Suahili dili

Suahili, kisuahili (suah. Kiswahili) — Suahili xalqının danışdığı dil. Danışanların sayına görə ən böyük bantu dillərindən (150 milyon insan) və Afrika qitəsinin ən əhəmiyyətli danışıq dillərindən biri. Millətlərarası ünsiyyət dili olan suahili Şərqi və Mərkəzi Afrikanın geniş ərazilərində, şərqdə Hind okeanı sahillərindən qərbdə Konqo Demokratik Respublikasının mərkəzi vilayətlərinə, şimalda Somalidən cənubda Mozambikə qədər yayılmışdır.

Suahili Tanzaniyanın, Keniyanın və Uqandanın dövlət dilidir.

Suahili Afrika Brliyinin işçi dili statusunu almış yeganə dildir (2004-cü ildən). O, həm də Şərqi Afrika Birliyinin rəsmi dilidir.

Müasir suahili yazı üçün latın əlifbasından istifadə edir.