Vor Frelsers Kirke (København)

( Xilaskar kilsəsi (Kopenhagen) )

Kopenhagen xilaskar kilsəsi (dan. Vor Frelsers Kirke) - Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Kristianshavn rayonunda yerləşən lüteran kilsəsi. Barokko üslubunda inşa olunmuş kilsənin burğuyabənzər şpili ona özünəməxsus görünüş verir. Şpilin xaricində yerləşən dolama pilləkənlərlə kilsənin ən yüksək zirvəsinə qalxaraq Kopenhagenin mərkəzi hissəsinə açılan möhtəşəm mənzərəni seyr etmək olar. O həmçinin zəng gülləsində yerləşən və səhər saat 8-dən gecə yarısına kimi hər saat melodiyalar çalan, Şimali Avropanın ən böyük karilyonları ilə də məşhurdur.

 Kristianshavn rayonunda yerləşən kiçik tacir evləri və Xilaskar kilsəsi (1890-1900)

Danimarka-Norveç kralı IV Kristian Amager adasında yaşayan müstəqil tacirlər üçün Kristianshavn adında yaşayış ərazisinin yaradılmasını plaşlaşdırır və bu zaman sakinlərin istifadəsi üçün yeni salınacaq rayonda kilsənin inşa olunması əsas məqsədlərdən birinə çevrilir. 1639-cu ildə yeni salınmış ərazidə müvəqqəti kilsə sakinlərin istifadəsinə verilir, lakin memar Lambert van Havenin layihəsi əsasında hazırlanmış bugünkü Xilaskar kilsənin inşa planları düz 1678-ci ilə kimi uzadılmışdır. Hazırkı kilsənin açılışı 14 il sonra, yəni 1695-ci ildə baş tutmuşdu, lakin o zaman interyerin mühüm elementlərindən sayılan altar müvəqqəti xarakter daşıyırdı, zəng gülləsi üzərində isə şpil hələ quraşdırılmamışdı. Özünün daimi altarını kilsə 1732-ci ildə qazanmışdır, ancaq şpilin tikintisi üçün hazırlanmış planlarda 1747-ci ildə V Frederikin hakimiyyəti dövrünə qədər heç bir canlanma hiss olunmurdu. Layihə üzrə yeni memar Lauritz de Tura seçilmişdi. O, tezliklə öz layihəsinin xeyrinə van Havenin orjinal dizaynından imtina edir və 1749-cu ildə bu yeni layihə kral tərəfindən təsdiq olunur. Üç il sonra şpilin tikintisi sona çatır və 28 avqust 1752-ci ildə bununla əlaqədar təşkil edilmiş təntənəli mərasimdə kral qüllənin ən hündür nöqtəsinə qalxır.

Şəhər əfsanəsi

Belə bir uzunömürlü şəhər əfsanəsi mövcuddur - inşa etdirdiyi güllənin spiralvari şpilinin yanlış yola çevrildiyini - yəni, saat əqrəbinin əksinə olduğunu anlayan memar dərddən həmin gülləyə qalxır və özünü oradan ataraq öldürür. Bu əfsanə Lauritz de Tura haqqdadır, çünki memar van Havenin dövründə kilsənin hələ şpili yox idi; o memarın təbii səbəblərdən ölümündən hələ 50 il sonra qülləyə quraşdırılmışdı. Buna baxmayaraq, əfsanə həqiqəti əks etdirmir, belə ki, memar van Haven şpili bitirdikdən sonra digər layihələr üzərində də çalışmışdı və 7 il sonra öz yatağında ölmüşdü və onun ölüm səbəblərinin hər hansı bədbəxtliyə aid edilməsini təsdiq edən heç bir yazılı qeyd mövcud deyil.

Photographies by:
CucombreLibre from New York, NY, USA - CC BY 2.0
Statistics: Position
1262
Statistics: Rank
93821

Add new comment

CAPTCHA
Security
624579183Click/tap this sequence: 8658
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Xilaskar kilsəsi (Kopenhagen) ?

Booking.com
491.422 visits in total, 9.211 Points of interest, 405 Destinations, 48 visits today.