Frankfurt am Main

( Frankfurt-Mayn )


Frankfurt ya da Mayndakı Frankfurt (alm. Frankfurt am Main) — tez-tez sadəcə Frankfurt adlandırılan, Hessen vilayətində ən böyük şəhər. 679.664 nəfər əhali ilə 2009-cu ilə görə Almaniyaın beşinci ən böyük şəhəri. Şəhər ətrafı ilə birlikdə əhalinin sayı 2.295.000 nəfər təşkil edir. Mayn çayı üzərində yerləşir. Franklar tərəfindən tutulmuş şəhər əvvəllər Frankoniyanın bir hissəsi idi. Şəhərin adı da buradan gəlib və mənası "Frankların Keçidi" deməkdir. Frankfurt Almaniyanın maliyyə və nəqliyyat mərkəzidir və kontinental Avropanın ən böyük maliyyə mərkəzidir. Burada Avropa Mərkəzi Bankı, Almaniyanın Federal Bankı, Frankfurt Birjası və Frankfurt Yarmarkası yerləşir. Frankfurt Hava Limanı (alm. Flughafen Frankfurt am Main/Rhein-Main-Flughafen‎) dünyada ən çox istifadə olunan beynəlxalq hava limanlarından biridir. Frankfurtda Almaniyada ABŞ Ordusunun qərargahı yerləşirdi, şəhər özü isə İkinci dünya müharibəsindən sonra Ameri...Read more


Frankfurt ya da Mayndakı Frankfurt (alm. Frankfurt am Main) — tez-tez sadəcə Frankfurt adlandırılan, Hessen vilayətində ən böyük şəhər. 679.664 nəfər əhali ilə 2009-cu ilə görə Almaniyaın beşinci ən böyük şəhəri. Şəhər ətrafı ilə birlikdə əhalinin sayı 2.295.000 nəfər təşkil edir. Mayn çayı üzərində yerləşir. Franklar tərəfindən tutulmuş şəhər əvvəllər Frankoniyanın bir hissəsi idi. Şəhərin adı da buradan gəlib və mənası "Frankların Keçidi" deməkdir. Frankfurt Almaniyanın maliyyə və nəqliyyat mərkəzidir və kontinental Avropanın ən böyük maliyyə mərkəzidir. Burada Avropa Mərkəzi Bankı, Almaniyanın Federal Bankı, Frankfurt Birjası və Frankfurt Yarmarkası yerləşir. Frankfurt Hava Limanı (alm. Flughafen Frankfurt am Main/Rhein-Main-Flughafen‎) dünyada ən çox istifadə olunan beynəlxalq hava limanlarından biridir. Frankfurtda Almaniyada ABŞ Ordusunun qərargahı yerləşirdi, şəhər özü isə İkinci dünya müharibəsindən sonra Amerika Zonasında İşğal zonasında (alm. Besatzungszone‎) idi.

Photographies by:
Statistics: Position
4112
Statistics: Rank
26546

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
972548613Click/tap this sequence: 7499

Google street view

Where can you sleep near Frankfurt-Mayn ?

Booking.com
489.963 visits in total, 9.198 Points of interest, 404 Destinations, 12 visits today.