Münhen
Thomas Wolf, www.foto-tw.de - CC BY-SA 3.0 de
Musaddam Idrissa Musa - CC BY-SA 4.0
Andrew.Lorenzs - Public domain
Gryffindor - Public domain
Gryffindor - Public domain
Heribert Pohl --- Thanks for half a million clicks! from Germering bei München, Bayern - CC BY-SA 2.0
Andrew.Lorenzs - Public domain
No images
Context of Münhen
Münhen (alm. München) — Bavariya (almanca: Bayern) Federal Torpağının paytaxtıdır. Almaniyanın Berlin və Hamburqdan sonra üçüncü ən böyük şəhəridir. Əhalisi 1,3 milyondur. İzar çayı sahillərində, Alp dağlarının şimal yamaclarında yerləşir. Münhendə 1972-ci il Olimpiya Oyunları keçirilib. Münhen sözü qədim alman dilindəki Münichen sözündən yaranıb, mənası "rahiblərin yaşadığı yer" deməkdir. Belə ki, Münhen şəhərinin əsası Benedikt Orderinə aid olan rahiblər tərəfindən qoyulub, bu səbəbdən şəhərin gerbində rahib şəkli təsvir olunub. 2010-cu ildə Monokl dərgisi tərəfindən dərc olunmuş siyahıya əsasən Münhen dünyada yaşayış üçün ən münasib şəhər seçilib.