Qazi Hüsrev bəy məscidi

Qazi Hüsrev bəy məscidi (bosn. Gazi Husrev-begova džamija, türk. Gazi Hüsrev bey camii) ― Bosniya və Herseqovinanın Sarayevo şəhərində məscid. XVI əsrdə tikilən bu məscid Bosniya və Herseqovinanın ən böyük tarixi məscidi və Osmanlı memarlığının Balkanlardakı ən böyük nümunələrindən biridir. İnşa olunduğu gündən bəri Sarayevonun əsas məscidi olan Qazi Hüsrev bəy məscidi bu gün həm də Bosniya və Herseqovina Müsəlmanları Birliyinin əsas camaat məscidi kimi xidmət edir. Məscid şəhərin əsas memarlıq abidələrindən biri olaraq turistlər tərəfindən mütəmadi olaraq ziyarət edilir.

Qazi Hüsrev bəy məscidi 1531-ci ildə məktəb və mədrəsə (müsəlman ibtidai və orta məktəbləri), bedesten (üstü örtülü bazar yeri) və hamamın da daxil olduğu bəy vəqfinin mərkəzi obyekti olaraq inşa edilmişdir. Bosniyanın çağdaş Osmanlı valisi tərəfindən təməli qoyulmuş bu vəqfin təməli qəsəbənin inkişafında həlledici bir məqama sahib olmuşdur.

Məscidin memarının adı məlum deyildir. Lakin məşhur Memar Sinanın adının çəkildiyi bir çox fərziyyədən sonra əksər tədqiqatçı fars əsilli Osmanlı memarı olan Əcəm Əsir Əli "Ələüddin"in ən ehtimallı inşaatçı olduğu ilə razılaşmışdır. Bununla birlikdə o vaxt bölgədə olan Sinanın özünün də işi yerində yoxlamış olması hələ də mümkündür.[1]

Qazi Hüsrev bəy məscidi 1898-ci ildə Avstriya-Macarıstan imperiyası dövründə dünyada elektrik işıqlandırması alan ilk məsciddir.[2]

"Nihad Čengić - Begova džamija kao djelo umjetnosti". 2019-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016. (#empty_citation) Izvor: Dnevni avaz, br. 4297, godina XII, nedjelja, 9.9.2007., Panorama, str. 14
Photographies by:
Statistics: Position
5740
Statistics: Rank
60239

Add new comment

CAPTCHA
Security
317694285Click/tap this sequence: 3193
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Videos

Where can you sleep near Qazi Hüsrev bəy məscidi ?

Booking.com

What can you do near Qazi Hüsrev bəy məscidi ?

8.826.458 visits in total, 407.503 Points of interest, 405 Destinations, 976 visits today.