गेटवे ऑफ़ इन्डिया

( Hindistan keçidi )

Hindistan keçidi — XX əsrdə Hindistanda, Mumbayda inşa edilən memarlıq abidəsidir. Bu abidə 1911-ci ildə kral V Georq və kraliça Mariya Tekin Apollo Bunderinindən Hindistanı ziyarət etmələrini əbədiləşdirmək məqsədilə inşa edilmişdir.

Hind-Sarakenik üslubda tikilmiş Hindistan keçidinin təməl daşı 1911-ci il martın 31-də atılmışdır. Tağın strukturu bazalt daşındandır və hündürlüyü 26 metrdir. Corc Vittetin təqdim etdiyi son dizaynı 1914-cü ildə qəbul edilir və abidənin inşası 1924-cü ildə tamamlanır. Keçid sonralar Vitse krallıq və Mumbay rəhbərliyi üçün simvolik giriş mərasimi üçün istifadə edilir. Keçid Hindistana daxil olmaq üçün istifadəyə verilmişdir.

Hindistan keçidi Mumbayın cənubundakı Çatrapati Şivaci Marqın sonunda yerləşən Apollo Bunderinin sahilindədir və Ərəbistan dənizinə tərəf baxır. Abidə həmçinin Mumbayın Tac Mahalı adlandırılır və şəhərin turistlər tərəfindən ən çox ziyarət edilən hissəsidir.

 
Hindistan keçidi, Mumbay, 1924
 
Hindistan keçidi üzərinə yazılan yazı, "Zati-Aliləri kral V Georq və kraliça Mariya Tekin Hindistanı ziyarət etmələri münasibəti ilə yaradılan xatirə abidəsi. 2 Dekabr MCMXI"

Hindistan keçidinin tikilmə səbəbi 1911-ci ilin dekabrında kral V Georq və kraliça Mariya Tekin Dehli Darbardan öncə Mumbayı ziyarət etmələri idi. Abidənin təməl daşı 1913-cü il martın 31-də Mumbay qubernatoru cənab Corc Sidenham Klark tərəfindən atıldı və Corc Vittet tərəfindən hazırlanan dizayn 1914-ci il martın 31-də təsdiq edildi.

Keçidin inşa edildiyi ərazidə əvvəllər balıqçılıq buxtası kimi istifadə edilmiş, sonralar ingilis qubernatorlar və digər tanınmış adamların istifadəsinə verilmişdir. Bura həmçinin əvvəllər Mumbayı ziyarət etməyə qayıqla gələnlərin istifadəsinə verilmişdi.[1][2]

1915 - 1919-ci illər arasında ərazidəki vəziyyət yaxşılaşdırmaq və yeni dəniz divarı inşa etmək məqsədilə Apollo Bunderindəki işlər genişləndirilmişdi. Əsas işlər 1920-ci ildə, ümumi tikinti işləri isə 1924-cü ildə tamamlandı.[3] Keçidin açılışı 1924-cü il dekabrın 4-də vitse kral Ayzeks Rufus tərəfindən həyata keçirildi.[1]

Hindistandakı sonuncu Britaniya hərbi birliyi olan Somerset Yüngünlzirehli Piyada taboru, ölkə müstəqilliyini qazandıqdan sonra 1948-ci ilin fevralında Hindistandakı İngiltərə hökmranlığının bitməsi şərəfinə keçirilən tədbirdə özünəməxsus şəkildə Hindistan keçidindən keçərək ölkəni tərk etdilər.[1][4]

↑ 1 2 3 Dwivedi, Sharada; Rahul Mehotra. Bombay – The Cities Within. Mumbai: India Book House. 1995. ISBN 81-85028-80-X. Arnett, Robert. India Unveiled. Atman Press. 15 İyul 2006. səh. 166. ISBN 978-0-9652900-4-3. 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 Aprel 2012. Dwivedi, Sharada; Mehrotra, Rahul. Bombay: the cities within. India Book House. 1995. ISBN 978-81-85028-80-4. 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Aprel 2012. Bradnock, Robert; Bradnock, Roma; Ballard, Sebastian. South Asian handbook. Trade & Travel. 1993. ISBN 978-0-8442-9980-8. 2014-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 Aprel 2012.
Photographies by:
Vishnubullet123 - CC BY-SA 4.0
Statistics: Position
4890
Statistics: Rank
20420

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
478395162Click/tap this sequence: 1479

Google street view

Where can you sleep near Hindistan keçidi ?

Booking.com
487.378 visits in total, 9.187 Points of interest, 404 Destinations, 4 visits today.