Sukur və ya Sukur Mədəni Landşaftı — Nigeriyanın Adamava ştatındakı Sukur kəndinin üstündəki bir təpədə yerləşən UNESCO-nun Ümumdünya irsi ərazisidir. Mandara dağlarında, Kamerun ilə sərhədə yaxın ərazidə yerləşir. Ərazinin Ümumdünya irsi statusu onun mədəni irsi, maddi mədəniyyəti və təbii ərazilərinə əsaslanmışdır. Sukur, Afrikada Ümumdünya irsi statusu alan ilk mədəni landşaftdır.

Ərazidə sobalar, filizlər və itiləyici daşlar şəklində tapılan dəmir dövrünə aid əşyalar Sukurdan əvvəl mövcud olmuşdur. Sukurda Neolit dövrünə aid bəzi tapıntılar da tapılmışdır.[1] Yaxın tarix 17-ci əsrin Dur sülaləsinə aiddir. Durlar, bölgəni Nigeriyanın şimal-şərqinə dəmir istehsalı üçün əsas xammal tədarükçüsü olaraq təsis etmişdi və bu 20-ci əsrin ilk onilliyinə qədər dəvam etdi. 1912-1922-ci illərdə Sukur, Madaqali şəhərinin istilaları ilə darmadağın edildi. Bu müharibələr 1960-cı ilə qədər insanların Sukurun şimal və cənubundakı düzənliklərə köçməsi ilə dəmir istehsalının azalması ilə nəticələndi.[1] Bölgəni 1927-ci ildən müstəmləkə edən Britaniyalılar bu qəsəbənin mədəni üslublarında heç bir fərq yaratmadılar.[2] Nik Devid və Cudi Sterner, ümumiyyətlə bilinməyən ərazi haqqında məlumat topladılar və bu landşaftın xarici dünyaya daha yaxşı tanıdılması üçün bir çox nəşrlər hazırlandı.[3]

1999-cu ildə iii, v və vi meyarlarına əsasən verilən UNESCO-nun Ümumdünya irsi statusu Hidi Saray kompleksi və kəndin mədəni irsinə, maddi mədəniyyətə və toxunulmaz vəziyyətdə olan təbii terras sahələrə əsaslanır. Bu cəhətlərə sitat gətirilərkən deyilir: "Sukurun mədəni landşaftı, əsrlər boyu davam edən güclü və davamlı bir mədəni ənənənin şahididir".[1][3] Sukur, ölkənin iki Ümumdünya irsi ərazisindən biridir.[4]

↑ 1 2 3 "Sukur Cultural Landscape". UNESCO Organization. 1 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 April 2013. Sitat səhvi: Yanlış <ref> teqi; Williams2008 adlı istinad üçün mətn göstərilməyib ↑ 1 2 "Sukur: A Culture of the Mandara Mountains". Sukur Information Organization. 19 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 April 2013. Lizzie. Nigeria: The Bradt Travel Guide. Bradt Travel Guides. 2012. 288–. ISBN 978-1-84162-397-9. 31 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2013.
Photographies by:
StefanCramer - CC BY 3.0
Statistics: Position
287
Statistics: Rank
450683

Add new comment

CAPTCHA
Security
124837569Click/tap this sequence: 9112
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Sukur ?

Booking.com

What can you do near Sukur ?

8.713.947 visits in total, 407.503 Points of interest, 405 Destinations, 85 visits today.