Seneqambiya daş çevrələri — Qambiyanın şimalından və mərkəzi Seneqala qədər uzanır. Ərazinin təxmini sahəsi 30.000 km²-dir və bəzən Vassu (Qambiya) və Sayn-Salum (Seneqal) hissələrinə bölünsə də, bu sadəcə bir milli bölgüdür. UNESCO-ya görə Seneqambiya daş çevrələri "dünyanın hər yerində görülən daş çevrələrin ən böyük konsentrasiyası"dır. "Bu ərazilər, Qambiyadakı Vassu və Kembatç, və Seneqaldakı Vanar və Sayn-Nqayen Qambiya çayı boyunca eni 100 km və uzunluğu 350 km olan ərazidə yayılmış 1000-dən çox daş çevrə və əlaqəli məzarların fövqəladə bir konsentrasiyasını təmsil edir."

Seneqal və Qambiyada tapılan daş çevrələr və digər meqalitlər bəzən Seneqalda Sayn-Nqayen və Vanar, Qambiyada isə Vassu və Kembatç olamqla dörd böyük əraziyə bölünür. Tədqiqatçılar bu abidələrin nə vaxt inşa olunduğunu müəyyənləşdirməyiblər. Lakin ümumilikdə qəbul edilmiş müddət eramızdan əvvəl III əsrdən XVI əsrə qədər olan vaxt dilimidir. Arxeoloqlar meqalit dairələrinin ətrafında saxsı qablar, insan məzarları, bəzi qəbir əşyaları və həmçinin metallar tapdılar.[1] Bunların kiçik bir kolleksiyasını müstəmləkə idarəçisi Ser Riçmond Palmer tərəfindən hədiyyə edilən Britaniya muzeyi kolleksiyasında tapa bilərsiniz.[2] Bunlara bir dəmir bilərzik və iki nizə daxildir.

Bu dörd əsas sahədə təxminən 29000 daş, 17000 abidə və 2000 fərdi yer var. Abidələr hamar səthlərə malik əsasən lateritdən hazırlanmış dik bloklardan və ya dirəklərdən ibarətdir (bəziləri yıxılıb). Monolitlər çevrələrdə və ikiqat çevrələrdə, təcrid olunmuş, dairələrdən ayrı sırada və ya ayrı-ayrılıqda dayanmış şəkildə tapılmışdır. Çevrələr xaricində ayrıca tapılan bu daşlara frontal daşlar deyilir. İki paralel, bağlı olan cərgədə frontal daşlar olduqda, bu daşlar lira-daşlar adlanır.[3]

Daş abidələrinin inşası bu cür quruluşların inşası üçün tələb olunan əmək miqdarına əsaslanan firavan və mütəşəkkil bir cəmiyyətin sübutudur. Daşlar dəmir alətlərdən istifadə edilərək laterik karxanalarından çıxarılmışdır. Bu karxanaların bir neçəsinin müəyyən ərazilərlə birbaşa əlaqəli olduğu müəyyənləşdirilmişdir. Daş çıxarıldıqdan sonra ortalama iki metr yüksəklikdə və yeddi ton ağırlığında, ya slindrik, ya da çoxbucaqlı formasında bənzər sütunlar hazırlanmışdır.[1] Bu meqalitlərin inşaatçıları məlum deyil. Mümkün namizədlər Diola və ya Volof xalqının[4] əcdadlarıdır, lakin bəziləri inşaatçıların Serer xalqı olduğuna inanır. Bu fərziyyə Serer xalqının hələ də Vanarda tapılan evlərə bənzər cənazə evlərindən istifadə etməsindən irəli gəlir.[5]

↑ 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; :0 adlı istinad üçün mətn göstərilməyib British Museum Collection Sitat səhvi: Yanlış <ref> teqi; Laport et al. 2012, p. 4102 adlı istinad üçün mətn göstərilməyib Hughes, Arnold; Perfect, David. Historical Dictionary of The Gambia (ingilis). Scarecrow Press. 2008. səh. 224-225. ISBN 978-0-8108-6260-9. 7 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2020. Laport et al. 2012, p. 415
Photographies by:
Niels Broekzitter https://www.flickr.com/people/nbroekzitter86/ - CC BY 2.0
Zones
Statistics: Position
2091
Statistics: Rank
131365

Add new comment

CAPTCHA
Security
761935842Click/tap this sequence: 8571
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Seneqambiya daş çevrələri ?

Booking.com

What can you do near Seneqambiya daş çevrələri ?

8.831.025 visits in total, 407.503 Points of interest, 405 Destinations, 5.543 visits today.