Context of Kamerun
Kamerun (fr. Cameroun, ing. Cameroon), rəsmi olaraq Kamerun Respublikası (fr. République du Cameroun, ing. Republic of Cameroon) — Mərkəzi Afrikanın qərbində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Nigeriya, Çad, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Qabon, Ekvatorial Qvineya və 402 km-lik sahil xətti ilə Atlantik okeanı təşkil edir. Ölkənin paytaxtı Yaundedir.