Selimiye Camii

( Səlimiyyə məscidi )

Səlimiyyə məscidi — Ədirnədə Osmanlı sultanı II Səlimin Memar Sinana tikdirdiyi məscid. Sinanın 90 yaşında inşa etdiyi və "ustalıq əsərim" adlandırdığı Səlimiyə Məscidi istər Memar Sinanın, istərsə də Osmanlı memarlığının ən əhəmiyyətli əsərlərindən biridir.

Məscidin qapısındakı kitabəyə görə inşasına hicri təqvimlə 976-cı ildə (miladi təqvimlə 1568-ci) başlanmışdır. Məscidin 27 noyabr 1574-cü il cümə günü açılması planlaşdırılsa da, ancaq II Səlimin ölümündən sonra 14 mart 1575-ci ildə ibadətə açılmışdır.

Bu gün şəhərin mərkəzində yerləşən məscidin olduğu yerdə inşasına Sultan I Muradın dövründə başlanan, sonradan İldırım Bəyazidin davam etdirdiyi Ədirnənin ilk sarayı (Saray-i Cəld) və Baltacı Gözətçiləri Qışlası yerləşirdi. Övliya Çələbi bu yerdən Qovaq Meydanı deyə bəhs etmişdir. Məscid açıq havalarda Rodop dağlarından və Uzunkörpünün Süleymaniyə kəndindən görünür.

2000-ci ildə YUNESKO-nun Ümumdünya irsi müvəqqəti namizəd siyahısına daxil edilən Səlimiyy...Read more

Səlimiyyə məscidi — Ədirnədə Osmanlı sultanı II Səlimin Memar Sinana tikdirdiyi məscid. Sinanın 90 yaşında inşa etdiyi və "ustalıq əsərim" adlandırdığı Səlimiyə Məscidi istər Memar Sinanın, istərsə də Osmanlı memarlığının ən əhəmiyyətli əsərlərindən biridir.

Məscidin qapısındakı kitabəyə görə inşasına hicri təqvimlə 976-cı ildə (miladi təqvimlə 1568-ci) başlanmışdır. Məscidin 27 noyabr 1574-cü il cümə günü açılması planlaşdırılsa da, ancaq II Səlimin ölümündən sonra 14 mart 1575-ci ildə ibadətə açılmışdır.

Bu gün şəhərin mərkəzində yerləşən məscidin olduğu yerdə inşasına Sultan I Muradın dövründə başlanan, sonradan İldırım Bəyazidin davam etdirdiyi Ədirnənin ilk sarayı (Saray-i Cəld) və Baltacı Gözətçiləri Qışlası yerləşirdi. Övliya Çələbi bu yerdən Qovaq Meydanı deyə bəhs etmişdir. Məscid açıq havalarda Rodop dağlarından və Uzunkörpünün Süleymaniyə kəndindən görünür.

2000-ci ildə YUNESKO-nun Ümumdünya irsi müvəqqəti namizəd siyahısına daxil edilən Səlimiyyə məscidi və kompleksi 2011-ci ildə Ümumdünya irsinə salındı.

Photographies by:
Statistics: Position
598
Statistics: Rank
285880

Add new comment

CAPTCHA
Security
328695741Click/tap this sequence: 4835
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Səlimiyyə məscidi ?

Booking.com

What can you do near Səlimiyyə məscidi ?

8.731.615 visits in total, 407.503 Points of interest, 405 Destinations, 4.508 visits today.