Qalapaqos adaları (isp. galapago – tısbağa) — Sakit okeanda Cənubi Amerikadan qərbdə yerləşən Ekvadora məxsus adalar qrupu. Qalapaqos adaları 16 adadan ibarətdir və Ümumi sahəsi. 7,8 min km2-dir. Vulkan mənşəli olub sönmüş və püskürən vulkan konusları (hünd. 1707 m-dək) var. İqlimi quru ekvatorialdır. Əsas bitkisi kserofit kolluqlardır. Endemik heyvanlar (nəhəng tısbağa, iquana və s.) var. Qalapaqos adaları 1965-ci ildən milli parkdır. Çarlz Darvin təkamül nəzəriyyəsini əsaslandırmaq üçün Qalapaqos adalarında apardığı şəxsi müşahidə materiallarından geniş istifadə etmişdir.
Photographies by:
Statistics: Position
6746
Statistics: Rank
10210
Add new comment