Magliç (serb-kiril. Маглич) ― Serbiyada, Kralyevo şəhərindən təxminən 20 km məsafədə yerləşən 13-cü əsrə aid qəsr. Qəsr İbar çayının ətrafından döbdüyü, çaydan təxminən 100 m yüksəklikdə yerləşən təpənin üstündədir. Qala əvvəllər Böyük Morava vadisi ilə Kosovo-Pole şəhərlərini birləşdirən yeganə yolu qoruyurdu. Qəsrin adı seb dilində "duman" mənasını verən "Maqla" (serb-kiril. Магла) sözündən götürülüb.
Maglič 1979-cu ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidələri" siyahısına daxil edilmişdir.
Maqliç 13-cü əsrin ilk yarısında ya Stefan Nemaniç ya da oğlu I Stefan Uroş tərəfindən inşa edilmişdir. Qala iki mühüm monastırı: Sopoçani və Studenitsa monastırlarını qorumaq və gələcəkdə Serbiya torpaqlarına daha dərin monqol hücumunun qarşısını almaq üçün inşa edilmişdir. Serbiya imperiyası dövründə Magliç orada yaşayan məşhur aqioqraf və regioqraf olan baş yepiskop II Danilonun iqamətgahı idi.
Osmanlı imperiyası 20 iyun 1459-cu ildə Smederevonu tutduqdan sonra Magliçi işğal etdi və qəsr Osmanlı-Müqəddəs İttifaq müharibəsi dövründə serblər tərəfindən geri alınana qədər osmanlı hakimiyyəti altında qaldı. Serb qiyamının məğlubiyyətindən sonra tərk edilmiş qala yenidən Osmanlı türkləri tərəfindən tutuldu.
Add new comment