Parque nacional Rapa Nui

( Rapanui Milli Parkı )

Rapanui Milli Parkı Rapanui Milli Parkı (Pasxa adası) (rap. Rapa Nui, isp. Rapa Nui) Çilidə Pasxa adasında və ona bitişik adalarda yerləşən milli parkdır. Ada YUNESKO-nun ümumdünya irsi obyekti kimi şöhrətini və statusunu moai adlı çoxsaylı daş heykəllərə borcludur, onların yaradılması X—XVI əsrlərdə adada məskunlaşmış qədim Rapanui xalqına aid edilir. Milli park təxminən 7 min hektar ərazini əhatə edir.

Çilinin 1888-ci ildə nəzarət etməyə başladığı ada Sakit Okeanda, Polineziya üçbucağının cənub-şərq küncündə, Cənubi Amerika sahillərindən 3700 km məsafədə yerləşir. Milli park 1935-ci ildə arxeoloji irsin qorunması və saxlanılması məqsədilə milli park və tarixi abidə statusu alıb. 1995-ci ildə milli park i (insan yaradıcılığının şah əsəri), iii (itirilmiş mədəni ənənənin unikal obyekti) və v meyarları əsasında YUNESKO-nun ümumdünya irs obyektinə çevrildi. Park Milli Meşə Korporasiyası (Corporación Nacional Forestal, CONAF) tərəfind...Read more

Rapanui Milli Parkı Rapanui Milli Parkı (Pasxa adası) (rap. Rapa Nui, isp. Rapa Nui) Çilidə Pasxa adasında və ona bitişik adalarda yerləşən milli parkdır. Ada YUNESKO-nun ümumdünya irsi obyekti kimi şöhrətini və statusunu moai adlı çoxsaylı daş heykəllərə borcludur, onların yaradılması X—XVI əsrlərdə adada məskunlaşmış qədim Rapanui xalqına aid edilir. Milli park təxminən 7 min hektar ərazini əhatə edir.

Çilinin 1888-ci ildə nəzarət etməyə başladığı ada Sakit Okeanda, Polineziya üçbucağının cənub-şərq küncündə, Cənubi Amerika sahillərindən 3700 km məsafədə yerləşir. Milli park 1935-ci ildə arxeoloji irsin qorunması və saxlanılması məqsədilə milli park və tarixi abidə statusu alıb. 1995-ci ildə milli park i (insan yaradıcılığının şah əsəri), iii (itirilmiş mədəni ənənənin unikal obyekti) və v meyarları əsasında YUNESKO-nun ümumdünya irs obyektinə çevrildi. Park Milli Meşə Korporasiyası (Corporación Nacional Forestal, CONAF) tərəfindən idarə olunur. Təbii və tarixi irsin qorunması üzrə tədbirlər Çili hökuməti tərəfindən maliyyələşdirilir.

Pasxa adasının coğrafi təcrid olunması adanın maraqlı biocoğrafi və ekoloji tarixi ilə nəticələnir.

Photographies by:
LANOEL - CC BY-SA 3.0
Zones
Statistics: Position
468
Statistics: Rank
181505

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
293648751Click/tap this sequence: 2173

Google street view

Videos

Where can you sleep near Rapanui Milli Parkı ?

Booking.com

What can you do near Rapanui Milli Parkı ?

487.420 visits in total, 9.187 Points of interest, 404 Destinations, 46 visits today.