Galata Köprüsü

( Qalata körpüsü )

Qalata körpüsü (türk. Galata Köprüsü) — Türkiyənin İstanbul şəhərində Haliç boyunca uzanan körpü. Xüsusilə 19-cu əsrin sonlarından etibarən körpü Türk ədəbiyyatında, teatrında, şeiriyyət və romanlarında yer almışdır. "Qalata körpüsü" ifadəsi əslində 19-cu əsrin əvvəllərindən etibarən Eminönü ilə Bəyoğlunu birləşdirən ardıcıl körpülər seriyasına verilmiş kollektiv addır. Bu adla tanınan beşinci körpü 1994-cü ildə inşa edilmişdir.

Körpü İstanbulun Bəyoğlu ilçəsində, Haliçin şimal sahilində yerləşən müasir Karaköyün keçmiş adı olan Qalatanın adını almışdır.

 Qədim Konstantinopolun bu təsvirində şəhərin şimal-şərq ucundakı Konstantinopol divarlarının yaxınlığında yerləşən, I Yustinian tərəfindən inşa edilmiş ilk körpünü görmək mümkündür.

İstanbulda Haliç üzərindəki ilk qeydə alınmış körpü VI əsrdə I Yustinian dövründə şəhərin qərb ucundakı Konstantinopol divarlarının yaxınlığındakı əraziyə yaxın yerdə inşa edilmişdir.

1453 -cü ildə Konstantinopolun fəthi süqutu zamanı, türklər gəmilərini suda yan-yana yerləşdirək süno körpü yaratdılar ki, qoşun Haliçin bir tərəfindən digərinə keçə bilsin.

1502-1503-cü illərdə indiki krpünün yerində tikilmiş ilk körpünün inşası planlaşdırılırdı. Sultan II Bəyezid körpü üçün dizayn istədi və Leonardo da Vinci Haliç üçün 240 m uzunluğunda və 24 m genişliyində misli görünməmiş körpü planı hazırladı. Bu körpü inşa olunsaydı o dövrün dünyadakı ən uzun körpüsü olacaqdı. Lakin bu iddialı dizayn Sultan tərəfindən təsdiqlənmədi.

 1502 -ci ildə Leonardo da Vinçi tərəfindən hazırlanmış körpünün planı.

Digər bir italyan rəssam olan Mikelancelo da İstanbul üçün körpü hazırlamağa dəvət edilmişdi. Mikelancelo təklifi rədd etdi və Haliç üzərində körpü tikmək fikri 19-cu əsrə qədər ertələndi.

Leonardonun körpü dizaynının kiçik ölçülü bir versiyası 2001-ci ildə, Leonardonun eskizinə əsaslanan ilk inşaat mühəndisliyi layihəsi olaraq müasir rəssam Vebjorn Sand tərəfindən Norveçin paytaxtı Oslo şəhəri yaxınlığında həyata keçirilmişdir. Layihə körpü dizaynını qlobal ictimai incəsənət layihəsi olaraq, yerli materiallardan istifadə edilərək və yerli sənətkarlarla əməkdaşlıq edərək İstanbuldakı Haliç də daxil olmaqla, bütün dünyada praktiki bir körpü dizaynı olaraq həyata keçirməyi ümid edir. The Wall Street jurnalı bu layihəyə "... millətlər üçün loqo" olaraq istinad etmişdir. [1]

(WSJ, Nov. 5–6, 2005) h
Photographies by:
Statistics: Position
622
Statistics: Rank
158774

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
814956732Click/tap this sequence: 6318

Google street view

Where can you sleep near Qalata körpüsü ?

Booking.com
487.383 visits in total, 9.187 Points of interest, 404 Destinations, 9 visits today.