904–1907-ci illərdə mühəndis Andrey Zenkov[1] başçılığı ilə memar Konstantin Borisoqlebski[2] tərəfindən dizayn edilmiş layihə əsasında inşaata başlanıldı.

Kafedral heç bir mismar olmadan tikilsə də, 1911-ci ildə baş verən zəlzələdən minimal ziyanla xilas oldu və bu, bəzi yepiskoplar tərəfindən ilahi müdaxilə ilə əlaqələndirdi.[3]

Kafedralın daxili interyeri Moskva və Kiyevdəki sənət emalatxanalarında hazırlanmışdır. Məbəd 1927-ci ilə qədər təyinatı üzrə istifadə edilmişdir.[4] Rus inqilabından sonra kafedral Qazaxıstan Sovet Sosialist Respublikasının Mərkəzi Dövlət Muzeyi kimi fəaliyyət göstərirdi. Tikili daha sonra, 1930–1940-cı illərdə görkəmli ictimai təşkilatlar tərəfindən istifadə edilmişdir. Almatıdakı ilk radio ötürücülər kafedralın zirvəsində yerləşdirilmişdi.[3]

1973-cü ildə kafedralda bərpa işləri başladı və 1976-cı ilə qədər davam etdi. 1995-ci ilin may ayında kafedralın nəzarəti Rus Pravoslav kilsəsinə qaytarıldı. 1997-ci ildə tikilidə aparılan əlavə bərpa işlərindən sonra kafedral dini ibadətlər üçün yenidən açıldı.[5]

2017-ci ilin iyul ayından bəri kafedralda genişmiqyaslı yenidənqurma işləri aparılmış[6] və 28 oktyabr 2020-ci ildə başa çatmışdır.[7]

"Архивированная копия". 2009-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-29. Кафедральный собор // Алма-Ата и алматинцы (1000 nüs.). Almatı: Елнур. Н. А. Букетова. 2007. səh. 95. ↑ 1 2 Zhamkhanova, K. A., A. K. Botanov, and Manash Kabashevich Kozybaev. Pamiatniki istorii i kulʹtury Almaty: katalog dokumentov. Almaty: Izd-vo Ȯner, 2003. ISBN 9965-595-57-7. p. 39. Алма-Ата. Энциклопедия. Гл. ред. Казахской Советской энциклопедии. Свято-Вознесенский кафедральный собор Arxivləşdirilib 2014-01-09 at the Wayback Machine Аппарат акима Медеуского района "В Вознесенском кафедральном соборе Алма-Аты, находящемся в стадии полномасштабной реставрации, состоялись рождественские богослужения". mitropolia.kz. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20. "Завершилась реставрация Вознесенского кафедрального собора в Алматы — МК Казахстан". 2020-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-13.
Photographies by:
Сергей Марцынюк - CC BY-SA 3.0
Statistics: Position
1777
Statistics: Rank
70449

Add new comment

CAPTCHA
Security
175849236Click/tap this sequence: 4463
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Yüksəliş kafedralı (Almatı) ?

Booking.com
491.567 visits in total, 9.211 Points of interest, 405 Destinations, 38 visits today.