Küplər vadisi

Küplər vadisi — Laosun Xienq Kxuanq əyalətində məskunlaşmamış rayon

Dəniz səviyyəsindən 1000 m hündürlükdə təpələrin zirvəsinə naməlum mənşəli, hündürlüyü 1–3,5 m, diametrləri isə təqribən 1 m olan nəhəng bardaqlar səpələnmişdir və onların ən irisinin çəkisi 6 tondur. Onlar daha çox küpəgirən qarının daş həvəngdəstəsinə oxşayırlar. Bardaqlar elə süxurların daşlarından hazırlanmışlar ki, onlara bu ərazidə rast gəlmək mümkün deyil.

Bardaqlar haqda çox az şey məlumdur. Onları kimin və hansı məqsədlə hazırladığı və bura necə düşdükləri heç kimə məlum deyil. Güman olunur ki, bardaqlarda nəhəng putalarda olduğu kimi, qədimdə ölülərin cəsədlərini yandırırlarmış. Digər fərziyyəyə görə onlardan düyü, yaxud şərab saxlamaq məqsədi ilə istifadə edilib. Fərziyyələrin heç biri inandırıcı deyil. Bir şey dəqiqdir: nəhəng daşların ən azı 2500–3000 il yaşı var.

Hind-Çində müharibələr zamanı bardaqların çoxu amerikan bombaları tərəfindən zədələnmişlər. Belə ki, sahədə hələ ...Read more

Küplər vadisi — Laosun Xienq Kxuanq əyalətində məskunlaşmamış rayon

Dəniz səviyyəsindən 1000 m hündürlükdə təpələrin zirvəsinə naməlum mənşəli, hündürlüyü 1–3,5 m, diametrləri isə təqribən 1 m olan nəhəng bardaqlar səpələnmişdir və onların ən irisinin çəkisi 6 tondur. Onlar daha çox küpəgirən qarının daş həvəngdəstəsinə oxşayırlar. Bardaqlar elə süxurların daşlarından hazırlanmışlar ki, onlara bu ərazidə rast gəlmək mümkün deyil.

Bardaqlar haqda çox az şey məlumdur. Onları kimin və hansı məqsədlə hazırladığı və bura necə düşdükləri heç kimə məlum deyil. Güman olunur ki, bardaqlarda nəhəng putalarda olduğu kimi, qədimdə ölülərin cəsədlərini yandırırlarmış. Digər fərziyyəyə görə onlardan düyü, yaxud şərab saxlamaq məqsədi ilə istifadə edilib. Fərziyyələrin heç biri inandırıcı deyil. Bir şey dəqiqdir: nəhəng daşların ən azı 2500–3000 il yaşı var.

Hind-Çində müharibələr zamanı bardaqların çoxu amerikan bombaları tərəfindən zədələnmişlər. Belə ki, sahədə hələ də bombaların açdığı çuxurlar görünür. Nisbətən kiçik bardaqlar kolleksiyaçılar tərəfindən kəsilib çıxarılıb, lakin hələ də beş qrupda cəmlənmiş yüzlərlə bardaq mövcuddur və mühafizə olunur.

Photographies by:
Zones
Statistics: Position
3194
Statistics: Rank
109247

Add new comment

CAPTCHA
Security
745239186Click/tap this sequence: 9556
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Küplər vadisi ?

Booking.com

What can you do near Küplər vadisi ?

9.089.009 visits in total, 407.503 Points of interest, 405 Destinations, 1.435 visits today.