कमल मंदिर (बहाई उपासना मंदिर)

( Lotos məbədi )

Lotos məbədi (ing. Lotus Temple) — Bəhai dininin Asiya qitəsi üzrə əsas ibadət mərkəzi. Lotus məbədi Hindistanın Nyu-Dehli şəhərində yerləşir. Binanın görünüşü nəhəng lotos gülünü xatırladır və 27 ləçəkdən ibarətdir. Həmin ləçəklər 3 mərtəbə formasında qurulmuşdur. Məbədin hündürlüyü 34 metrdir və məbədin daxilində 1.300 nəfər insan eyni anda ibadət edə bilər.

Məbədin unikallığı ondadır ki, burada bir ədəd də olsa düz xətt boyunca yerləşən hissə yoxdur. Məbədin tikilməsi üçün 100 milyon hind rublu xərclənmişdir. Məbədin tikilməsinə görə İrandan Fariburz (Fariburz Sahba) dəvət edilmişdir. Tikinti işləri 1980-ci ildə başlamışdır və 1986-cı ilin dekabrında yekunlaşdırılmışdır. Lakin bildirək ki, tikinti üçün nəzərdə tutulmuş yer hələ 1953-cü ildə alınmışdır.

Məbədə daxil olmaq üçün bütün insanlar ilk öncə ayaqqabılarını çıxartmalıdır. Həmçinin məbədin daxilinə girmək üçün də gələn şəxslərdən heç bir maddi vəsait tələb olunmur. Məbədin ...Read more

Lotos məbədi (ing. Lotus Temple) — Bəhai dininin Asiya qitəsi üzrə əsas ibadət mərkəzi. Lotus məbədi Hindistanın Nyu-Dehli şəhərində yerləşir. Binanın görünüşü nəhəng lotos gülünü xatırladır və 27 ləçəkdən ibarətdir. Həmin ləçəklər 3 mərtəbə formasında qurulmuşdur. Məbədin hündürlüyü 34 metrdir və məbədin daxilində 1.300 nəfər insan eyni anda ibadət edə bilər.

Məbədin unikallığı ondadır ki, burada bir ədəd də olsa düz xətt boyunca yerləşən hissə yoxdur. Məbədin tikilməsi üçün 100 milyon hind rublu xərclənmişdir. Məbədin tikilməsinə görə İrandan Fariburz (Fariburz Sahba) dəvət edilmişdir. Tikinti işləri 1980-ci ildə başlamışdır və 1986-cı ilin dekabrında yekunlaşdırılmışdır. Lakin bildirək ki, tikinti üçün nəzərdə tutulmuş yer hələ 1953-cü ildə alınmışdır.

Məbədə daxil olmaq üçün bütün insanlar ilk öncə ayaqqabılarını çıxartmalıdır. Həmçinin məbədin daxilinə girmək üçün də gələn şəxslərdən heç bir maddi vəsait tələb olunmur. Məbədin daxili olduqca sakit və səssiz olur, orada hündürdən danışmağa icazə verilmir, hətta fotoşəkillərin çəkilməsi və video görüntüyə almaq da qəti qadağandır. İçəri sərindir, çünki xüsusi sərinləşdirmə sisteminə malikdir. Məbədin tam mərkəzində qızıldan hazırlanmış bürc qoyulmuşdur. Ətrafında isə gələnlərin rahatlığını təmin etmək üçün bir neçə stol yerləşdirilib.

Məbədin ətrafında 9 hovuz yerləşir və burada da sakitliyə nəzarət olduqca güclüdür. Həmçinin hovuz və həyəti də insanlar qoruyur və daima təmiz saxlayır. Hovuzun içərisindəki su həmişə təmiz və büllurdur. Nyu-Dehli şəhərinin əsas turistik tikilərindən biri olan Lotos məbədinə hər il milyondan çox turist ziyarət edir.

Photographies by:
Vandelizer - CC BY 2.0
Statistics: Position
122
Statistics: Rank
398190

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
576291483Click/tap this sequence: 5586

Google street view

Where can you sleep near Lotos məbədi ?

Booking.com
487.371 visits in total, 9.187 Points of interest, 404 Destinations, 4 visits today.