Hasandağı

( Hasan dağı )

Hasan dağı (türk. Hasandağı) — Türkiyənin Aksaray ilində yerləşən dağ. Hündürlüyü 3268 metr olub, Mərkəzi Anadolunun ikinci ən hündür zirvəsidir. Neolit dövrünə aid rəsmlərə görə e.ə 7500-cü ildə baş vermiş püskürmə nəticəsində zirvənin ətrafında 4–5 km genişliyində kaldera əmələ gəlmişdir.

Dağın yaxınlığında yerləşən qədim yaşayış məntəqəsi Çatalhöyük güman ki, digər yaşayış məntəqələri ilə mallarla alış-veriş etmişdir. Burada obsidian güzgülər və lopalar tapılmışdır. Hasan dağının Çatalhöyük əhalisinə olan əhəmiyyətini qədim divar rəsmlərində görmək olar. Bəzi alimlər buradakı rəsmləri tarixdəki "ilk peyzaj rəsmləri" adlandırırlar.

Hasan dağı Bizans fənər sistemində istifadə edilən cənubdan ikinci dağ idi. Dağ Bizans tərəfindən Ərəb-Bizans müharibələri dövründə Konstantinopolu hücumlardan xəbərdar etmək üçün istifadə edilirdi.

Dağın zirvəsinə dırmaşmaq üçün 6 saat vaxt tələb olunur. Dağın zirvəsindən möhtəşəm mənzərə ...Read more

Hasan dağı (türk. Hasandağı) — Türkiyənin Aksaray ilində yerləşən dağ. Hündürlüyü 3268 metr olub, Mərkəzi Anadolunun ikinci ən hündür zirvəsidir. Neolit dövrünə aid rəsmlərə görə e.ə 7500-cü ildə baş vermiş püskürmə nəticəsində zirvənin ətrafında 4–5 km genişliyində kaldera əmələ gəlmişdir.

Dağın yaxınlığında yerləşən qədim yaşayış məntəqəsi Çatalhöyük güman ki, digər yaşayış məntəqələri ilə mallarla alış-veriş etmişdir. Burada obsidian güzgülər və lopalar tapılmışdır. Hasan dağının Çatalhöyük əhalisinə olan əhəmiyyətini qədim divar rəsmlərində görmək olar. Bəzi alimlər buradakı rəsmləri tarixdəki "ilk peyzaj rəsmləri" adlandırırlar.

Hasan dağı Bizans fənər sistemində istifadə edilən cənubdan ikinci dağ idi. Dağ Bizans tərəfindən Ərəb-Bizans müharibələri dövründə Konstantinopolu hücumlardan xəbərdar etmək üçün istifadə edilirdi.

Dağın zirvəsinə dırmaşmaq üçün 6 saat vaxt tələb olunur. Dağın zirvəsindən möhtəşəm mənzərə açılır. Buradan mərkəzi Anadolu platformasını, eləcə də, uzaq Kappadokiyanı görmək olar.

Photographies by:
calflier001 - CC BY-SA 2.0
Statistics: Position
1512
Statistics: Rank
174591

Add new comment

CAPTCHA
Security
384915627Click/tap this sequence: 8816
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Hasan dağı ?

Booking.com

What can you do near Hasan dağı ?

8.718.413 visits in total, 407.503 Points of interest, 405 Destinations, 4.551 visits today.