Lake Taupō

( Taupo )

Taupo (ing. Taupo) — Yeni Zelandiyanın Şimal adasında yerləşən eyni adlı vulkanın kalderasında yerləşən şirinsulu göl. Gölün şimal-şərq sahillərində Taupo şəhəri yerləşir. Göldə yerləşən ən böyük ada Matutaikodur. Göldən ölkənin ən böyük çayı Uaikato başlayır. Gölə ümumilikdə 30 çay tökülür. Ən dərin nöqtəsi gölün mərkəzində yerləşir. Taupo Yeni Zelandiyanın ən böyük gölüdür. Üstəlik həm də Sakit okean və Avstraliya regionunun cənub hissəsinin ən böyük şirinsulu gölüdür.

Səthinin sahəsi 616 km², maksimal dərinliyi 164 m, uzunluğu 44 km, sahil xətdinin uzunluğu 153 km, su hövzəsi 3327 km² təşkil edir.

Göl 27 000 il öncə Taupo vulkanının püskürməsi nəticəsində meydana gəlmişdir. Gölün əsrarəngiz gözəlliyi istər yeni zelandiyalıları istərsə xariciləri özünə cəlb edir. İl ərzində gölü 1,2 milyon insan ziyarət edir. Gölün yaranması Jül Vernin «Kapitan Qrandın uşaqları» (1868) əsərində təsvir edilir.

Photographies by:
QFSE Media - CC BY-SA 3.0 nz
Statistics: Position
1905
Statistics: Rank
65344

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
179452386Click/tap this sequence: 5611

Google street view

Where can you sleep near Taupo ?

Booking.com
487.390 visits in total, 9.187 Points of interest, 404 Destinations, 16 visits today.