Amhar dili
Amhar dili — Efiopiyanın şimalında yayılmış bu dildə təqribən 16 milyona qədər adam danışır. Efiopiyanın dövlət dilidir.
Bir-birindən qismən fərqlənən üç dialekti vardır: Şoa, Qoccam və Qonder. Amhar dilinin fonem tərkibi 7 sait və 28 samitdən ibarətdir. Sintaktik baxımdan sabit söz sırası (MTX) mövcuddur. Cümlənin xəbəri adətən sonda gəlir.