Qo
Qo (yap. 碁 iqo, çin.: 围棋
veytsi, kor. 바둑 paduk), bəzən qalaqapı — Şərqi Asiyada tanınmış stolüstü oyun. Qədim Çində yaranmış və taxta lövhə üzərində keçirilən strateji dama oyununa bənzər. Qo iki nəfər ilə oynanılır. Qo oyunu üçün nəzərdə tutulmuş ənənəvi lövhə taxtadan olur və qoban adlanır. Daşlar lövhənin üzərində çəkilmiş bir-birinə perpendikulyar xətlərin kəsişmə nöqtəsində yerləşir. Daşlar linzayabənzər formada olur. Qonşu olan daşlar bir-birinə çox yaxın olur və hətta bir birinə toxunur.