Uşaqyeyən fəvvarəsi

Uşaqyeyən fəvvarəsi (alm. Kindlifresserbrunnen‎) — İsveçrənin Bern şəhərinin Kornhausplats meydanında fəvvarə. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi.

Əvvəllər fəvvarə "Platsbrunnen" adı ilə tanınırdı, lakin 1666-cı ildə o özünün indiki adını qazanmışdır. Uşaqyeyən fəvvarəsi çılpaq uşağı udan nəhəng-adamyeyəni təsvir edir. O əlində digər uşaqlar ilə dolu bir çanta saxlayır[1]. Nəhəng divin başında Orta əsrlərdə yəhudilər tərəfindən güc yolu ilə geyinilən uzun papaq yerləşir[2]. Bu fakt daha sonralar sakinlər arasında nəhəng-adamyeyən fiqurunun yəhudilərə istinad etməsinə və onların ritual cinayətlərinin xatırlatması kimi bir sıra fərziyyələrə səbəb oldumdur[3]. Başqa nəzəriyyəyə əsasən, fəvvarədəki heykəl Yunan mifologiyasındakı Xronos tanrısını təcəssüm edir.

Çox güman ki, bu itaətsiz uşaqları qorxutmaq üçün istifadə edilmiş bir növ mifik fiqurdur[1]. Sütunun aşağı hissəsinə, üzərində silahlı ayıların yürüyüşü təsvir olunan friz quraşdırılmışdır[4].

Məhz bu fəvvarə İsveçrə yazıçısı Jak Şessenin L’Оgrе ("Adamyeyən") adlı romanının yaradılmasında mühüm rol oynamışdı. 2007-ci ildə heykəl postamentdən çıxarılaraq tamamilə bərpa edilmişdi. Mətbuatda uzun müddət restavrasiya işlərinin 500 000 franka həyata keçirildiyi barədə çoxlu yalnış və şişirilmiş məlumatlar verilmişdi.

↑ 1 2 Hofer, Paul. Die Kunstdenkmäler des Kantons Bern, Band 1: Die Stadt Bern. Basel: Gesellschaft für Schweizerische Kunstgeschichte. 1952. 281. 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-09. (alm.) Switzerland is yours.com travel guide Arxivləşdirilib 2012-07-17 at Archive.today accessed April 25, 2008 See the City Council of Bern minutes of the May 14, 1998 5:00PM session Arxivləşdirilib fevral 13, 2012, at the Wayback Machine accessed November 23, 2008 (alm.) for one discussion of an anti-Semitic meaning in the statue Hofer, pg. 274, note 4
Photographies by:
Statistics: Position
2623
Statistics: Rank
114352

Add new comment

CAPTCHA
Security
984632571Click/tap this sequence: 6423
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Videos

Where can you sleep near Uşaqyeyən fəvvarəsi ?

Booking.com

What can you do near Uşaqyeyən fəvvarəsi ?

8.734.816 visits in total, 407.503 Points of interest, 405 Destinations, 7.709 visits today.