Lamu — Keniyadakı Lamu arxipelaqının bir hissəsi olan Lamu adasında kiçik bir şəhər. Şəhər UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Şəhərin sahilində Lamu qalası yerləşir. Lamuda o cümlədən 1900-cü ildə tikilmiş Riyadha məscidi də daxil olmaqla 23 məscid var.

Erkən tarix

Şəhərin əsl adı Amudur[1] və ərəblər tərəfindən Əl-Amu (آامو)\, Portuqalca isə "Lamon" adlandırılır. Portuqaliyalılar Amu ərazidəki baş yaşayış məntəqəsi olduğu üçün bütün adaya bu adla müraciət edirdilər.

Lamu adasındakı Lamu şəhəri Keniyanın daimi yaşanılan ən qədim şəhəridir və Şərqi Afrika sahilləri boyunca orijinal suahili yaşayış məntəqələrindən biri olmuşdur. Şəhərin 1370-ci ildə qurulduğu güman edilir.[2]

Bu gün Lamu əhalisinin əksəriyyəti Müsəlmandır.[3]

Şəhər ilk dəfə 1441-ci ildə Məkkəni ziyarət edən Lamulu bir hakimlə görüşən ərəb səyyahı Əbu-əl-Mahasini tərəfindən yazılı şəkildə qeyd edilmişdir.

1506-cı ildə Portuqaliya donanması Lamunu mühasirəyə almaq üçün bir gəmi göndərdi və bir neçə gün sonra donanma şəhər başçısını illik 600 metikal dəyərində xərac ödəməyə razı olmağa məcbur etdi.[4] Portuqaliyanın bu hərəkəti, Hindistanın Okean sahili boyunca ticarətə nəzarət etmək üçün müvəffəqiyyətli missiyasına səbəb oldu. Portuqaliya xeyli müddət Şərqi Afrika sahilləri boyunca nəqliyyatda inhisar əldə etdi və əvvəllər də mövcud olan yerli ticarət yollarına ixrac vergisi tətbiq etdi. 1580-ci illərdə türk basqınları ilə Lamuda portuqallara qarşı üsyan baş qaldırdı. 1652-ci ildə Oman Lamuya Portuqaliyanın idarəçiliyinə müqavimət göstərmək üçün kömək etdi.[5]

"Qızıl dövr"

Lamunun 17-ci əsrin sonundan 19-cu əsrin əvvəllərinə qədər, Omanın qoruması altında olduğu illər şəhərin qızıl dövrü adlanır. Lamu, ərazini şəhərdəki saraydan idarə edən və Yumbe kimi tanınan ağsaqqallar məclisinin rəhbərliyi altında bir respublika olaraq idarə edilirdi.[6] Bu dövrdə Lamu poeziya, siyasət, incəsənət və sənətkarlıq, eyni zamanda ticarət mərkəzinə çevrildi. Şəhərin bu dövrə aid bir çox binaları fərqli bir klassik üslubda tikilmişdir.[6] İnkişaf edən incəsənət, sənətkarlıq və ticarətlə birlikdə, Lamu ədəbi və tədris mərkəzinə çevrildi.

1812-ci ildə arxipelaq Pete və Mazruinin birləşmiş ordusu tərəfindən hücuma məruz qaldılar. Onlar Lamunu ələ keçirmək və tikilməyə başlanan qalanı tamamlamaq istəyərək sahilə çıxdılar, lakin qaçmaq istəyərkən sahildəki qayıqlarında yerli sakinlər tərəfindən şiddətli müqavimət gördülər.[6] Gələcək hücumlardan qorxan Lamu, omanlılara yeni qalada işləmək və ərazini Keniya sahili boyunca Mazrui üsyançılarından qorumaq üçün kömək istədi.[6]

 Dənizkənarı[ölü keçid] mənzərə, Lamu şəhəriMüstəmləkə dövrü

XIX əsrin ortalarında Lamu Zanzibar sultanın siyasi təsiri altına düşdü. Bu dövrdə, 1885-ci ilin iyununda almanlar Lamunun da daxil olduğu Vitu sultanlığı üzərində hakimiyyəti iddia etdilər.[7] Almanlar Lamunu strateji əhəmiyyətinə görə və bir baza üçün ideal bir yer hesab edirdilər.[8] 22 Noyabr 1888 - 3 Mart 1891 tarixlərində Lamu şəhərində Alman protektoratı daxilində əlaqəni asanlaşdırmaq üçün bir alman poçt şöbəsi mövcud idi. Bu Şərqi Afrika sahillərində qurulan ilk poçt şöbəsi idi və bu gün Lamuda ona həsr olunmuş bir muzey, Alman poçt şöbəsi muzeyi var.[9] 1890-cı ildə Lamu və Keniya Heliqoland-Zanzibar müqaviləsinin şərtləri ilə Britaniyanın müstəmləkə hakimiyyəti altına düşdü. Keniya 1963-cü ildə siyasi müstəqillik qazandı. Lakin Keniyanın mərkəzi hökumətinin təsiri hələ də aşağı qalıb və Lamu müəyyən dərəcədə yerli muxtariyyətdən istifadə etməyə davam edir.

Müasir Lamu

2010-cu ildə Qlobal İrs Fondu Yox olan irsimizi xilas etmək adlı hesabatında Lamunu əsas səbəblər kimi qeyri-kafi idarəetmə və inkişaf təzyiqlərini əsas gətirərək, düzəldilməz itki və zərərin ən çox astanasında olan dünyanın 12 ərazisindən biri olaraq qeyd etmişdir.[10]

2011-ci ilin sentyabr ayında Əş-Şəbab terror qruplaşması Lamuda yaşayışı həddindən artıq məhdudlaşdırmış olsa da, ada 2012-ci ilin əvvəlinə qədər təhlükəsiz hesab edildi. 4 aprel 2012-ci ildə ABŞ Dövlət Departamenti Lamuya səyahət məhdudiyyətini ləğv etdi.[11] Bununla birlikdə, 2014-cü ilin iyul ayında Lamu yaxınlığında əş-Şəbabın məsuliyyət daşıdığı iki hücum 29 nəfərin ölümünə səbəb oldu.[12]

Romero, Patricia (1997). Lamu. History, Society, and Family in an East African Port City. Marcus Wiener Publishers, səh. 10 This is Kenya. Struik. 2005. səh. 18. ISBN 978-1-84537-151-7. 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-28. Oded, Arye (2000). Islam and Politics in Kenya. Lynne Rienner Publishers, səh. 11 Strandes, Justus (1971). "The Portuguese in East Africa". East African Literature Bureau. səh.66. Jackson, 2009. səh. 89 ↑ 1 2 3 4 Trillo, 2002 McIntyre, McIntyre, 2013. səh. 22 Fitzpatrick, 2009 "Lamu: German Post Office Historical – Background". National Museums of Kenya. 24 iyun 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2013. "GHF". Global Heritage Fund. 20 avqust 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2013. "Security message and Travel Warning (April 4, 2012) | Embassy of the United States". Nairobi.usembassy.gov. 13 dekabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2013. Akwiri, Joseph. "Gunmen kill at least 29 in latest raids on Kenyan coast". Reuters. 2015-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2014.
Photographies by:
MysteryBee - CC BY-SA 2.0
Statistics: Position
2357
Statistics: Rank
52546

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
946581372Click/tap this sequence: 9122

Google street view

Where can you sleep near Lamu ?

Booking.com
489.353 visits in total, 9.196 Points of interest, 404 Destinations, 180 visits today.