Velika planina

( Velika Planina )

Velika Planina (sloven. Velika planina) ― Sloveniyada, paytaxt Lyublyana şəhərindən 50 km şimal-şərqdə yerləşən dağlıq karst yaylası. Yayla 5,8 kvadrat kilometr ərazini əhatə edir və dəniz səviyyəsindən orta hesabla 1,500 metr (4,900 ft) yüksəkdə yerləşir. Ən yüksək nöqtəsi 1,666 metr (5,466 ft) hündürlüyündəki Qradişçe dağıdır. Velika Planina yaylası qışda xizək kurortu, yayda isə istirahət yeri kimi turizm mərkəzidir.

Velika Planina hərfi mənada "dağ otlağı" deməkdir. Ərazidə 300 baş mal-qara otlaya bilər. Bu gün Velika planina seyrək küknar meşələri və cırtdan şam ilə əhatə olunmuş və tipik karst çuxurları ilə səciyyələnir.

İnsanın Velika Planinada erkən tarixlərdən bəri mövcud olduğuna dair dəlillər mövcuddur. Yayla orta əsrlərdə otlaq kimi istifadə edilmişdir. Ərazidəki ən qədim daxmalar 16-cı əsrə aiddir. Daxmalar oval formasındadır və böyük bir hissəsi dam örtüyü ilə örtülmüşdür.

1931-1932-ci illərin qışında yaylada qışda daxmaların icarəyə verilməsinin nəzərdə tutulduğu yeni turizm forması yaranmışdır.

İkinci Dünya Müharibəsi dövründə alman qüvvələri bütün daxmaları yandırmışdır. Bu dövrdə həmçinin sloveniyalı memar Yoze Pleçnik tərəfindən 1938-ci ildə tikilmiş ibadətgah da yandırılmış, lakin 1988-ci ildə bərpa edilmişdir.

Photographies by:
Statistics: Position
2529
Statistics: Rank
48457

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
946751283Click/tap this sequence: 6719

Google street view

Where can you sleep near Velika Planina ?

Booking.com
487.353 visits in total, 9.186 Points of interest, 404 Destinations, 38 visits today.