Bizon

Bizon (lat. Bison) — Boşbuynuzlular fəsiləsindən öküz cinsi. İki müasir növü var: Zubr və Amerika bizonu.

Bizonlar 10-20 baş kiçik sürülər halında yaşayırlar. Erkək və dişilər ayrılıqda yaşayırlar. Yalnız cütləşmə dövründə erkəklər dişilərlə birləşərək böyük sürülər əmələ gətirir. Bu zaman onların çıxardıqları səsləri 7 kilometr məsafədən eşitmək olur. Bizonların cütləşmə dövrü may ayından sentyabr ayına kimi davam edir. Cütləşmə dövründə erkəklər bir neçə gün seçdikləri dişi ilə birlikdə olur və digər erkəkləri qovurlar. Bəzi hallarda erkəklər arasında olan döyüş ölümlə nəticələnir. Doqquz aydan sonra bizonlar dünyaya bir bala gətirirlər. Balalarını yeddi ay südlə bəsləyirlər.

Destinations