وادي الحيتان

( Hitan vadisi )

Əl-Hitan vadisi (ərəb. وادي الحيتان‎, "Balinalar vadisi") — Misirin paytaxtı Qahirədən 150 kilometr (93 mil) cənub-qərbdə yerləşən paleontoloji ərazidir. Ərazi üzərində bəzi balina, archaeoceti (balinaların nəsli kəsilmiş yarım-dəstəsi) erkən növlərinə aid yüzlərlə fosil yerləşir. Vadi 2005-ci ilin iyununda UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ərazi balinaların təkamülünün ən böyük sirrlərindən birinə: balinanın quruda yaşayan bir heyvandan okeanda yaşayan bir məməliyə çevrilməsi izahına dair dəlilləri ortaya çıxardı. Dünyanın heç bir yerində bu cür fosillərin cəmləşməsi, cəlbedici və qorunan bir mənzərəyə daxil olması və qurulması kimi bir şeyə rastlanmamışdır.

Ərazidə tapılan fosillər ən qədim qalıqlar olmaya bilər, lakin ərazidəki miqdarı və qorunma dərəcəsi o qədərdir böyükdür ki, hətta bəzi daxili quruluşlar da toxunulmaz olaraq qalmışdır. Əl-Hitan vadisində tapılan köpəkbalığı, timsah, mişar balığı, tısbağa və skat kimi digər erkən heyvanların fosillərinin olması, bu dövrün ekoloji şərtlərini yenidən canlandırmağa imkan verir.

Balinaların ilk qalıq skeletləri 1902-1903-cü illərin qışında aşkar edilmişdir. Sonrakı 80 il ərzində əsasən əraziyə çatmaq çətinliyi ilə əlaqədar olaraq ərazi daha az maraq görmüşdür. 1980-ci illərdə dörd təkərli nəqliyyat vasitələri hazır olduqda əraziyə maraq yenidən başladı. Davam edən maraq ərazinin fosil kolleksiyaçılarının ziyarət yerinə çevrilməsinə gətirib çıxardı. Bir çox sümük aşkar edildi və ərazinin qorunması üçün çağırışlar edildi.

Qalıqlar kəllə və diş quruluşunun bəzi ibtidai tərəflərini saxlayaraq, müasir balinaların tipik düzəldilmiş bədən formasını göstərir. Ən uzun skeletin uzunluğu 21 m-ə çatırdı. Skelet yaxşı inkişaf etmiş beşbarmaqlı üzgəcləri olan ön ətraflara və dahə əvvəllər heç bir archaeocetidə aşkar edilməyən ön ətraflara, ayaqlara və barmaqlara sahib idi. Fosillərin sahibləri ilanabənzər və ətyeyən idi. Bu skelet qalıqlarından bir hissəsi qazıntı zamanı aşkar edilsə də, əksəriyyəti zaman-zaman eroziya nəticəsində açılmış çöküntülərə basdırılmışdır. Əl-Hitan milyonlarla illik sahil-dəniz həyatının sübutlarını təqdim edir.

Photographies by:
AhmedMosaad - CC BY-SA 4.0
Statistics: Position
632
Statistics: Rank
162318

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
317549862Click/tap this sequence: 5473

Google street view

Where can you sleep near Hitan vadisi ?

Booking.com
487.400 visits in total, 9.187 Points of interest, 404 Destinations, 26 visits today.