Adi şimal maralı

Adi şimal maralı (lat. Rangifer tarandus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin şimal maralı cinsinə aid heyvan növü. Cinsin yeganə nümayəndəsidir.

Avrasiya və Şimali Amerikanın şimal hissəsində yaşayır. Şimal maralı ot və şibyədən əlavə kiçik məməli və quşlarla da qidalanır. Avrasiyada şimal maralı əhliləşdirilib və artıq şimal xalqları üçün qida və material mənbəyi kimi mühüm əhəmiyyət kəsb edir.

Şimal marallarının çəkisi 220 kiloqrama çatır. Onların boyunları nisbətən uzun, ayaqları isə qısa olur. Şimal marallarının həm erkəklərinin, həm də dişilərinin buynuzu olur. Onların buynuzlarının özünə məxsus forması var. Dişi marallar buynuzlarını may-iyun aylarında doğduqdan sonra, erkək marallar isə payızda dəyişirlər. Şimal maralları 150–200 baş olmaqla sürü halında yaşayırlar. Şimal marallarının döl vaxtı may-iyun aylarıdır. Onlar 1 bala doğurlar. Yeni doğulmuş balalar ertəsi gün yaxşı qaçır və suda üzürlər. Balalarını yarım il bəzən daha çox südlə bəsləyirlər. Dişilər 1.5 yaşdan sonra çoxalmada iştirak edirlər.

Destinations