Μυκηναϊκός πολιτισμός ( Mikena sivilizasiyası )

Mikena sivilizasiyası və ya Mikena mədəniyyəti — e.ə. II minillikdə Peloponnesdə inkişaf etmiş sivilizasiya.

Təxminən e.ə. 2200-cü ildə yunan dilinin erkən formasında danışan hind-avropa xalqları yunan yarımadasını işğal etdi və e.ə. 1600-cü ildən etibarən öz kiçik şəhərlərini qurmağa başladılar. Minoylular ticarət əlaqələri sayəsində onların mədəni inkişafına təsir etdilər. Yunan və Minoy elementlərinin birləşməsi nəticəsində Mikena sivilizasiyası yarandı. Mikena e.ə. 1600 və 1200-cü illər arasında Yunanıstanın əsas şəhəri idi. Mikena təxminən e.ə. 1500-cü ildən sonra Egey dənizi ətrafında aparıcı sivilizasiyaya çevrilmiş və hətta Kritdə belə dominantlıq qazanmışdı.

İlk dəfə arxeoloqlar ona aid abidələri Mikena şəhərini qazarkən aşkar etmişdirlər, ona görə də bu mədəniyyət Mikena və ya Krit - Mikena mədəniyyəti adlandırılmışdır. O vaxtlar Peloponnesdə axey tayfaları məskunlaşmışdı. Yerli tayfalar yunan dilinə uyğunlaşmış Krit yazısından istifadə edirdilər. Krit faciəsi adada yaradılmış mədəniyyəti tam məhv edə bilmədi. Oradan üzərində bu cür yazı nümunələri olan olan gil lövhələr tapılmışdır.

Destinations