백두산
( Pektusan dağı )Pektusan dağı və ya Baytouşan dağı — Potensial olaraq Koreya Xalq Demokratik Respublikasının (Yanqando əyaləti) və Çinin (Szilin əyaləti) sərhədində yerləşən aktiv vulkandır. Dağ dəniz səviyyəsindən 2744 m hündürlüyə malikdir və Mançjuro-Koreya dağlarının ən yüksək nöqtəsidir. Həmçinin bütün Mancuriya və Koreya yarımadasının ən yüksək nöqtəsidir.
Koreya dilində Pektusan (kor. 백두산) "ağbaş dağ" mənasını bildirir. Çin dilində Çanbayşan (çin.: 长白山 ) və mancur dilində Qolmin Şanqiyan Alina (manc. {{{2}}}) "əbədi ağ dağ " mənasını bildirir.
Vulkanın Koreya ərazisinə düşən hissəsində 1959-cu ildə Koreyanın ən böyük qoruğu yaradılmışdı. Daha sonralar Çin tərəfindən təbii qoruq yaradılmışdır. 1979-cu ildə onlar beynəlxalq biosfer qoruğuna birləşmişdilər.
Add new comment