انقلاب ۱۳۵۷ ( İran İslam İnqilabı )

İran İslam İnqilabı (fars. انقلاب اسلامی‎ — Enghelâb-e eslâmi) - 1979-cu ildə İranda Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn inqilab. İnqilab nəticəsində İranda Ruhullah Musəvi Xomeyni öndərliyində islam respublikası yaradılmış və şiəlik dövlət səviyyəsinə qaldırılmışdır. İran İslam İnqilabının baş verməsinin səbəbləri arasında şahın hərəkətlərinin xalqda böyük qəzəbə səbəb olması və son zamanlar Məhəmməd Rza Pəhləvinin ABŞ-la çox isti münasibətlərə malik olması göstərilmişdir. Görünməmiş xalq etirazlarında İran xalqı inqilaba çağırdı.  İran xalqı Ruhullah Xomeyninin rəhbərlik etdiyi bir İslam Respublikası çağırışı etdi.

Məşrutə inqilabının liderlərindən olan Səttar xan və Bağır xanın Təbriz şəhərindən Tehran şəhərinə hərəkət etməsi nəticəsində İranda şəriətin yaradılmasının tələb edən mollalar saxlanılmış və Şeyx Fəzullah Nuri edam edilmişdir. Bu hadisələrdən sonra İranda şəritə üsullunun yaradılması barədə olan tələblər bir az səngimişdir. Rza şah Pəhləvinin hakimiyyəti dövründədə mollalara qarşı olan sərt münasibət davam etmişdir. Ancaq Məhəmməd Rza Pəhləvinin hakimiyyəti zamanı mollalarla qarşı olan bu sərt münasibət nisbətən yumşalmışdır.

Əsas məqsəd: kralın zülmünün sonu və kralın qətlinin sonu

Destinations