Üç dərə (çin. ənən. 三峽, sadə. 三峡, pinyin: Sānxiá, hərfi mənası: "Üç dərə") — Çinin Hubey əyalətində Yantszı çayının üzərində yerləşən su elektrik stansiyası. Dünyada gücünə görə birinci, hazırlanmasına görə iki ən nəhəng su elektrik stansiyasından ("İtaypu" SES-i ilə birlikdə) biridir. Ən böyük hidrotexniki qurğulardan biridir. SES Hubey əyalətinin İçan şəhər dairəsində Sandoupin şəhərinin yaxınlığında yerləşmişdir. Bu su anbarının qravitasiya beton bəndi dünyada ən böyük bəndlərdən biridir. Su anbarının tikintisi 1,3 milyon insan sözügedən ərazidən köçürdülmüşdür. Bu su elektrik stansiyasının sayəsində SES-in aşağı hissəsində yerləşən milyonlarla insan sel təhlükəsindən qorunur.
Add new comment