Maionesa ( Mayonez )
Mayonez (fr. mayonnaise) — bitki yağı, yumurta sarısı, sirkə və ya limon şirəsi, şəkər, duz və bəzən də xardal və digər ədviyyatlar qatmaqla hazırlanan soyuq sous. Mayonez mətbəxdə ən tez-tez istifadə olunan məhsullardan biridir. Mayonezi salatlarda, ət və toyuq qızartdıqda istifadə edirlər. Avropa və Amerika standartlarına uyğun olaraq mayonezin yağlılığı 70-80 % olmalıdır.