Mbanza-Konqo

Mbanza-Konqo — 1570-dən 1975-ci ilə qədər Portuqaliyada São Salvador olaraq bilinən və Anqolanın şimal-qərbindəki Zaire vilayətinin paytaxtı olan şəhər. Mbanza-Konqo 1483-cü ildə Portuqalların gəlişindən bir müddət əvvəl qurulmuş və o dövrdə Kilukeni sülaləsinin paytaxtı olmuşdur. Ərazi 17-ci əsrdə vətəndaş müharibələri zamanı müvəqqəti olaraq tərk edildi. Anqolanın Konqo Demokratik Respublikası ilə sərhədi yaxınlığında yerləşir. Mbanza-Konqo 2017-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Mbanza-Konqo bir zamanlar Afrikanın cənubundakı Atlantik sahillərindən Nkisi çayına qədər zirvəsinə çatan Konqo Krallığının hökmdarı Manikonqonun evi idi. Manikonqo, bu gün bir neçə ölkənin bir hissəsi olan 300 m2 ərazini idarə etmək üçün qəbilə liderləri tərəfindən seçilmişdi. 1491-ci ildə buraya ilk çatan portuqaliyalılar Konqo çayının mənbəyindən oraya çatmaq üçün on günlük səyahət etmişdi.[1]

Ən erkən dövrıərdə padşahlar qeydlərində öz şəhərlərini "Konqo şəhəri" (cidade do Congo) olaraq xatırladırdılar. Şəhərin São Salvador kimi adlandırılmasına ilk dəfə I Alvaro məktublarında (1568–1587) rast gəlinir və ad davamçıları tərəfindən davam etdirilirdi. Şəhərin adı 1975-ci ildə, Anqolanın müstəqillik qazanmasından sonra yenidən "Konqo şəhəri" (Mbanza Kongo) olaraq dəyişdirildi.

Portuqallar Konqoya gəldikdə Mbanza Konqo artıq bəlkə də sub-ekvatorial Afrikadakı ən böyük şəhər idi və Portuqaliyanın Lissabondakı səfirinin məktubu, şəhərin ölçüsünü (daxili divarların içərisindəki) Portuqaliyanın Evora şəhəri ilə müqayisə etmişdi.[2]

I Afonsonun hakimiyyəti dövründə bir saray və bir neçə kilsə də daxil olmaqla daş tikililər inşa edildi.Əhəmiyyətli tikililər arasında ziyarətçi Giovanni Fransesko da Romaya (1648) görə San-Salvador da daxil olmaqla, on iki kilsə, özəl ibadətgahlar və oratoriyalar və təsirli ikimərtəbəli kral sarayı var idi.

1665-ci ildə Mbvila (və ya Ulanqa) döyüşündən sonra davam edən vətəndaş müharibələri zamanı şəhər bir neçə dəfə boşaldıldı və 1678-ci ildə tərk edildi. 1709-cu ildə şəhər Konqo Kralı IV Pedro tərəfindən Konqonun paytaxtı olaraq bərpa edildi. Əhali on səkkizinci və on doqquzuncu əsrdə əhəmiyyətli dərəcədə dəyişsə də şəhər bir daha tərk edilmədi.

Adam Hochschild. King Leopold's Ghost. Houghton Mifflin. 1998. səh. 8. https://books.google.com/books?id=Jql8gymEI_kC&pg=PT85&lpg=PT85&dq=Mbanza+Kongo+%22Evora%22+size&source=bl&ots=Gw67jqlYBW&sig=ACfU3U1Ghf6Ms5K3DCfdCzsLwkc2aZVuLg&hl=en&sa=X&ved=2ahUKEwiwlrj9wJjoAhUBrp4KHXSCDdAQ6AEwAXoECAgQAQ#v=onepage&q=Evora&f=false
Photographies by:
Zones
Statistics: Position
7240
Statistics: Rank
8168

Add new comment

CAPTCHA
Security
841567329Click/tap this sequence: 8159
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Mbanza-Konqo ?

Booking.com
491.587 visits in total, 9.211 Points of interest, 405 Destinations, 59 visits today.