İsveçrə qvardiyası

İsveçrə qvardiyası (tam adı: lat. Cohors pedestris Helvetiorum a sacra custodia Pontificisazərb. Roma papasının müqəddəs mühafizəsinin piyada İsveçrə koqortası‎) — Vatikanın silahlı qüvvələrindən biri. İsveçrə qvardiyasını günümüzədək gəlib çatmış dünyanın ən qədim ordusu hesab etmək olar. 1506-cı ildə əsası qoyulmuş İsveçrə qvardiyası hal-hazırda cəmi 110 qvardiyaçıdan ibarətdir, onlar İsveçrə silahlı qüvvələrində hazırlanır və Vatikanda xidmət keçirlər. Lakin müharibədə onlar ancaq bir dəfə, 1527-ci ildə iştirak etmişlər.

Destinations