Malavi
Context of Malavi
Malavi (ing. Republic of Malawi, Nıyanca: Dziko la Malaŵi) — Afrika qitəsinin cənub-şərqində yerləşən və dənizə çıxışı olmayan quru ölkəsidir. 1964-cü ilədək Nyasalend adını daşımışdır. Keçmiş Britaniya koloniyasıdır. Şimal-qərbdən Zambiya ilə, şimal-şərqdən Mozambik ilə, şərq, cənub və qərbdən isə Tanzaniya ilə həmsərhəddir. Tanzaniya və Mozambik sərhəddində Malavi gölü yerləşir. Malavinin sahəsi 118,000 km2, əhalisi isə 16,777,547 nəfərdir. Onun paytaxı və ən böyük şəhəri Lilonqve, ikinci Blantyre, üçüncü isə Mzuzudur. Ölkənin ləqəbi "Afrikanın isti ürəyi"dir.