Sidadi-Velya

Sidadi-Velya (Portuqacada "köhnə şəhər", və ya Santiago de Cabo Verde) — Kabo-Verdedə, Santyaqu adasının cənubunda şəhər.

1462-ci ildə qurulmuş:77 şəhər Kabo-verde və köhnə paytaxtının ən qədim yaşayış məskənidir. Bir müddət Ribeira Qrande adlandırıldıqdan sonra şəhərin adı 18-ci əsrin sonlarında Sidadi-Velya olaraq dəyişdirildi.

Afrikanın şimal-qərb sahilindən kənarda yerləşən şəhər tropiklərdə ilk Avropa müstəmləkə məskənidir. Ərazinin səliqə ilə planlaşdırılan orijinal dizaynının bəzi xüsusiyyətləri, o cümlədən bir kral qalası, iki kilsə və 16-cı əsrə aid şəhər meydanı hələ də qorunub saxlanılır. Şəhər 2009-cu ildə UNESCO-nun Ümumdünya irsi ərazisinə çevrildi və Dünyanın Portuqal mənşəli Yeddi Möcüzəsindən biri oldu.

Santyaqu adası Portuqaliyada xidmət edən bir genualı olan Antonio da Noli tərəfindən, 1460-cı ildə kəşf edilmişdir.[1]:73 Da Noli 1462-ci ildə ailə üzvləri və Alqarve və Alenteco şəhərlərindən olan portuqallarla birlikdə Ribeira Qrande-də yerləşdi.[1]:77

Ribeira Qrandedə Santyaqu çayının su bolluğuna görə yaşayış şəraiti yaxşı idi və bu da şəhəri digər yaşayış məntəqlərindən üstün edirdi.[1]:80 Yaşayış məntəqəsi Portuqaliyanın Afrika və Cənubi Amerika üzərində müstəmləkə siyasəti üçün əsas liman oldu. Şəhər 16-17-ci əsrlərdə Afrika, Ümid burnu, Braziliya və Karib dənizi arasındakı dəniz ticarətinin mərkəzi idi. Bura həm də Afrika sahillərinə yaxın olması səbəbindən qul ticarəti üçün vacib bir platforma idi.[2]

Sidadi-Velya limanı iki böyük səyahətçinin dayanacaq yer idi: 1497-ci ildə Hindistana gedərkən Vasko da Gama və 1498-ci ildə Amerikaya üçüncü səyahətində olarkən Kristofer Kolumb. Şəhər daha sonra, 1522-ci ildə dünya səyahəti üçün İspaniyadan yola düşən Fernan Magellan üçün dayanacaq yeri oldu.

Sidadi-Velya dünyanın ən qədim müstəmləkə kilsəsi olan, 1495-ci ildə inşa edilmiş Nossa Senhora do Rosario kilsəsinə sahibdir. 1533-cü ildə Sidadi-Velya Papa VII Klement tərəfindən yaradılan Santiyaqu de Kabo-Verdenin yeni Roma Katolk Yepiskopluğunun yeri oldu. İqamətgah hal hazırda Prayadadır.

Ribeira Qrandenin sərvətləri və Portuqaliya ilə rəqib müstəmləkə gücləri olan Fransa və İngiltərə arasındakı qarşıdurmalar, Frensis Dreyk (1585) və Cak Kassard (1712) də daxil olmaqla, pirat hücumlarına səbəb oldu.[1]:195 Bu dövrdə Ribeira Qrande zəiflədi və tənəzzülə uğradı. Paytaxt 1770-ci ildə Praya şəhərinə köçürüldü.[3]

Ribeira Qrande (indiki Sidadi-Velya) bir kənd səviyyəsinə endirildi və mülki, dini və hərbi binaları dağıldı. 1960-cı illərdən etibarən bərpa işləri başladı.[4]:70 Şəhər 2009-cu ildən etibarən UNESCO-nun Ümumdünya irsi ərazisidir.[2]

↑ 1 2 3 4 Sitat səhvi: Yanlış <ref> teqi; gomes adlı istinad üçün mətn göstərilməyib ↑ 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; whc.unesco.org2 adlı istinad üçün mətn göstərilməyib Centre historique de Praia Arxivləşdirilib 2022-01-23 at the Wayback Machine, UNESCO Cidade Velha, Centre historique de Ribeira Grande Arxivləşdirilib 2021-12-11 at the Wayback Machine, Proposition d’inscription sur la Liste du patrimoine mondial
Photographies by:
Statistics: Position
3568
Statistics: Rank
90945

Add new comment

CAPTCHA
Security
741936852Click/tap this sequence: 9223
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Sidadi-Velya ?

Booking.com

What can you do near Sidadi-Velya ?

8.718.668 visits in total, 407.503 Points of interest, 405 Destinations, 4.806 visits today.