Tikal

Tikal — Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir.

Tikalda hindu məskəni hələ e.ə. VII əsrdən mövcud idi.

B.e. I–IX əsrlərdə şəhər Mayya sivilizasiyasının mühüm mərkəzlərindən idi. Tədqiqatçıların hipotezinə əsasən, bu zaman Tikalda əhalinin sayı 100–200 min nəfər təşkil edirdi. X əsrin sonlarında bir sıra qiyam hadisələri nəticəsində şəhər yerli camaat tərəfindən tərk edilmişdi. Tikal adının mənası mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan Yaş-Mutul (yaşıl bağ) qeyd olunur.

Tikal və onun ətrafları Qvatemala hökuməti tərəfindən eyniadlı milli parka daxil edilmişdi. 1979-cu ildən milli park UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi.

Hollivudun Ulduz müharibələrinin çəkilişləri zamanı Tikalın xarabalıqları fon rəsmi kimi istifadə edilirdi. Tikal 2012-ci il fenomeni qeyd olunan ən mühüm yerlərdən biri olmuşdur. Lakin hakimiyyətin fikrincə bu bayramın nəticəsində abidəyə əhəmiyyətli dərəcədə ziyan dəymişdi[1]

"Туристы отомстили храму майя за несостоявшийся конец света". 2012-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-24.
Photographies by:
Statistics: Position
2383
Statistics: Rank
122520

Add new comment

CAPTCHA
Security
749352681Click/tap this sequence: 6934
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Tikal ?

Booking.com

What can you do near Tikal ?

8.716.663 visits in total, 407.503 Points of interest, 405 Destinations, 2.801 visits today.