Pəriqala — Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndində yerləşən qədim qala. İlkin görünüşü saxlanaraq dövrümüzə qədər gəlib çata bilmişdir.

Qala strateji baxımdan çox mükəmməl yerdə tikilmişdir. Qalaya sıldırım qaya yolları ilə yalnız bir yol gedir. Qalanın dəqiq tikilmə tarixi bəlli deyil. Ancaq tikilmə üslubuna görə tədqiqatçılar qalanın Qafqaz Albaniyası dövründə inşa edildiyini güman edirlər.

Pəri qalası tamam başqa memarlıq üslubuna malikdir. Bu qalanı eramızın 4-cü əsrində qaya daşlarını çaparaq tikmişlər. Bu qalanın təyinatı haqqında müxtəlif mülahizələr vardır. Qala elə bir mövqedə yerləşmişdir ki, əraziyə gələn bütün yollar qaladan aydın görünür. Ehtimal olunur ki, düşmən ordusunun yaxınlaşdığını görən gözətçilər dərhal elin gəlin və qızlarını, uşaqları bu qalaya qaldırar, düşmən getmədən aşağı endirməzdilər. Əfsanəyə görə qalanın adı da elə bununla bağlı olmuşdur: elin pərilərini - qızlarını qoruyan qala.[mənbə göstərin]

Baş...Read more

Başqa əfsanədə isə qeyd olunur ki, Teymurləng 14-cü əsrin axırlarında bu əraziyə hücum edəndə ona qalanın alınmaz olması haqqında məlumat verirlər. Qalaya isə Pəri adlı qızın başçılıq etdiyi bildirilib. Bu zaman Teymurləng qalanın hücumuna şəxsən özünün rəhbərlik edəcəyini və həmin qadını da özünün xanımı edəcəyini elan edir. Qalaya hücum zamanı Pəri ələ keçəcəyini gördükdə özünü qayadan atır. Elə o zamandan da qala Pəri qala adı ilə tanınır.[mənbə göstərin]

Müasir dövrdə də Pəri qalası yerli əhalinin ən çox fəxr etdiyi tarixi abidədir. Bu qalanın təyinatı haqqında müxtəlif mülahizələr də vardır.

Photographies by:
Interfase - CC BY-SA 4.0
Statistics: Position
1348
Statistics: Rank
175612

Add new comment

CAPTCHA
Security
971683245Click/tap this sequence: 2757
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Pəriqala ?

Booking.com
8.997.897 visits in total, 407.503 Points of interest, 405 Destinations, 379 visits today.