İnsanlığın beşiyi

İnsanlğın beşiyi — CAR-ın Qautenq vilayəti, Yohannesburq şəhərinin 50 km (31 mil) şimal-qərbində yerləşən, paleoantropoloji ərazi. 1999-cu ildə UNESCO tərəfindən Ümumdünya irsi elan edilmişdir. Hazırda 47 000 hektar ərazini əhatə edir və əhəng daşı mağaraları kompleksini ehtiva edir.

Lakin, mövcud arxeoloji və fosil sübutlarına görə, insanlığın beşiyi tez-tez "bəşəriyyətin beşiyi" kimi xatırlanan Şərqi Afrikadakı Afar üçbucağıdır.

Ərazidəki Sterkfonteyn mağaraları 1947-ci ildə Robert Brum və Con Telbot Robinson tərəfindən tapılmış 2.3 milyon illik bir Australopithecus africanus fosilinin ("Xanım Ples" ləqəbli) kəşf edildiyi yer idi. Tapıntı 1924-cü ildə qazıntı işlərinin davam etdiyi Cənubi Afrikanın şimal-qərb viyalətindəki Taunq-da Raymond Dart tərəfindən "Taung uşağı" olaraq bilinən, yetkinlik yaşına çatmayan Australopithecus africanus kəlləsinin kəşfini təsdiqləməyə kömək etdi.

Əraziyə daxil olmasa da, yaxınlığındakı Rayzinq-Star mağara sistemin...Read more

Əraziyə daxil olmasa da, yaxınlığındakı Rayzinq-Star mağara sistemində, müvəqqəti olaraq Homo naledi adlandırılan nəsli kəsilmiş bir növün on beş fosil skeleti tapılan Dinaledi otağı (ulduzlar otağı) var.

Təkcə Sterkfonteyn 2010-cu ildən əvvəl tapılmış erkən hominid fosillərinin üçdə birindən çoxunu ehtiva etmişdir. Dinaledi otağı isə, 1500-dən çox H. naledi fosilini, Afrikada indiyə qədər tapılan tək hominid növünün ən geniş kəşfini ehtiva edir.

Photographies by:
John Walker - Public domain
Statistics: Position
550
Statistics: Rank
305171

Add new comment

CAPTCHA
Security
379452186Click/tap this sequence: 2889
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Videos

Where can you sleep near İnsanlığın beşiyi ?

Booking.com

What can you do near İnsanlığın beşiyi ?

8.832.857 visits in total, 407.503 Points of interest, 405 Destinations, 311 visits today.