Uşmal — Mayya sivilizasiyasının böyük şəhərlərindən biri, müasir Meksikanın Yukatan yarımadasının şimal-qərbində, Merida şəhərindən 68 km cənubda yerləşir.

Şəhərin əsası 10.9.0.0.0 | (2 Ahau 13 Mac) ilində — yəni 15 avqust 1007-ci ildə Ax Suytok Tutul Şiv tərəfindən qoyulmuşdu. Uşmal uzun illər Yukatanın siyasi və mədəni mərkəzi hesab edilirdi. Şəhər tolteklərlə bağlı tutul-şiv tayfaları tərəfindən işğal edilmişdi. Uşmal Yukatanda siyasi hökmranlıq uğrunda Mayapan və Çiçen-İtsa ilə mübarizə aparırdı. Bu hadisələrin dəqiq xronologiyası yoxdur, çünki bir çox mənbələrdə ziddiyatlar mövcuddur. Şəhər Mayapan ordusunun işğalından sonra, Tutul-Şiv öz paytaxtını Uşmaldan Maniyə köçürmüşdü.

Alimlərin ehtimalına görə, Uşmalda 25 000 nəfər yaşayırdı. Uşmal Puuk memarlıq məktəbinin mərkəzi olmuşdu və buna görə burada çoxlu sayda klassik üslubda binalar tikilmişdi.

Photographies by:
Adrian Hernandez - CC BY-SA 4.0
Sybz - CC BY-SA 3.0
Statistics: Position
376
Statistics: Rank
208163

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
594162738Click/tap this sequence: 7741

Google street view

Where can you sleep near Uşmal ?

Booking.com
489.334 visits in total, 9.196 Points of interest, 404 Destinations, 161 visits today.