Maldiv adaları


Maldiv adaları (maldiv. ދިވެހިރާއްޖެ ) və ya rəsmi adı ilə Maldiv Respublikası (maldiv. ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ) — Cənubi Asiyada ada-dövlət. Maldiv adaları Hindistanın cənubunda, Hind okeanındakı atollarda, Ərəbistan dənizində yerləşir. Ölkənin tərkibinə daxil olan adalar qrupu Hindistan və Şri-Lankanın cənub-qərbinə qədər uzanır. İyirmi altı atoldan ibarət adalar qrupu şimalda İhavandhippolhu Atolundan cənubda Addu şəhərinə kimi uzanır. Təxminən 298 kvadrat kilometr ərazini əhatə edən Maldiv adaları dünyanın coğrafi cəhətdən ən çox səpələnmiş ölkələrindən biridir. Ölkə həmçinin, Asiyanın həm əhali, həm də ərazi baxımından ən kiçik ölkəsi olmaqla, 393,500 sakinə ev sahibliyi edir. Paytaxt şəhər olan Male, ölkənin ən çox məskunlaşmış adasıdır. Ada həmçinin, mərkəzdə yerləşdiyinə görə "Kral Adası" adı ilə də tanınır.

Maldiv adalarında əhalinin məskunlaşması min il bundan əvvəl başlamışdır. Əvvəl Buddizm dininə itaət edən sakinlər, Ərəb taciri olan Əbul Bərəkət Əl-Bar Barinin təbliğatları ilə müsəlmanlığı qəbul etdi. Hazırda Maldiv adalarının əhalisinin demək olar ki, 100%-i müsəlmandır. XII əsrdən etibarən müstəqil sultanlıq, 1887–1965-ci illər ərzində isə Böyük Britaniyanın protektoratı olmuş Maldiv 1965-ci ilin iyul ayında müstəqilliyini elan etmişdir (1968-ci ildən respublikadır). 2005-ci il 15 noyabr tarixində isə iqlim dəyişikliklərinin təsiri ilə yüz illər sonra Maldiv adalarının suda batması gözlənildiyindən bu dövlətə Avstraliyaya sığınma haqqı verilmişdir. Maldiv Respublikasının hazırkı prezidenti — Abdulla Yəmin (2013).

Photographies by:
Zones
Statistics: Position
3580
Statistics: Rank
31651

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
485297316Click/tap this sequence: 9698

Google street view

Where can you sleep near Maldiv adaları ?

Booking.com
487.383 visits in total, 9.187 Points of interest, 404 Destinations, 9 visits today.