Miqinqo

Miqinqo adası — Viktoriya gölündə yerləşən ada. Ada Keniya və Uqanda arasında ərazi mübahisəsidir.

Əksər mənbələr adanın sahəsinin 2 min m², əhalisinin isə 131 nəfər (2009-cu il siyahıyaalınması), 2018-ci ilin hesablamalarına görə isə 400-dən çox olduğunu göstərir. Bu, onu dünyanın ən çox əhalisi olan adasına çevirir.

Təhlükəsizlik Araşdırmaları İnstitutuna (issafrica.org) görə, Miqinqonun ərazisi "təxminən bir akr"dır (yəni 40.000 m²-dən azdır) və əhalisi, 2011-ci ilin məlumatlarına görə, təxminən 1000 nəfərdir. Google Maps-də adanın ölçüləri eyni ilə bunu göstərir.

Ada qayadan ibarətdir və dairəvi formaya malikdir.

1991-ci ildə iki keniyalı balıqçı, pis ruhu qovmaq üçün ayin icra edən qoca bir sehrbazı dəvət edərək, yaşayış olmayan adaya köçür. Yaxınlıqda yerləşən daha böyük olan Usinqo adasında isə heç kim yaşamır, çünki Miqinqodan olan ruhların oraya köçdüyünə inanılır.

Adanın sürətlə məskunlaşması ondan Nil xanısının tutulması ilə izah...Read more

Adanın sürətlə məskunlaşması ondan Nil xanısının tutulması ilə izah olunur. Bir balıqçı ailəsi onun satışından həftədə 200-250 dollar ala bilir. Qonşu ölkələrdə bu məbləğ iki-üç ay ərzində qazanılır.

2000-ci illərin əvvəllərində Uqanda səlahiyyətliləri adaya diqqət çəkir. Balıqçılara quldurlardan qorunmağı təklif edərək onlara vergi qoymağa qərar verirlər. 2009-cu ildə Keniya və Uqanda ada uğrunda az qala müharibə həddinə çatır. Bu ölkələr arasında sərhəd tənzimlənmir və ada birgə idarə olunur. Balıqçılar gəlirlərinin yarısına bərabər vergi ödəyirlər.

Photographies by:
Statistics: Position
3373
Statistics: Rank
103121

Add new comment

CAPTCHA
Security
145982763Click/tap this sequence: 7939
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Miqinqo ?

Booking.com

What can you do near Miqinqo ?

8.728.143 visits in total, 407.503 Points of interest, 405 Destinations, 1.036 visits today.